Şuşa fatehi: “Elə mövqedən hücuma
keçdik ki, ermənilər
çaşıb qalmışdı”
"Düşmənin
10-dan çox tankını
öz mərmiləri
ilə vurduq"
Vətən müharibəsində
xalqımıza qələbə
sevinci yaşadan qəhrəmanlardan biri də Daxili Qoşunların xüsusi təyinatlı çavuşu
Ümman Baxşəliyev
olub. O, 1992-ci ildə Bərdə rayonunun Mollalı kəndində dünyaya gəlib. İbtidai və orta təhsilini
Nəcəfağa Quliyev
adına Mollalı kənd orta məktəbində başa vurub. 2010-cu ilin oktyabrın
13-də ordu sıralarına
çağırılıb və Daxili Qoşunların N saylı
hərbi hissəsində
xidmət edib.
Əsgərlik müddəti başa çatdıqdan sonra MAXE kimi davam etmək
qərarına gəlib. Müsahibimiz 2013-cü ilin noyabr ayından
Daxili Qoşunların
xüsusi təyinatlılarında
xidmət göstərir.
Vətən müharibəsində
Murov, Cəbrayıl, Hadrut və Xocavəndin azad olunmasında iştirak edən çavuş Şuşa döyüşləri
zamanı snayper gülləsindən yaralanıb.
Cəsur döyüşçü
“Kəlbəcərin azad
olunmasına görə”,
“Şuşanın azad
olunmasına görə”
və “Döyüşdə
fərqlənməyə görə”
medalları ilə təltif olunub. Bir övlad atası olan Ümman yaxın vaxtlarda dünyaya gələcək
əkizlərinin yolunu
gözləyir.
Döyüş xatirələrini Azvision.az -la bölüşən
Ü.Baxşəliyev şahidi
olduğu maraqlı məqamlardan söz açıb. 42 gün döyüşlərdə şücaət
göstərən həmsöhbətimiz
Murovdan Şuşaya kimi getməyə nail olub: “Biz müharibəyə
sentyabrın 27-də Murov
döyüşlərinə qatılmaqla başladıq.
Orada 3 gün döyüşəndən
sonra Cəbrayıl istiqamətində davam etdik. Müəyyən mövqelərdə tapşırığımızı yerinə yetirib, Hadruta doğru irəlilədik. Hadrutun azad
olunmasında bizim briqadanın böyük zəhməti var. Oranın
hər bir istiqaməti yüksək zirvəlikdir. Bu baxımdan Hadrut ermənilər üçün
daha əlverişli idi. Düşmən yuxarıda, müəyyən
mövqelərdə dayanırdı,
biz isə açıq
ərazidə dağlara
dırmaşa-dırmaşa döyüşüb postları
azad edirdik. Qəsəbəyə Cəbrayılın Süleymanlı kəndindən
girmişdik. Ərazidə müəyyən nöqtəni
azad edib irəliləməliydik. Hadrut döyüşündə
şəhidlərimiz olsa
da, istehkamçılarımızın
fəallığı nəticəsində
pusquya düşmədik.
Mən 42 gün
müharibədə iştirak
etmişəm. Müşahidələrim əsasında deyə
bilərəm ki, ermənilər bizim Xüsusi Təyinatlı Qüvvələrlə (XTQ) döyüşə
tab gətirə bilmirdilər.
Təsəvvür edin ki, Hadrutda başlarını
qaldırıb, avtomatla
atmırdılar. Yalnız əl
qumbaralarını bizə
tərəf tuşlayırdılar.
Qorxurdular ki, başlarını
çıxarsalar vurarıq.
Qəsəbə azad olunandan sonra Xocavəndin Qırmızı Bazar deyilən kəndi istiqamətində davam etdik. Orada şəhidlərimiz, yaralılarımız oldu.
Xüsusi təyinatlı gizirimiz
Elnurun yanına minomyot düşmüşdü.
Buna görə şoka girmişdi. Ona ilkin tibbi yardım
göstərib, arxaya çəkdik, amma şəhid oldu.
Ermənilərin bizim Qırmızı Bazarda olduğumuzdan xəbərləri yox idi. Həmin əraziləri minomyotla
vururdular, inanmırdılar
ki, ora qədər
irəliləyə bilərik.
Kəndin ətrafında ağaclıqların
içində mövqelənmişdik.
