Qəhrəman ömrü yaşayan Firdovsi

 

Bu ad özündə şanlı hər tariximizin ayrılmaz bir hissəsi olmaqla , bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadır. Vətən sevdalısı ikinci Qarabağ döyüşlərin qalib şəhiddir. Doğulub boya-başa çatdığı Lerik rayonunun Dico kəndi fəxr edir, öyünür ki, Azərbaycana Firdovsi kimi nəsillərə nümunə olacaq qəhrəman oğul bəxş edib.

Firdovsi Balaxan oğlunun şəhadətə ucaldığı gündən 3 il ötür. Bu münasibətlə doğma kəndində onun anım mərasimi keçirildi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin şəhidin ailə üzvlərinin qatıldığı mərasimdə şəhidin məzarını ziyarət edib ,önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsi ehtiramla yad edildi. Daha sonra icra başçısı şəhidin ailəsinin yaşadığı evə gələrək onların qayğı problemləri ilə maraqlandı.

Şərəfli ölümü ilə özünə ürəklərdə abidə ucaldan Firdovsi Tahirov 18 fevral 1997-ci ildə Lerik rayonunun Dico kəndində anadan olub. 2019-cu ildə Lerik Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ali təhsilini yarımçıq qoyub Murovdağ istiqamətində gedən döyüşlərə qatılır. Bu ağır döyüşlərdə erməni dığalarına qan qusdurur qəhrəmancasına şəhidlik şəhadətinə çatır. Beləcə, bir igid 23 yaşında  ürəkdən bağlandığı Vətəni üçün canından keçir. Şərəfli ölümü doğma yurda başucalığı gətirən  Vətən sevdalısı böyüyüb boya-başa çatdığı Lerik rayonunun Dico kəndində canından artıq sevdiyi torpağa tapşırılır .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Firdovsi Tahirov ölümündən sonraAzərbaycan Bayrağıordeni "Vətən uğrunda", “Cəsur döyüşçü", “ Kəlbəcərin azad olunmasına görəmedalları ilə təltif edilib.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Unikal.- 2023.- 6 oktyabr.- S.12.