Torpağı Vətən edən igid...
İkinci Qarabağ müharibəsində sinəsini Vətəninə sipər edən qəhrəman oğullardan biri də 1994-cü ildə Lənkəranın Girdəni kəndində dünyaya göz açan Kənan Axundzadədir.
Düşmənə nifrət hissi ilə boy atan Kənan həqiqi həbi xidmətini cəbhə bölgəsində, yağı düşmənlə üz-üzə doğma Azərbaycanın keşiyində durmaqla başa vurur. O, evdə özünə heç cür rahatlıq tapa bilmir. Axı, Azərbaycanın müqəddəs paçası olan Qarabağı işğal edən düşməndən alacağı öcü hələ qalırdı. Odur ki, 2020-ci ilin avqust ayında müddətdən atıq həbi xidmət keçmək məqsədilə yenidən orduya yazılır.
Vətən müharibəsi başlanan gündən Kənan düşmənlə ölüm-dirim savaşına girir. Qartal kimi yağının üstünə şığıyır və neçə-neçə döyüşdən zəfərlə çıxır. 2020-ci ilin 30-oktyabırı isə onun cavan ömrünə son qoyur. Beləcə, şərəfli ölümü millətinə başucalığı gətirən Kənan Vətənini yaşatmaqla ürəklərdə özünə əzəmətli abidə ucaldır. Həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medallarla təltif olunur.
Qalib şəhid Kənan Axundzadənin 30 yaşının tamamında Lənkəran Mədəniyyət Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində tədbir keçirildi. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə Şəhər İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, rayon ictimaiyyətinin nümayəndələri qatılmışdı.
Görüşdə şəhidin şəxsi əşyaları və fotolarından ibarət sərgi təqdim olundu və onun şərəfli həyat yolunu özündə əks etdirən video-çarx göstərildi. Daha sonra şəhidin anasına mərkəzin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Kənan Axundzadənin portreti təqdim edildi.
Çıxışlarda isə şəhid Kənan Axundzadənin vətənpərvərliyindən, mərdliyindən, doğma Azərbaycana sonsuz sevgisindən danışdılar, məktəblilər Vətənə, qələbəyə həsr olunan şerlər söylədilər və tanınmış müğənnilərin ifasında şəhidlər haqqında mahnılar dinlənildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Unikal.-
2024.- 16 avqust, ¹29.- S.10.