“Yusifi partladan
bibi", alman məzarlığında
bitən
acınacaqlı tale –
HƏYAT HEKAYƏTİ
Bəxtiyar" filmində
Saşanın bibisi Natalya Alekseyevnadan, daha doğrusu həmin
obrazı canlandıran Tatyana Peltserdən
danışacağıq.
Lent.az-ın məlumatına görə rejissor Lətif Səfərov "Bəxtiyar" filmini çəkəndə senarini yazanların hər ikisi - Boris Laskin və Nikolay Rojkov dedilər ki, bibi obrazına onların namizədləri var. Bununla belə Lətif Səfərov rolun axtarışına çıxdı, amma tapmadı istədiyi aktrisanı. Bir gün senari müəlliflərinə hirslə "gördüyünüz kimdir o rolda, deyin gəlsin" söylədi.
Nikolay Rojkov: "Onda Moskvaya Tatyana Peltserə zəng etməliyəm"-dedi və Lətif Səfərovun simasına qəribə bir sevinc qondu: "Odur"- dedi: "zəng elə".
Tatyana Peltser məşhur
rus aktyoru İvan Roman oğlu Peltserin qızıdır. Bu İvanın, Romanovlara heç bir yaxınlığı yoxdur,
hətta milliyətcə
almandır, amma onda çox böyük rus ruhu vardı. Bunu onun özünün yaratdığı rus obrazları və qızını rus milli ruhunda böyütməyi
də sübut edir.
Atası Tatyananın ilk və yeganə müəllimi olub. Tatyana, deyilənə
görə həm simaca, həm də temperamentinə görə atasına çox bənzəyir.
İlk rollarını
atasının tamaşalarında
oynayıb, ordakı uşaq rollarında. İlk dəfə "Anna Karenina" tamaşasında Seryoja
Karenina (Annanın oğlu)
roluna görə qonorar almışdı, həm də "anası" ilə ayrılıq səhnəsindən
özü elə təsirlənmişdi ki, pərdə arxasında onun göz yaşlarını
qurutmaq olmurmuş.
İnqilabdan sonra Tatyana müxtəlif əyalət teatrlarında
çalışıb.
20 – ci illərin
sonlarında Moskvaya təhsil arxasınca gəlmiş alman - kommunist Qans Teyblerlə tanış olur. 1930-cu ildə
ona ərə gedib Almaniyaya köçür. Orda ərinin
təklifi ilə Kommunist Partiyası sıralarına daxil olub Almaniya Sovet
Ticarət nümayəndəliyində
makinaçı işinə
düzəlir.
Hələ üstəlik Berlində tanınmış rejissor
Ervin Piskator Tatyananın
keçmiş aktrisa olduğunu eşidib onu tamaşalarda oynamağa dəvət edir. Onun tamaşaları təbliğata
yönəlmiş tamaşalar
idi, o vaxtın bütün kommunist ideoloqlarının işləri
kimi. Tatyana burda Sovet dramaturqlarının
əsərlərinin tamaşalarında
oynayırdı.
Hər şey yaxşıymış təsiri
bağışlayırdı, amma Tatyana özünün
alman əsilli olmasına rəğmən
Rusiya üçün
darıxırdı. Uzun müddət
vətəndən uzaqlarda
qala bilmədiyindən
və əri də Rusiyaya qayıtmaq istəmədiyi
üçün Tatyana onu
ayrılmağa razı
saldı.
Tatyana keçmiş əri
ilə ömür boyu dostluq edərdi. Qansın ikinci
nikahından olan oğlu Moskvaya təhsil almağa gələndə Tatyananın
yanında qalarmış.
Qansın ikinci arvadı bu münasibətə qarşı
çıxsa da onların dostluğuna maneə ola
bilməyib.
Tatyana bir daha ərə getməyib, uzun müddət gənc arvadının qovduğu atası ilə bir yerdə
yaşayıb. Tatyana atasının
familiyasını yenidən
götürüb və
teatrda işə düzəlib. Atası rəhmətə
gedəndən sonra Tatyananı teatrın köməkçi truppasına
keçiriblər. Az sonra isə təhsili olmadığı üçün
işdən çıxarıblar.
30 yaşlı heç
bir təhsili olmayan qadın harda işləməli, necə yaşamalıdır? Qardaşı Aleksandr onu özünün
baş konstruktor işlədiyi zavoda makinaçı işinə
düzəldir. Amma
qardaşının da
işləri o qədər
də yaxşı deyildi, çünki hələ ali
məktəbdə oxuyarkən
inqilab əleyhinə fəaliyyətinə görə
onu həbs etmişdilər.
