Bir kəndin,
bir nəslin
Azərbaycana bəxş etdiyi Qəhrəmanlar!
Vətən müharibəsinin ilk
günündən bütün Azərbaycan xalqı kimi,
Qubanın igid oğulları da Ali Baş Komandan cənab
İlham Əliyevin çağırışı ilə səfərbər
olub, ön cəbhədə savaşa atıldılar. Xaltan bələdiyyəsinin
tərkibindəki Utuq kəndinin sakinlərindən olan
Mövlanovlar ailəsinin isə üç təmsilçisi
torpaqlarımızın azadlığı uğrunda gedən
döyüşlərdə əsil qəhrəmanlıq
göstərdilər. Azərbaycan Silahlı Qüvvələrinin
polkovniki Nizami Bəydəmir oğlu Mövlanov 1976-cı ilin 16 oktyabrında Quba
rayonunun Utuq kəndində anadan olub.
O, 1991-ci
ildə Utuq kənd orta məktəbinin 7-ci sinfini bitirib Cəmşid
Naxçıvanski adına İbtidai Hərbi məktəbə
daxil olmuşdur. 1-ci Qarabağ savaşının
iştirakçısı olan böyük qardaşı, o zaman
kiçik gizir (indi polkovnik-leytenant) Tərlanın
davamçısı olaraq vətəni qorumaq arzusu ilə
yaşayan Nizami 1994-cü ildə orada təhsilini başa
vurduqdan sonra Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə
qəbul edilir. O, 1998-ci ildə buranı da bitirərək N
saylı Hərbi hissədə leytenant rütbəsində hərbi xidmətə
başlayır. 2015-ci ilin dekabrınadək müxtəlif hərbi
hissələrdə yüksələn rütbələrlə
fərqli vəzifələr daşıyan zabit N.Mövlanov, həmin
vaxtdan 2018-ci ilin aprelinə kimi “Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzin”ndə baş müəllim
işləmişdir. Polkovnik
2019-cü ildən bəri ön cəbhədə
müdafiə məqsədli əməliyyatlarda N saylı hərbi
hissənin qərargah rəisi kimi iştirak edib və Vətən
müharibəsinin ilk günündən hərbi birləşmə
komandiri kimi döyüşlərə qatılıb. Yaralanmağına
baxmayaraq son döyüşlərədək cəbhədə
fədakarcasına vuruşub.
Xidmət
etdiyi dövrdə 10-dan çox medal və 20-yə yaxın Fəxri
Fərmanla təltif edilən,
2019-cu ildə “İgidliyə görə” medalına
layiq görülən Nizami Mövlanov, Vətən müharibəsi
Zəfərlə başa çatdıqdan sonra
“Şuşanın azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə”, “Füzulinin azad olunmasına
görə” və “Cəbrayılın azad olunmasına
görə” medalları ilə təltif olunub. Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin məhv edilməsi
üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman
göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin
hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və
mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 9
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən polkovnik
Nizami Bəydəmir oğlu Mövlanova “Vətən
Müharibəsi Qəhrəmanı” adı verilib. 7 il təhsil
aldığı Utuq kənd orta məktəbində şərəfinə
məxsusi tanıtım güşəsi qurulan və Zəfərdən
sonra Qubaya qayıdışı böyük təntənə
və fəxarətlə qarşılanan bir oğul atası
Nizami komutanı Müzəffər Ordumuzun generalı kimi
görmək əksəriyyətimizin arzusudur şəksiz.
Qəhrəmanın
qardaşı, 2016-cı il Aprel döyüşlərinin
qazisi və təltifçisi (“Vətən uğrunda”
medalı) olan polkovnik-leytenant, birinci ordu korpusunun artilleriya rəisinin
müavini Tərlan Mövlanov da 44 günlük 2-ci Qarabağ
müharibəsində göstərdiyi igidliklərə və
şücaətə görə “Azərbaycan Bayrağı”
ordeni, “Ağdamın azad olunmasına görə” və
“Suqovuşanın azad olunmasına görə” medalları ilə
təltif olunub. Bəydəmir müəllimin ailəsində
doğulub yetişən bu igidlərlə bütün
Qubalılar, bütün Azərbaycan xalqı fəxr edir və
qürur duyurlar!
C. Alpoğlu Albantürk
Unikal.- 2021.- 16 aprel.- S.19.