19 yaşlı şəhid
Murtazanın Vətən
sevgisi
İkinci
Qarabağ müharibəsində Vətənin qorxmaz, igid
övladları qanından, canından keçərək 44
günə xalqımıza zəfər sevincini
yaşatdılar.
30 il əsir düşən
torpaqları xilas edib adlarını Azərbaycanın yeni,
şanlı tarixinə yazanlardan biri də 2 oktyabr 2001-ci ildə
Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan
olan şəhid Murtaza Elman oğlu Qasımovdur. Murtazaya
ömrünün çiçələnən dövründə
bu müqəddəs yolu seçən onun saf vicdanı, əqidəsi,
Vətən sevgisi oldu. Şərəfli ölümü ilə
milyonların ürəyində özünə əbədi
heykəl ucaldan əsir Qarabağımızı xilaskar ərəni
həm də ölümündən sonra “Vətən
uğrunda”, “İgidliyə görə, “Zəngilanın azad
olunmasına görə” medalları ilə təltif olunub.
Uşaqlıqdan vətənpərvər böyüyən, doğma
Azərbaycanın hər guşəsini özünə əziz
bilən Murtaza 2019-cu il oktyabr ayında Milli Ordu sıralarına
yola düşəndə cəbhə bölgəsində xidmət
etməyi istəyib. Məqsədi də
Qarabağımızı işğal edən erməni
dığalardan qisas almaq olub. Arzusu nəzərə
alınıb, Vətən qarşısında oğulluq
borcunu ləyaqətlə, vicdanla yerinə yetirib. Hərbi təlimlərə
həvəslə qatılıb. İntizamı,
çalışqanlığı, içdiyi hərbi anda sədaqəti
onu ağır sınaqlardan belə üzüağ
çıxardıb. Ən əsası xidmət müddətində
əsl vətəndaş, mənəvi cəhətdən
yetkin, cəsur, mərd bir gənc və vətənpərvər
əsgər olaraq hamının sevgisini qazanıb. Vətənini
ürəkdən sevib, torpağını canı, qanı
bahasına qorumağa hazır olub. Həmişə
də əsgər yoldaşlarına deyib ki, əgər Qarabağımızın
azadlığı naminə
müharibə başlansa
mən döyüşə
birinci gedərəm, hər qarış torpaq uğrunda son damla qanıma qədər yağıya qarşı vuruşaram. Təki Vətənimizdə
əmin-amanlıq olsun,
xalqımız azad yaşasın...
Ən böyük arzusu Qarabağı azad görmək olan əsgər Murtaza Qasımov
44 günlük haqq savaşımız başlanan
kimi əlinə silah alıb ölüm-dirim döyüşü
girib. Cəbrayılın,
Zəngilanın azad olmasında müharibə
meydanında böyük
hünər göstərib.
Yağıya qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi
texnikasını məhv
edib. Bitib-tükənməyən
Vətən sevgisi igid Murtazanı qələbədən qələbəyə
aparıb. Şanlı
zəfərimizə ürəkdən
inanıb vurduğu sarsıdıcı zərbələri
ilə yağıya göz açmağa imkan verməyib. Dəfələrlə yaralansa
da, qələbəyə bir
gün qalmış
811.0 yüksəkliyinə hücum
edən düşməni
məğlub edib, burada Azərbaycan bayrağı sancılan
zaman şəhid olub.
Qazanılan parlaq qələbəmizin mərdlik,
qəhrəmanlı simvoluna
çevrilərək həmin
gündən Vətən
səmasının parlaq
günəşinə olub...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Unikal.- 2025.- 8 avqust,
¹29.- S.12.