Vətənin unudulmaz oğlu Emin Muradov
İkinci Qarabağ müharibəsində
Vətəni öz canı, qanı ilə alınmaz qala edən qalib şəhidlərdən biri
də Emin İbrahim oğlu Muradovdur. Bu Vətən sevdalısı 1986-cı ildə Lənkəran rayonu, Biləsər kəndində dünyaya göz açıb. Ömrünün
34-cü ilində müqəddəsliyinə
tapındığı doğma
Azərbaycanın bütövlüyü
uğrunda şəhid
olduğu üçün milyonların ürəyində qəhrəmanlıq simvoluna dönüb.
Dövlət də şərəfli
ölümündən sonra Eminin müharibə meydanında
göstərdiyi şücaətini
“Vətən uğrunda”,
“Cəsur döyüşçü”, Füzulinin, Cəbrayilın, Qubadlının,
Xocavəndin azadlığına
görə medallarına layiq görüb.
Ürəyi Vətən eşqi
ilə döyünən Emin
Muradov 2004-cü ildə ordu sıralarına yollanır.
Əsgərlik həyatı cəbhə
bölgəsində başlanır.
Azərbaycanın müqəddəsliyini
hər şeydən əziz bilən Emin ona vicdanla xidmət etməklə zabitlərin, əsgərlərin
sevimlisinə çevrilir. Necə deyərlər, Vətənə
əsgər olduğu müddətdə
gördükləri ilə
əsl vətəndaş,
sədaqətli, vətənpərvər
gənc olduğunu sübut edə bilir.
Beləcə, Emin uşaqlıqdan
bağlanmış Vətən
qarşısında borcunu şərəflə
verib doğma elində dinc əməkdən yapışır.
Xeyirxah əməlləri,
gözəl işləri
onun yaşanan həyatını
insanlara gərəkli edir. Xoşbəxtliyini doğma
yurdunun ümumi səadətində görür,
qisməti hörmət və
məhəbbət olur.
Ömrünün yaxşı
çağlarına sevə-sevə
yol alsa da,
yağı düşmənin
Qarabağın işğalına heç cür dözə bilmir. Odur ki,
İkinci Qarabağ müharibəsi
başlanan kimi “Vətən dardadır, mən burada dura bilmərəm”- deyib könülü döyüşən cəbhəyə
gedir. Füzulidə, Cəbrayılda, Xocavənddə, Qubadlıda
Vətənin qeyrətli
oğulları ilə
bərabər erməni
dığalarına qarşı
əsl qəhrəman
kimi vuruşur. Son nəfəsə qədər sinəsini yanar od
edib yağının
barını çatladır. 20 oktyabr Qubadlı istiqamətində
gedən döyüşlərdə
düşmən tərəfindən
atılan artilleriya mərmisi nəticəsində şəhadətə
qovuşur.
Bəli, şəhidlər heç vaxt ölmürlər. Lənkəran elinin qəhrəman oğlu Emin də cismən aramızdan gedibdir. O, Vətən naminə qəhrəmanlıqla vuruşdu və gələcək nəsillərə örnək olacaq bir tarix yazdı. Özünə əbədi yer etdiyi ürəklərdə yaşamaqla həmişə böyük ehtiramla xatırlanır, adı fəxrlə, qürurla çəkilir. Qərinələr boyunca da belə olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Unikal.- 2023.- 17 mart.- S.12.