"Cəfər Cabbarlı" biblioqrafiyası

istifadəçilərə təqdim edilib

 

1937-ci ildən ölməz sənətkarın adını daşıyan Respublika Gənclər Kitabxanası Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi münasibətilə onun biblioqrafiyasını yenidən işləyərək istifadəçilərə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə araşdırmaları 2 ilə yaxın davam edib. Gərgin zəhmət inadlı axtarışlar nəticəsində Respublika Gənclər Kitabxanasının ədibin yubileyi münasibətilə hazırladığı yeni biblioqrafiya onun yaradıcılığının haqqında yazılmış materialların 1907-2020-ci illərini əhatə edir.

Dörd mindən yuxarı mənbəni əhatə edən, ümumi 4 xüsusi hissədən ibarət olan biblioqrafiyanın layihə rəhbəri Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, elmi redaktoru "Ön söz" müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımı, tərtibçilər kitabxananın əməkdaşları Tamella Məmmədova Yeganə Sadıqlıdır.

Biblioqrafiyanın ümumi hissəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamının tam mətni, göstərici haqqında qısa məlumat, kitabın elmi redaktoru İslam Qəriblinin "Əbədiyaşar sənətkar" adlı "Ön söz"ü digər materiallar təqdim olunur.

Biblioqrafiyanın 9 yarımbölmədən ibarət olan I hissəsi C.Cabbarlının Azərbaycan dilində çap olunmuş bütün əsərlərini əhatə edir. Biblioqrafiyanın ikinci hissəsi "Cəfər Cabbarlının həyat yaradıcılığı haqqında" adlanır. 12 yarımbölməyə ayrılan bu hissədə C.Cabbarlı onun irsi haqqında yazılan kitab, məqalə, monoqrafiya, dissertasiya, sözlərinə yazılmış mahnılar sair biblioqrafik təsvirlər qruplaşdırılaraq yığılıb.

Vəsaitin "Əlavələr" bölməsində "Elektron kitablar", "Filmoqrafiya", "Arxiv materialları", "İzomateriallar", "İnternet resursları" "Cəfər Cabbarlının gizli imzaları" yarımbölmələri verilib.

Biblioqrafiyanın III hissəsini sənətkarın həyatı yaradıcılığı, əsərləri, haqqında yazılanlar başqa materialların siyahısı təşkil edir.

Azərbaycan, rus başqa dillərdə materialların öz əksini tapdığı biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında, əlifba sırası ilə verilib. Vəsaitdə ilk dəfə olaraq "Cəfər Cabbarlı dünya kitabxanalarında" bölməsi yer alıb.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə tərtib edilən IV hissə "Köməkçi göstəricilər" adlanır ki, bu hissənin özü Azərbaycan rus dilində olmaqla iki bölmədən ibarətdir.

 

Unikal.- 2021.- 16 aprel.- S.21.