Amidin Vətən
məhəbbəti...
İkinci Qarabağ müharibəsində
xalqımızın qəhrəman
oğulları Vətən
torpaqlarının azadlığı
uğrunda canından keçməklə yeni bir
tarix yazdılar. Ölümün üzünə
dik baxan cəsurların arasında
dağlar diyarı Lerikin qartal balası, mayor Amid Heydərov
da var idi. Odur ki, o, qəlblərdə yaşamaqla
hər zaman ehtiramla xatırlanır.
Amid Heydərovun şəhadətə
qovuşmasının üçüncü
ildönümü münasibətilə
anım mərasimi keçirilib. Mərasimdə
Lerik Rayon İcra Hakimiyyəti başçısı
Əkbər Abbasov,
YAP Lerik Rayon Təşkilatının
sədri Malik Mirzəyev,
hüquq-mühafizə orqanları,
idarə, müəssisə,
təşkilat rəhbərləri,
ictimaiyyət nümayəndələri
və şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbir
iştirakçıları ilk öncə şəhid
Amid Heydərovun adını
daşıyan parkda oldular, şəhidin abidəsi və məzarı önünə
gül-çiçək dəstələri
düzərək xatirəsini
yad ediblər.
Çıxışlar zamanı natiqlər 44 günlük
haqq savaşımızda
rəşadətli Azərbaycan
Ordusunun qazandığı
Zəfərdən, onun
tarixi əhəmiyyətindən,
Azərbaycan oğullarının
ağır döyüş
meydanlarında göstərdiyi
qəhrəmanlıqdan və
mayor Amid Heydərovun 32 illik
şərəfli həyatından
danışdılar.
Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın
20-də Lerik şəhərində
dünyaya gəlib. Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbini
bitirib, 2006-cı ildə
Bakıda Ali Hərbi Akademiyaya qəbul olub. 2010-cu ildə buranı bitirdikdən sonra Amid Heydərov Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
"N" saylı hərbi
hissəsinə taqım
komandiri təyin olunub. 2015-ci ildə baş leytenant hərbi rütbəsi alıb, 4 il bölük komandiri vəzifəsində
işləyib. 2016-cı ilin
Aprel döyüşlərində
Lələtəpə yüksəkliyinin
azad edilməsi uğrunda yağıya qan uddurur, göstərdiyi
xüsusi qəhrəmanlığa
görə ona vaxtından əvvəl kapitan hərbi rütbəsi verilib. O,
2020-ci ilin iyul ayında Tovuzda gedən döyüşlərdə
də əsl qəhrəmanlıq göstərir,
mayor rütbəsinə yüksəlir,
Müdafiə Nazirliyinin
"N" saylı hərbi
hissəsinin komandiri vəzifəsinə təyin
edilib. Həmçinin
sağlığında orduda
misilsiz xidmətlərinə
görə "Azərbaycan
Silahlı Qüvvələrinin
90 illiyi" yubiley medalı, "Azərbaycan
Silahlı Qüvvələrinin
95 illiyi" yubiley medalı və 3-cü dərəcəli "Qüsursuz
xidmətə görə"
medalına layiq görülüb.
2020-ci il sentyabrın 27-də Vətən
müharibəsində mayor Amidin döyüş yolu Qarabağın ən qaynar nöqtələrindən başlanır.
Ölüm-dirim savaşlarında
rəşadət nümunəsi
göstərərək yağıya
ciddi itkilər verir. Cəbrayılın azadlığı uğrunda
gedən döyüşlər
zamanı yağı gülləsinə tuş
gəlib, Lerik şəhərində dəfn
olunub.
Azərbaycan Prezidentinin Sərəncamı
əsasında Amid Heydərova
ölümündən sonra
"Vətən müharibəsi
qəhrəmanı" adı
verilib. "Vətən
uğrunda", "Cəbrayılın
azad olunmasına görə" medalları
ilə də təltif olunub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü.
Unikal.-
2023.- 6 oktyabr.- S.13.