Düşmənin başına od
ələyən Vətənin igid oğlu
Dünyaya göz
açdığı gündən Vətən sevgisi ilə
boy atan Elnur Cəlal oğlu Dadiyev
bu, ilahi sevginin qanadlarında əbədi olaraq
milyonların ürəyində yaşamaq hüququnu qazandı.
Onun ömür yolu 22 il çəkdi. Qaldı ki, olduqca qısa həyatı qüruruna, vüqarına, mərdliyinə tapındığı millətinə şərəf gətirdi. Qəlbi sevdalı Lerikli balası Vətən müharibəsində 30 il qəddar erməni dığaları əsarətindən olmazın bəlalar çəkən əzəli yurd yerimiz Qarabağ torpaqların azadlığı naminə canını fəda etməyi bacardı. Bir igidimiz də Odlar yurdu Azərbaycanımızın şərəfli tarixində torpağa, bağlandığı Vətənə zaman-zaman sevgi, sədaqət nümunəsi kimi örnəyə döndü.
Elnur Lerik rayonunun qartallı qayalar, dağ vüqarlı, saf, dürr, süfrəsi halal çörəkli insanların qüdrəti ilə tanınan Buruq kəndində anadan olmuşdu. Qeyrətdən, qürurdan əzəl həyat yükünü tutan dağlar oğlunun ailəsi Bakı şəhərinə köçür, Sabunçu qəsəbəsində özlərinə yurd-yuva qururlar. Elnur 14 saylı Bakı Peşə Liseyində oxumaqla dərzilik peşəsinə yiyələnir. 2016-cı ildə onu Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərirlər. Cəbhə bölgəsində Vətəninin keşiyində durmağı özünə böyük şərəf sayır. Onu göz-bəbəyi tək qorumaqla əsgərlərin, komandirlərin ürəyinə nüfuz edir, hörmət qazanır. Yeri gələndə bir sıra əməliyyatlarda müqəddəs Vətən torpaqlarına göz dikən yağı düşmənə yerini göstərməyi də bacarır. Məhz bütün bunlara görə ailəsinin yanına üzüağ qayıdır.
Əsgərlikdən sonra Elnur ailəsinə kömək etmək məqsədilə dərzi işləməyə başlayır. Xoşbəxtliyini Vətənini azadlığında, insanlara nümunəvi xidmətdə görən sağlam əqidəli gənc səliqəli, zövq oxşayan işi ilə evə yaxşı qazanc aparır. Təkcə onu narahat edən erməni dığaların Qarabağımıza təcavüzü olur. Hər anda Vətən torpaqların bir qarışı da düşmən ayaqları altında qalmasın deyə güllə qabağına getməyə hazır durur. Odur ki,
Elnur İkinci Qarabağ müharibəsi başlanan andan xüsusi göstəriş gözləmədən düşmənlə müharibəyə girir. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüş meydanında mərdliyi, cəsarəti qəhrəmanıq tariximizə düşür. Dığaların başına sözün əsl mənasında od ələyir. Azad olunan torpaqları qəlbindəki Vətən sevgisini bir daha coşdurur. Ölümün gözünə dik baxa-baxa, sərrast atəşlə ermənilərin neçə-neçə texnikasını sıradan çıxardır, canlı qüvvəsini sarsıdır. 26 oktyabr 2020-ci il tarixində şəhid olsa da, qəhrəmanlığı ta Zəfər günümüzə qədər döyüşçü yoldaşlarına cəsarət verir...
Lerikli balası Vətənin hər qarışını canından əziz bilirdi. Dağlar diyarı Lerikdə dünyaya gəldi, əbədi sinəsinə baş qoyduğu torpaq Zabrat qəbiristanlığı oldu. Yaşadığı yer isə könüllər olmaqla göz açdığı, üz qoyduğu hər iki doğma yer Elnurla fəxr edir. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azad olmasına görə medalları də bizlərə yaxşı təsəllidir...
Zəfər
Orucoğlu,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Unikal.- 2021.- 12
mart.- S.18.