Heydər Əliyevin tərcüməçisi - Livan prezidentini

təəccübləndirən azərbaycanlı DİPLOMAT

 

Bu dünya bir pəncərədir,

Hər gələn baxar keçər…

 

O da dünya adlı pəncərədən baxıb özü ilə bir dünya bilgi, savad, elm apararaq getdi

Vətənini, xalqını, peşəsini sonsuz dərəcədə sevən sözün əsl mənasında peşəkar diplomat idi Azər Abbas!

Azərbaycana layiqli vətəndaşın ölümündən 1 il ötür

Azər Abbas 1963-cü il Bakı şəhərində ziyalı ailəsində doğulmuşdu. Bakı şəhəri 20 saylı məktəbin rus bölümünü bitirib, 1981-ci il BDU-nın Şərqşunaslıq fakultəsinin ərəb dili bölümünə daxil olub. Və oranı fərqlənmə diplomu ilə, professor  Ə. Məmmədovun ən sevimli tələbəsi kimi bitirib.

Tələbəlik illərində 1 il Yəmən Ərəb Respublikasında praktikada olub. Universiteti bitirdikdən sonra İraq Ərəb Respublikasında keçmiş SSRİ-nin tərkibində hərbi tərcüməçi kimi fəaliyyət göstərib. Və çox qısa bir müddətdə bilik və bacarıgı ilə ön sıraya çəkilib, ən çətin tərcümələrə cəlb olunub. O, uzaq illərdən bu gunə qədər qorunub qalan dostlarından biri, Rusiya XİN-in diplomatı V.Dembitckinin  dediyi kimi “Azərin xarakterindəki ciddilik, yüksək dil bacarəğı bizim hər birimiz marağına səbəb olurduonun yanında olmağı özümüzə şərəf bilirdik”.

O zamanlar tələbələr xaricə ezam olunmazdan öncə Moskvada xüsusi imtahann komissiyasından keçirdilər. Onu iki dəqiqə dinləyən komissiya üzvləri “otur və bizimlə birlikdə imtahanı sən də götürəcəksən!” söyləmişdilər.

Bu gənc tərcüməçinin keşməkeşli peşə yolunda ilk addımları idi

Amma onun ürəyinin dərinliyində gənclik illərindən yatıb qalan bir arzusu var idi, diplomat olmaq!

Sonralar 26 illik diplomatik fəaliyyətində hər dəfə zorluqlar, çətinliklərlə rastlaşdıqda deyirdi : “Mənə güc verən mənim bu peşəyə severək, arzulayaraq gəlməyimdir. Yoxsa mən bu təzyiqlərə çətin dözərdim!” .

1991-94 illərdə İraqın Bakıdakı səfirliyində tərcüməçi kimi çalışıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində işə başlayıb və 26 illik bir yol keçib

Uzun illər sinxron tərcüməçi və diplomat fəaliyyətinə dayanaraq Yəmən, İraq, Misir, Qətər, Mərakeş kimi dövlətlərdə çalışıb. Ərəb ölkələrinin daxili durumunu, siyasətini dərindən öyrənib-bilən Azər Abbas hər zaman Azərbaycan və Ərəb ölkələri arasında münasibətlər qurmaq imkanlarının böyuksonsuz olduğunu vurğulayıb.

Onun yüksək dil qabiliyyəti müsahiblərini çaşdırırdı, “doğru söylə, sən həqiqətən qeyri-ərəbsən?” kimi suallar verirdilər. Buna bənzər hadisə dövlət səviyyəli görüşlərin birində də baş vermişdi. Keçmiş xarici işlər naziri Həsən Həsənovun Suriya-Livan səfəri zamanı, Livan prezidenti danışıqları kəsərək, üzünü bu gənc diplomata tutaraq, “siz ərəbsiniz?” deyə soruşmuşonun gözəl nitqinə heyran qaldığını bir neçə dəfə vurğulamışdı.

Bacarıqlı diplomata 1994-1999 cu illər Ümummilli liderimiz Heydər Əliyevin tərcüməçisi olmaq kimi missiya verilmişdi. Və bunun ardından 2004-2007 və 2007-2009-cu illərdə Prezident İlham Əliyevin tərcüməçisi olmuşdu.

Azər Abbas 2009-cu ildə Suriya dövlətinin prezidenti Bəşər Əsədin Azərbaycana səfəri zamanı müasir Azərbaycanın tarixində ilk dəfə Azərbaycan və Ərəb dillərinin sinxron təcüməsini yerinə yetirmişdi.

Azər Abbas olduğu ölkələrin televiziya və qəzetlərinə dəfələrlə dəvət almış və ğeniş auditoriyanı  Azərbaycan dövlətinin tarixi,mədəniyyəti haqqında bilğiləndirmişdir.

Azər Abbas ozündə diplomatlara lazım olan bir çox  xüsusiyyətlərə malik idi. Öncəliklə dil baryeri yox idi. Azərbaycan, Rus, Ərəb və İngilis dillərində yüksək səviyyədə danışırdı və yazırdı. Çox səbrli, susmağı bacaran bir insan idi. Çox zaman diplomatlara bir neçə dildə susmağı bacaran insanlar deyirlər, Azər Abbas məhz belə insan idi!

Çox mübariz, qorxmaz və nəfsinə sahib bir insan idi. Vətəninin, dövlətinin adına kölgə sala biləcək nə isə bir şey gördükdə çox qəzəblənər və vəzifəsindən asılı olmayaraq belə insanlar onun gözündə sıfıra enərdilər.

Onun tez-tez söylədiyi sözlərdən biridə bu idi: “Biz diplomatlar olduğumuz hər bir ölkədə bir fərd deyil, vətənimizik, Azərbaycanıq! Bizim ölkəmiz ilə tanışlıq ilk növbədə biz diplomatlarla tanışlıqdan başlayır. Və olduğumuz dövlətlərdə davranışlarımız çox həssas xarakter daşımalıdır!”.

O öz ölkəsini sevdirə bilən diplomatlardan idi! Güclü yumor qabiliyyəti onun qurduğu münasibətlərdə bir açar kimi insanların ürəyinə yol açir, üzlərinə gülüş gətirirdi.

Ötən illər ərzində bir çox dövlət adamlarının  Ərəb ölkələrinə səfərində diplomat-tərcüməçi kimi iştirak etmişdi.

Onun siyasi analitik materialları XİN daxili aylıq jurnalda tez tez çap edilirdi.

Hər kəsin bir tale yazısı var deyiblər. Azər Abbasın da yazısında vətəndən uzaqda, ona güc-qüvvət verən sevimli peşəsinin ağuşunda qəfil ürəktutmasından bu dünyadan köçmək var imiş.

Mahir dilşünas   peşəkar diplomat, siyasi analitik, eyni zamanda ğözəl ailə başçısı, 3 övlad  atasi idi.

Həmin ağır günlərdə Azər Abbasın ailəsinə ünvanlanan başsağlığında deyildiyi kimi:

 İnsan var ki evdən gedər. İnsan var ki eldən gedər”.

Azər öz mədəni dünyası, savadı bacarığı, peşəkarlığı ilə eldən gedən oğullardandır.

Allah məkanını cənnət eləsin!

 

Ruhu şad olsun!

 

Unikal.- 2021.- 2 aprel.- S.19.