Şuşanın yeni görkəmi necə olacaq? - Memar
danışdı
"Azərbaycan
dünyanın ən zəngin mədəni irsə sahib olan ölkələrindən biridir".
Bunu Milli.Az-a açıqlamasında memar
Yeganə Abdullayeva deyib.
O bildirib
ki, Azərbaycanın özünəməxsusluğunun
və milli identikliyinin qorunması mədəniyyət siyasətimiz
üçün strateji
əhəmiyyət kəsb
edir:
"Digər ərazilərimizdə
olduğu kimi Qarabağ memarlığı
da Azərbaycanın mədəni irsidir. Mədəni
irs xalqın
milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni
irsinin digərləri
tərəfindən dağıdılması,
məhv edilməsi və ya vandalizmə
uğradılmasının qarşısını almaq
hər birimizin borcudur. Nəhayət ki, dövlət
başçımızın və 44 günlük müharibədə canından,
qanından keçən
övladlarımızın sayəsində işğal
altında olan torpaqlarımızın təcavüzünə
son qoyuldu.
Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımızın
abadlaşdırılması və yenidənqurulması
haqqında tapşırıqlarını
verdi. Bu bərpa prosesində bir neçə məqama xüsusilə diqqət etməliyik.
Şuşaya yan memarlıq daxil olmamalıdır
Şuşa və digər işğaldan azad olunan ərazilərimizin özünəməxsus infrastrukturu,
memarlıq abidələri
əvvəlki görkəminə
gətirilməli, hər
bir döngə, meydan, tikili və abidələr olduğu kimi bərpa edilməlidir. Çünki
30 ildir Şuşa,
Qarabağ həsrəti
ilə yaşayan sakinlər, ümumiyyətlə
vaxtilə o füsunkar
mənzərənin şahidi
olanlar öz doğma məskəninin hər bir döngə,
dalanını görmək
üçün ümidlə
yaşayıblar. Bu nostalji hislərin qorunmasına yönələn
addımlarımız gələcək
nəslin mənəvi
irsimizə qayğı
və hörmətlə
yanaşmasına və
onu qoruyub ötürməsinə səbəb
olacaqdır. Şuşaya yad olan hər
hansı bir tikiliyə yol vermək olmaz.
Azad olunan ərazilərimizdə milli
memarlıq qorunub saxlanılmalıdır
Şuşanın və digər işğaldan azad edilən ərazilərimizin
tarixi memarlığı
gözlənilməlidir. Milli memarlıq
abidələri ilə
zəngin olan və sabit memarlıq
ənənələrinə malik Qarabağ zonasında əsrlər keçsə də Avropa memarlığı təsir edə bilməmişdir. Ta qədim
zamanlardan Qarabağın
özünün yerli
üslubları var idi. Hələ XIX yüzilin ortalarında
Qarabağda özünəməxsus
memarlıq məktəbi
yaranmışdır. Kərbəlayı Səfixan Qarabaği
onun ən görkəmli nümayəndəsi
olmuşdur. Memarlıq
üsullarında yerli
ənənə və
prinsiplərə axıradək
sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə
kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-1870), Şuşada
Aşağı məscid
(1874-1975), Yuxarı məscid,
yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri,
indiki Füzuli şəhərində Hacı
Ələkbər məscidi
(1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd
məscidləri Oddesada
Tatar məscidi (1870 illər),
Aşqabadda Qarabağlılar
məscidi (1880 illər)
və s. binalar tikilmişddir. Bu ənənəyə sadiq qalaraq Azərbaycanda
memarlığını bu
yönümdə inkşaf
edirməyimiz sonrakı
qərinələrdə də
iz qoymağımıza
səbəb olacaqdır.
Müasir memarlıq tam şəkildə
Qarabağa daxil olmamalıdır
1990-ci illərdən sonrakı
iqtisadi dirçəliş
ölkəmizdə memarlığın,
o cümlədən də
dizaynın keyfiyyət
göstəricilərinin təkmilləşdirilməsinə
və inkişafına
səbəb oldu. Keyfiyyət və
kəmiyyətcə yeni
olan məhsullar materiallar idxal olunmağa başladı.
Yerli bədii konstruksiyalaşma
da qlobal dizayn sisteminə inteqrasiya etməyə başladı. Bu prosesdə Azərbaycanda milli memarlıq nümunələrinə müraciət
edilmədiyindən müasir
memarlıq bir növ bizi özünəməxsusluqdan
uzaqlaşdırdı. Bu halın qarabağ memarlığına da yansımaması üçün
yerli ornament, xalşa və ya bəzi
abiddələrimizi bəzəyən
naxışlar, gübəz, tağlar,
minarələr və
bu kimi milli
elementlərimizlə sintez
olunaraq yeniliklər edilməsinə diqqət yetirilməlidir.
Yeni, milli turizmi yaratmaq və inkişaf etdirmək lazımdır
Azərbaycan dilinin, mədəniyyətinin
qorunub inkişaf etdirən müstəqilliyimizin,
vahid dövlətçilik
ənənələrimizin, milli birliyimizin ən başlıca simvollarından istifadə
edilərək yeni abidələr layihələndirilməli,
iqtisadiyyatımızın dirçəlməsi
üçün milli
turizmin təməli qoyulmalıdır. Azərbaycanın işğaldan azad
edilmiş torpaqlarında
dövlət təbiət
qoruqları və qoruqlar olub. Hazırda həmin ərazilərdə
ilkin qiymətləndirmə
işlərinə başlanıb.
30 ilə yaxın
müddətdə Qaragöl
və Bəsitçay
Dövlət Təbiət
Qoruqlarının ərazisi
talan olunub. Bəsitçay Dövlət Təbiət
Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər
hissəsi məhv edilib. Qaragöl Dövlət Qoruğu, Laçın Dövlət
Qoruğu, Qubadlı Qoruğu, Daşaltı Qoruğu, Arazboyu Dövlət Təbiət
Qoruğu tamamilə tanınmaz hala salınıb.
Dünya turizm mərkəzinə çevrilmiş ölkələrə
nəzər salsaq turistləri cəlb edən nüanslar həmən ölkənin
tarixi mədəniyyəti
ilə bağlı olur. Odur ki, əvvəl
də vurğuladığım
kimi mədəni irsimizi qorumaq hər bir azərbaycanlının
borcudur".
Təhməz Əsədov
Unikal.- 2021.- 5 fevral.- S.18.