Rəşid Behbudovdan 10
tükürpədən fakt
Gizli kasetin güdazına getdi,
danışsın deyə dırnaqlarını
çıxardılar, ölüm anında nalə çəkdi
Bu gün SSSRİ Xalq artisti,
dünyaca məşhur müğənni Rəşid Behbudovn
anım günüdür. Kulis.az bu münasibətlə onun
haqqında ən ağlasığmaz 10 faktı təqdim edir.
1. Rəşid
Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur
idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan
verirdi.
2. “Bəxtiyar”
filminə çəkilişləri zamanı Saşa rolunun
ifaçısı aktrisa Tamara Çernova süjetə əsasən,
avtomobil sürməli olur. Ancaq bunu yaxşı bacarmır. O,
hər dəfə sükan arxasına keçəndə
çəkiliş qrupu qorxu keçirir. Maşınla olan
epizod başa çatandan sonra Rəşid Behbudov bağ evində
çəkiliş qrupuna kabab qonaqlığı verir.
3. Aktrisa
Nəcibə Behbudova xanəndənin bacısı olub. Onun
oğlu Cəfər Rəşidov uzun illər Moskvada
yaşayıb. Çox yaxşı səsi və musiqi təhsili
olsa da, deyilənlərə görə bacısının bir
neçə dəfə xahiş etməsinə baxmayaraq Rəşid
Behbudov ona heç bir köməklik göstərmir. Bunu isə
onun Cəfəri qısqanması ilə əlaqələndirirlər.
Bakıda istədiyi uğuru qazana bilməyən Cəfər
vətəni tərk edərək Moskvaya köçüb
orada yaşayır.
4.
Qarabağa konsert verməyə gedəndə onun papağı
ilə təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi
oğurlayana bağışladığını bəyan
edir, ancaq papağı geri istəyir. Xanəndənin
papağı qısa müddətdə tapılaraq
özünə qaytarılır. Bu fakt Aqil Abbasın “Dolu”
romanında da özü əksini tapıb.
5.
Əfsanəvi hind aktyorları Rac Kapur və Nərgis Dattla
çox yaxın dost olur. 1989-cu ildə vəfat edən xanəndənin
ölümü ilə bağlı bir neçə fərziyə
dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş
tutan Hindistan səfəri ilə bağlı olur.
6.
Mahnı Teatrının kollektivi ilə Hindistana səfər
edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır.
Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin
birindən keçən zaman SSRİ-dən olan
Şaumyanın burada basdırıldığını və
dəfnində özünün də iştirak etdiyini deyir. O
zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı
müğənni buna çox təəccüblənir və
həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini
xahiş edir. 1988-1989-cu illərdə Dağlıq Qarabağ
problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri
üstündə Mixail Qorbaçovla dalaşır və erməni
tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin
kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan
Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın
müalicələrinə buraxılmır. Onun səhhətində,
xüsusən də böyrəklərində problemlər
yaranır.
7. Rəşid
Behbudov sonralar xəstəxanada yatanda xanımına deyir ki,
kaset məsələsinə görə onu aradan götürəcəklər.
8. Xanəndənin
qızı Rəşidə Rəşidin sözlərinə
görə xanəndə Qorbaçovdan rus tanklarının
Bakıdan çıxarılmasını tələb etdiyi
üçün ona güclü təzyiqlər olur. Bundan
sonra onun əsəbləri sıradan çıxır. Ona
tez-tez sakitləşdiricilər verir, işgəncəyə məruz
qoyurlar. Xanəndənin kürəyində qançırlar əmələ
gəlir, ayağının iki, sağ əlinin bir
dırnağını çıxarmışdılar. Bu
faktlar KQB-nin sənədlərində öz əksini
tapır.
9.
Böyrəklərindəki problemlərlə bağlı
Moskvada xəstəxanaya yatırdılır. Ailəsinə əməliyyat
olunacağı deyilir. Ailə üzvləri yanına
buraxılmayan xanəndə bir neçə saatdan sonra
qışqırmağa başlayır, ardınca isə onun
ölüm xəbəri gəlir.
10. Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, “sizin dinə görə meyiti yarmaq olmaz”. Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda Tibbi Ekspertiza İnstitutunun əməkdaşları tərəfindən yox, polis işçiləri tərəfindən yarılır. Lazımi sənədləri isə yoxa çıxarırlar.
Unikal.- 2021.- 18 iyun.- S.20.