Ürəklərdə yaşayan şəhid
leytenant..
44 günlük İkinci
Qarabağ müharibəsində
minlərlə qeyrətli
Vətən oğulları
son damla qanına qədər döyüşərək bizlərə
zəfər sevincini bəxş etdilər. İndi adında bütöv bir xalqın qəhrəmanlıq
simvolunu yaşadan Emil Vaqif oğlu
Qurbanov da haqq savaşımızda qəhrəmanlıq göstərərək
şəhidlik zirvəsinə
ucaldı. Şərəfli
ölümü ilə
xalqına, Vətəninə
şöhrət olan,
ürəklərdə özünə
əzəmətli abidə
ucaldan Emillə doğulub boy-başa çatdığı Lənkəran
camaatı daha çox fəxr edir. Lənkəranlılar
əlçatmaz, ünyetməz
ulduzlar dünyasından
boylanan öz qəhrəman oğlunu heç vaxt unutmur, onun şərəfinə
layiqli işlər görürlər. Hazırda
Lənkəranda Emilin
örnək ömrünü
özündə əks
etdirən, camaatın
and yerinə çevrilən yadigarlar
çoxdur.
Zəfər günü münasibətilə
Lənkəran Şəhər
İcra Hakimiyyətinin
başçısı Taleh
Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri
və şəhid ailələrinin üzvləri
Emil Qurbanovun məzarını ziyarət
edib, xatirəsinə ehtiram olaraq önünə gül dəstələri düzdülər.
Söhbət əsasında bildirildi ki, haqq savaşımızda
qəhrəmanlığı ilə ölümsüzlüyə
qovuşan Emil bizim üçün iftixar yeri, qürur
mənbəyidir. O, Vətən,
millət yolunda şüurlu surətdə
canını fəda etdi. Odur ki,
qərinələr boyunca
şərəfli həyat
yolu nümunə olacaq. Bəli, Emil özündən sonra örnək olacaq bir tarix
yazdı, dövlət
də öz qəhrəman oğlunu “Azərbaycan Bayrağı”
ordeni, “Vətən uğrunda”, Qubadlının,
Cəbrayılın azadlığına
görə medallarına
layiq gördü.
Ömrünün 40-cı ilində müqəddəsliyinə
tapındığı Vətənin
yaşaması naminə
canından keçən
Emil Qurbanov Lənkəran Dövlət
Universitetini bitirmişdi.
2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant
rütbəsi alaraq rayonuna qayıdır. Hərb sahəsinə sonsuz marağı onu yenidən, üç aylıq fasilədən sonra ordu sıralarına aparır. O, 2003-cü ilin
oktyabrında Tərtər
rayonunun “N” saylı hərbi hissəsində tağım komandir vəzifəsində Vətənin
keşiyində durur. 2005-ci ilədək
burada hərbi xidmətini davam etdirir. 2005-ci ildə yenidən Lənkərana qayıdan Emil “Zirvə” idman kompleksində məşqçi-müəllim
işləməyə başlayır,
idman müəllimi kimi müxtəlif yarışlarda iştirak
edir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim
vəzifəsinə təyin
olunur. 2012-ci ilin sentyabrınadək orada fəaliyyət göstərir.
Seçdiyi ixtisası
çox sevdiyi üçün E.Qurbanov müəllimlərin işə
qəbulu müsabiqəsində
iştirak edərək,
bir vaxtlar təhsil aldığı
Lənkəran şəhər
A.Məhərrəmov adına
7 saylı tam orta məktəbində gənclərin təlim-tərbiyəsi
ilə məşğul
olur. Qarabağın işğalına qarşı
həmişə barışmaz
mövqeyini ortaya qoyan Emil 2020-ci il 27 sentyabrda haqq savaşımız başlananda Vətənin
harayına birinci səs verir, gözünü qırpmadan
əlinə silah alır, özünü odlu-alovlu səngərə
atır. Tağım komandiri kimi leytenant Emil Qurbanov Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə
rəşadət göstərir.
Düşmənə qan
qusdura-qusdura qanlı-qadalı
yollar keçir. Qubadlının düşməndən
azad olunması uğrunda ağır döyüşdə iki güllə yarası alaraq qəhrəmancasına
əbədiyyət adlı
dünyasına qovuşur...
Zəfər ORUCOĞLU
Unikal.-
2023.- 17 noyabr, ¹43.- S.12.