1936-cı ildə isə
Aleksandr Sovet İttifaqında ilk yarış
maşınlarını sınaqdan
keçirib və zavoddakı işindən çıxıb özü
maşın yarışlarında
iştirak edib. Hətta üç
dəfə bu yarışların rekordsmeni
də olub. Nə yazıq ki, həmin il Aleksandr
müəmmalı surətdə
yoxa çıxıb.
Hər halda 1936-cı
il özü
elə özü haqda çox şey deyir.
Tatyana isə Moskvada
yeni açılmış
Miniatür Teatrına
işə düzəlir. Və yeddi il
çox tanınmış
rus aktyorları ilə eyni səhnəni
bölüşür. Elə burdan
da onun kino
həyatı başlayır.
Əsgər İvan Brovkinin
anası
Əvvəlcə xırda rollarla başlayır kinoya çəkilməyi. Sonralar nəhayət, iri
masştablı filmlərdə
əsas rollar gəlir.
Aktrisanın məşhurluğu çalışdığı
Satira Teatrından başlayıb. Bu teatr
onun həyatının
baş rolu olub. Bu vaxtlar
artıq 49 yaşı
vardı, ona qədər yalnız məyusluq və göz yaşları yaşanmışdı həyatında.
"Cehizli toy", "İvan
Perepelitsa" və
"Əsgər İvan
Brovkin" filmləri
bir-birinin ardınca ekranlara çıxandan sonra Tatyana Peltser bütün ittifaqda tanınan, arzuedilən sima idi.
"Əsgər İvan
Brovkin" filmindən
dərhal sonra Tatyana rus əsgərinin anası və üstəlik əməkdar
artist adını da aldı.
"İvan Brovkin
xam torpaqlarda" filmində Evdokiya rolu məxsusi Tatyana Peltser üçün yazıldı.
Aktrisa özünü
"xoşbəxt qarı"
adlandırırdı. 75 yaşında da oynadığı obrazlarda
rəqs edir, dağdan aşır, hasardan tullanır, trolleybusun üstü ilə qaçırdı.
Onun oynadığı
obrazlarda bütün janrlar həmahənglik təşkil edirdi. Komediyanı da,
faciəni də eyni məharətlə yaradırdı.
Qəribə bir xasiyyəti də varmış Tatyana Peltserin - kino çəkilişləri başlayıncaya
qədər Tatyana rejissorun
əsəblərini tarıma
çəkərmiş. Elə ki,
"motor" əmri verildi,
bütün narazılıqlar,
kaprizlər arxada qalardı. Tatyana Peltser diqqətini bütünlüklə çəkildiyi
rola verilərdi.
Nəhayət, 1972-ci ildə Peltsera SSRİ-nin xalq artisti
adı verilir. 1973-cü ildə
isə 30 il
çalışdığı teatrdan, rejissorun bir kəlməsi ilə çıxıb gedən aktrisa, Mark Zaxarovun teatrında işləməyə başlayır.
73 yaşında, yenidən
yeni teatrda... Hər şeyi yenidən başlamaq üçün gərək
insanda məxsusi xarakter ola,
başqalarında olmayan.
Tatyana Peltser məhz
belə qadın idi.
85 yaşlı Tatyana Peltser
həkimlərin bütün
qadağalarına baxmayaraq
yenə siqaret çəkir, tünd qəhvə içirdi. Bununla belə
hər səhər qaçmağından da qalmırdı. Çox dərin
yuxusu vardı. Hətta bir dəfə göyərçin açıq
pəncərədən içəri
girərək onun alnına qonur, amma Tatyana Peltser yenə də xorultu ilə yatırmış.
Ömrünün sonlarında Tatyana yaddaşını
itiribmiş və psixi gərginliyi varmış. Mətbuat hətta onun
psixi xəstəxanada
döyüldüyünü də yazmışdı.
Ondan sonra "Lenkom"un xətti
ilə aktrisa daha elitar xəstəxanaya
köçürülüb.
Uzun müalicədən
sonra aktrisa "Lenkom"da işləməyə
qayıdır, amma yalnız bir tamaşada oynaya bilir. Mark Zaxarov məxsusi onun üçün Qriqori Qorinin tamaşasını
qoyur və Tatyana son rolunu oynayır. Tamaşada onun oğlunu oynayan Aleksandr Abdulov aktrisanı az
qala büllur qab kimi əlləri
üstündə səhnəyə
çıxardır-düşüb sına biləcəyindən
ehtiyat edərək. Rolu demək olar ki, sözsüz idi, peplikalarla, amma zal yalnız
Tatyana Peltseri görmək
üçün gələn
tamaşaçılarla dolmuşdu.
1992-ci ildə pilləkənlərdə
yıxılıb ombası
sınan 88 yaşlı
aktrisa üçün
bu yıxılmadan sonra bir yol
vardı. Bu yol
onu Moskvadakı alman məzarlığına
apardı.
Unikal.- 2021.- 19 fevral.- S.20.