Şəhid Tural Vətən

üçün canından keçdi

 

Öz qanları ilə Azərbaycanın yeni, şanlı tarixinə adını yazan igidlərdən bir   Tural Elşən oğlu Aslanovdur.   Yardımlının  Çayüzü kənində boya-başa çatan Turalın Vətən sevgisi ilahidən  gəlirdi.  Odur ki, yağı tərəfindən ona olunan təcavüzə  göz yuma bilmirdi. Müstəqil həyata qədəm qoyanı birinci istəyi  əyninə əsgər paltarı geyinib Vətən torpağını qorumaq, mübarizliklə erməni faşistlərinə qalib gəlmək olur. Elin qəhrəman oğlu  Tural ömrünün 28-ci ilində İkinci Qarabağ müharibəsində arzusuna çatır. Cəbhəyə könüllü gedir, Şuşaya  qədər döyüş yolu keçir.  Noyabrın 7-də qələbənin bir addımlığında qalib ölkənin şəhid övladı kimi əbədiyyətə qovuşur. Mənalı  həyat yolu ilə Vətənə, millətə sədaqət nümunəsi olur.

2013-cü ildə Tural   Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında  müddətli həqiqi hərbi xidmətə başlayır. İlk gündən cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi ona hörmət gətirir. Təlimlərdə fəallıq göstərir, cəbhə xəttində düşmənlə qarşı-qarşıya gəldiyi günləri olur. Vətən, torpaq keşiyində ayıq-sayıq dayanan əsgər yağıya yerini göstərə bilir. Həm başa düşür ki, torpaqları işğal altında olan bir ölkə üçün hərbiçi  sənəti hər şeydən vacibdir.  Odur ki,   zabitlik kursunda  oxuyub leytenant rütbəsini alır.  sonra seçdiyi sənətinin kamil  bilicisi olmaqdan ötrü bütün çətinliklərə dözür.  Tərxis olunana qədər xidməti vəzifəsinin öhdəsindən  layiqincə gəlir, Vətənin haqq işində hər an ona qurban getməyə hazır olmağı ilə əsgərlərin, zabitlərin arasında yaxşı ad qoyur. 

Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-  başlanan İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin Şuşanın azadlığı uğrunda gedən savaşda böyük hünər göstərir. Neçə dəfə ölümlə üz-üzə dayanır, qeyri-bərabər döyüşlərin iştirakçısi  olur. Doğma Azərbaycana qəlbən bağlılığı  onu çox ağır sınaqlarda çıxardır. Ən qaynar nöqtələrdə yağıya qan qusdurur. Şuşanın nəfəsini hiss etdikcə  isə  qəhrəman Turalın damarlarında qanı  coşur, dığalardan hər qarış Vətən torpağının qisasını almaq üçün silahdan daha da möhkəm yapışır. Sinəsini gülləyə sipər etməklə arzuladığı qələbəyə çatır. Özü  Şuşada şəhid olsa da, xalqına, millətinə  zəfər sevincini yaşadır...

İndi yeri cənnət olan, adı Vətənlə qoşa çəkilən  igid döyüşçü Tural  bütün Azərbaycan üçün əzizdir.  Dövlət tərəfində onun xidmətləri unudulmadı. Ölümündən sonra layiq görüldüyü 3-cü dərəcəliVətənə xidmətə görəordeni,  İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”,  Vətən uğrundamedalları ilə təltif edilib. Bu qürur, şərəf rəmzi olan Vətən mükafatları doğmalarına yaxşı təsəllidir.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

 

Unikal.- 2022.- 15 iyul.- S.13.