Şəhid Ayxan qəlblərdə
yaşayır
İkinci Qarabağ müharibəsində doğma Vətəninin harayına səs verib uğrunda son damla qanına qədər mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalananda Ayxan Fariz oğlu Qurbanzadə 22 yaşında idi.
Ölümü əsl qəhrəmanlıq məktəbi
kimi tarixə düşən oğlunu
xalq qəlbində yaşatmaqla onu özünə qürur mənbəyi bilir. Müqəddəslik şəhidlik zirvəsində
bizlərə tərəf
boylanan, hər cür sevgiyə, məhəbbətə layiq
olan Ayxan Qurbanzadə dövlət tərəfindən isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin,
Şuşanın azadlığına görə medallarla təltif olunub.
Vətənpərvərliyin
ən ali məqamına yetişən Ayxan
Qurbanzadə 1998-ci ildə
Lənkəran rayonunun
Şağlakücə kəndində anadan olub. Atası Fariz Qurbanov Birinci
Qarabağ müharibəsi
qazisi və 2-ci qrup əlilidir. Vətənə, torpağa
bağlılıq bu
ailənin canında, qanındadır. Ayxan hələ uşaqlıqdan
ürəyində mənfur düşmənlərə
nifrət bəsləyib.
Odur ki, orduya yola düşəndə
birinci amalı yağıdan qisas almaq olub. Cəbhə bölgəsində əlində
silah, ürəyində
Vətən məhəbbəti
oğulluq borcunu ləyaqətlə yerinə
yetirib. Xidmət zamanı fəallığı
və nizam-intizamı
ilə seçilib.
Ayxan
hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif
işlərdə çalışıb.
2016–2017-ci illərdə Vətən,
torpaq naminə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
müddətli həqiqi
hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb . 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri
zamanı general-mayor Polad Həşimov şəhadətə qovuşduqdan sonra elan edilən səfərbərliyə Ayxan Qurbanzadə də qoşulub, 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına gedib.
İkinci Qarabağ
müharibəsində atıcı
olaraq odlu-alovlu səngərlərdə
birincilər sırasında yerini alıb. Xocavəndin və Füzulinin azadlığı uğrunda
gedən döyüşlərdə,
sözün əsl mənasında yağıya
qan qusdurub. Qəhrəman Vətən sevdalısı
25 oktyabr 2020-ci ildə Füzuli -Hadrut istiqamətində döyüş tapşırığının
yerinə yetirilməsi
zamanı həlak olub.
Lənkəran camaatı öz qəhrəman oğlunu bir an belə
unutmur, adını böyük iftixarla çəkir, örnək
olaraq şərəfli
həyat yolunu nümunə göstər.
Xatirəsinə ehtiram
olaraq onun ad
gününü məzarının
önünə gül
dəstələri qoymaqla
qeyd ediblər. Həm də bildirilib ki, Ayxan
Vətən yolunda canından keçib. Qərinələr
ötsə, nəsillər
bir-birini əvəz
etsə belə o, heç vaxt unudulmaz, daim qəlblərdə yaşayacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlə Birliyinin üzvü
Unikal.-
2024.- 2 avqust, ¹27.- S.13.