Vətən yolunda
şəhid olan igid Əli
Əli Turac oğlu Quliyev 22 oktyabr 2001-ci ildə İran İslam Respublikasının müqəddəs
Məşhəd şəhərində
dünyaya göz açmışdır. 5-ci sinfə qədər Məşhəd şəhərində
oxumuşdur. Bundan sonra
o, ailəsi ilə birlikdə Masallı rayonunun Böyük Kolatan kəndinə, öz doğma kəndinə köçməli
olur. Təhsilini
Masallı rayon şəhid
Simran Rzayev adına Böyük
Kolatan kənd tam orta məktəbində davam etməyə başlayır. Orta təhsilini 2019-cu ildə başa vurduqdan sonra Vətənə olan borcunu yerinə yetirmək üçün
Masallı rayon Hərbi
komissarlığı tərəfindən
həqiqi hərbi xidmətə çağırılır
və Cocuq Mərcanlıda yerləşən
"N" saylı hərbi
hissəyə yola salınır.
27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində
Füzuli və Xocavənd istiqamətində
gedən şiddətli
döyüşlərdə iştirak etmiş və düşmənin bir neçə postunun ələ keçirilməsində böyük
şücaət göstərmişdir.
Düşmənə ağır zərbələr
endirən igid əsgər -Əli Quliyev oktyabr ayının 26-dan 27-nə keçən
gecə düşmən
gülləsinə tuş
gələrək Azərbaycan
Respublikasının ərazi
bütövlüyü uğrunda
qəhrəmancasına şəhid
olur. Şəhidin nəşi 29 oktyabr
tarixində böyüyüb,
boya-başa çatdığı
Masallı rayonunun Böyük Kolatan kəndinə gətirilir və orada torpağa
tapşırılır.
Prezident
İlham Əliyev Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçularının
medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama
əsasən, Azərbaycan
Respublikasının ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarında iştirak
etmiş və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçusu,
şəhid əsgər
Əli Turac oğlu Quliyev ölümündən sonra
"Vətən uğrunda"
və "Füzulinin
azad olunmasına görə" medalları
ilə təltif edilir. Allah rəhmət
eləsin. Vətən sağ olsun!
Zəfər Orucoğlu
Unikal.- 2021.- 8 may.- S.18.