Atatürk Mərkəzində
“Ermənilərin müsəlmanlara,
xristianlara və yəhudilərə qarşı
soyqırımı” kitabının
təqdimatı olub
Yanvarın 16-da Atatürk Mərkəzində
yazıçı, tədqiqatçı
Xaqani İsmayılın
“Ermənilərin müsəlmanlara,
xristianlara və yəhudilərə qarşı
soyqırımı” kitabının
xarici dillərdə nəşrinin təqdimat mərasimi keçirilib. Əsər ingilis, rus və Azərbaycan
dillərində çap
olunub. Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türk Tarix Qurumu tərəfindən
yüksək dəyərləndirilən
vəsaitin Türkiyədə
çap olunması da nəzərdə tutulur.
AZƏRTAC xəbər
verir ki, tədbirdə çıxış
edən kitabın müəllifi Xaqani İsmayıl uzun illər Azərbaycan, Türkiyə, Gürcüstan
və başqa ölkələrin arxivlərində
çalışaraq erməni
məsələsi, onların
törətdiyi soyqırımılar,
ərazi iddiaları ilə bağlı ən geniş çərçivədə araşdırmalar
apardığını söyləyib.
O, araşdırmaları nəticəsində
ermənilərin təkcə
türklərə, müsəlmanlara
qarşı deyil, həmçinin xristianlara
və yəhudilərə
qarşı da soyqırımılar törətdiyini
tarixi faktlarla üzə çıxartdığını
diqqətə çatdırıb:
“Ermənilər 1918-ci ildə
gürcü xalqına
qarşı da soyqırımı törədiblər.
Gürcüstanın istintaq
idarələrinin arxivləri
bütün dəlillərlə
bu hadisənin məhz ermənilər tərəfindən törədildiyini
sübut edir. Bu arxivlərdə həlak olanların siyahısı, şahid ifadələri, fotolar yer alıb”.
Qeyd edib
ki, ermənilər ötən əsrin əvvəllərində siyasi
terror aktlarına başlayıblar. Almanların
Qafqazdan sürgün olunaraq yerinə ermənilərin köçürülməsi
üçün ardıcıl
siyasət aparıb və buna nail
olublar.
Vurğulanıb ki, ermənilər 1918-ci ildə Quba hadisələrində azərbaycanlılarla
yanaşı, yəhudilərə
qarşı da soyqırımı törədiblər.
Belə soyqırımılar
Türkiyədə də
baş verib, çoxlu sayda yəhudi öldürülüb.
Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix
İnstitutunun aparıcı
elmi işçisi Kamran İsmayılov bildirib ki, kitab
Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya
bölgələrində yaşayan
türklərin, müsəlmanların,
habelə xristianların
və yəhudilərin
soyqırımını sənədli
qaynaqlar əsasında
işıqlandıran əsərdir.
Kitabda Mart soyqırımı ilə
bağlı beynəlxalq
sənədlər də
yer alıb. Qeyd edib ki, kitabda
əks olunan bütün hadisələr
tarixi faktlara əsaslanır: “İstərdim
ki, bu kitabı
hər kəs oxusun, çünki bu vəsait tək Azərbaycanın tarixi taleyi ilə
bağlı deyil, eyni zamanda türk,
gürcü, yəhudi
və yunanlılara qarşı törədilən
cinayətləri özündə
ehtiva edir”.
Qərbi Azərbaycana Qayıdış
İctimai Birliyinin sədri Rizvan Talıbov deyib ki, kitabın Azərbaycan hökuməti
və onun xaricdəki nümayəndəlikləri
tərəfindən yayımlanması,
Rusiya və MDB ölkələrində təqdimatının
keçirilməsi olduqca
vacibdir.
Unikal.- 2020.- !8 yanvar.-
S.21