"Oxumaq üçün anamın qarşısında
diz çökdüm"
- Həmidə Ömərova
"Oxumaq üçün
anamın qarşısında diz çökdüm" - Həmidə
Ömərova"Valideynlərim rəsmi ayrılanda 15
yaşım var idi. Atamın ikinci ailəsi oldu. Çox
yaxşı ögey bacı və qardaşlarım var. Onlara
ögey demirəm, çox yaxşıdırlar. Biz
doğmayıq. Ögey anam çox yaxşı qadın olub.
O, dünyasını dəyişəndə o qədər
ağlamışam ki... Anam sağ olanda qoymurdu onlarla
görüşüm".
BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Aktrisa sualları cavablandıraraq, ailəsindən danışıb. H.Ömərova bildirib ki, çox sərt xasiyyətli anası olub:
"17 yaşıma qədər atam mənə məktublar yazırdı, amma anama görə onları görmürdüm. Onun başqa həyatı var idi. Günlərlə mübahisəmiz olurdu, Moskvaya oxumağa getdim. İcazə almaq üçün anamın qarşısında diz çökdüm. Bilərəkdən ki, anamın xasiyyəti sərtdir, aktrisalıq addımı atdım. Deyirdi, bizim nəsildə aktrisa yoxdur, olmaz. Həkim, müəllimə ol. Dedim, mənim üçün maraqlı deyil.
Anam ömrünün son günlərində amneziya olmuşdu. Məni anası kimi görürdü. Bütün yaddaşı itmişdi, bircə "Qara gilə" mahnısını oxuyurdu".
Aktrisa oğlu Rəhimi evləndirmək istədiyini söyləyib:
"Bütün analar
istəyir ki, oğlu tez evlənsin. Sürətpərəstəm,
istəyərdim, gəlinim
bir az
qayınanasına oxşasın.
Əsas oğlumu sevsin. Mümkün
deyil, ana kimi sevsin. Ana hər zaman
narahat qalır ki, oğluma yaxşı baxmadı, köynəyini mənim kimi ütüləmədi.
Hərdən evdə zarafatla
deyirəm ki, qız azərbaycanlı olsun. Amma gəlib desə
ki, qız əcnəbidi, onu sevirəm, razılaşacam.
Onun arzusu odursa, heç nə deyə bilməyəcəm.
Təbii
ki, istəmərəm,
amma övladım fakt qarşısında qoysa, heç nə demərəm".
Həyat yoldaşından söz açan H.Ömərova
"İllər keçdikcə
yoldaşım məni
oğlumdan çox anlayır, qədrimi daha çox bilir. Oğlum gəncdir. Telefonla danışanda
belə gedib otaqda qapını bağlayır. Yaxşı ki,
bir-iki dostunu tanıyıram, gec gələndə zəng edirəm. Oğluma vaxtında çox
zaman ayırmışam,
amma təbiətin qanunudur" deyə, əlavə edib.
Unikal.- 2021.- 9 aprel.- S.21.