Əli silahlı erməni hərbçiləri öz
dillərində danışa-danışa
bizim tərəfdən
keçib gedirdilər.
Böyük Tağlar və
Qırmızı Bazarda
bir neçə mövqedə 4-5 gün döyüşdükdən sonra
Xocalının Çanaqçı
və Dəmirçilər
kəndinə getdik.
Oradan isə Daşaltıya doğru irəliləyib, Laçına tərəf
döyüşərək yolu açdıq. Həmin yolu keçib Xəlfəli kəndi istiqamətində,
Şuşa şəhərinin girişindən
hücuma keçmək
üçün mövqeləndik.
Düşmənlə bizim aramızda
250-300 metr məsafə
var idi".
Müsahibimiz daha sonra çətin yollardan keçərək Şuşaya
doğru irəlilədiklərini
söyləyib:
"Bir-birimizdən tuta-tuta,
koldan yapışa-yapışa
yüksəklikləri qalxdıq. Bəzən yoldaşımız
sürüşüb aşağı
düşürdü, qayıdıb
onu yuxarı dartıb, tapşırıq
verilən yerə çıxırdıq. Noyabrın
3-dən artıq Şuşa istiqamətində
idik. Ancaq meşənin içində
olduğumuza görə
onlar bizi görmürdülər. Biz
isə erməniləri
çox yaxından müşahidə edə bilirdik. Bir də görürdün
ki, erməni əsgərləri postda telefonda mahnı qoyub oynayırdılar.
Noyabrın 5-də bütün istiqamətlərdən
hücuma keçdik. Şiddətli döyüşlər gedirdi.
Şəhərin girişində müəyyən
bir nöqtə var idi, oranı
tutmalıydıq. Mən müşahidə
aparan zaman vuruldum. Snayper gülləsi qarşımdakı
yoldaşımdan keçib
ürək nahiyyəmdən
mənə dəydi.
Ancaq bəxtim gətirmişdi ki, cibimdə telefonumun daşı və pul qabım
var idi. Güllə daşa (telefonun enerji bloku-red) dəyib, ürəyimdən
yayınaraq 7-ci qabırğamın
arasında qalmışdı.
Hərəkət edə bilmirdim,
məni və digər yaralıları Laçın tərəfdən
gələn yolda pusqu quran dəstənin
yanına apardılar.
Biz orada meşədə
gizlənmişdik. Yaralı qaldığım
həmin yerdə düşmənin 100-dən çox
canlı qüvvəsi
məhv edildi. Şuşa şəhərinin girişində,
dağın dibində
xeyli sayda erməni leşlərinin olduğunu göstərən
fotolar sosial şəbəkələrdə də yayılmışdı.
Onları qeyd etdiyim dəstə öldürmüşdü .
Ayın 6-sı döyüşün ən
qızğın çağında
bizim tank əleyhinə
mərmimiz bitdi. Hava qaranlığa
doğru gedirdi. Mövqeləndik, düşmən tankları keçdi.
Əlimizdə vasitə olmadığına
görə onları vurmadıq. Hava işıqlananda komandirimiz
dedi ki, düşmən maşınlarında
xeyli sayda tank əleyhinə mərmilər
var. Hərbçilərimiz dərhal onları götürüb payladılar.
Həmin
mərmilərlə düşmənin
10-dan çox tankını
zərərsizləşdirdik, bir neçə tankçıları yandı.
Ermənilər ondan sonra qaçırdılar. Şuşa döyüşü
gördüklərim əməliyyatlar
arasında ən şiddətlisi idi. Bizim XTQ öz gücünü Şuşada bir daha göstərdi. Solumuz, sağımız, qarşımız
düşmən idi.
Elə bir mövqelərdən hücuma keçmişdik
ki, ermənilər özləri çaşmışdı.
Bizim bölməmiz Vətən müharibəsində 11 nəfər şəhid verdi. Bir də görürdün ki, döyüş yoldaşlarından hansısa şəhid olub və ya yaralanaraq dərənin dibinə düşüb, döyüş vaxtı onları çıxarmağa imkan olmurdu, döyüş bitəndən sonra hamısını ərazidən təxliyə edirdik. Hadrutda belə hadisələr yaşanmışdı”.
Şahanə Rəhimli
Unikal.- 2021.- 19 fevral.- S.11.