Milli Kitabxanada “Akademik
Kamal
Abdulla – 75” adlı sərgi
keçirilib
Milli Kitabxanada görkəmli akademik, türkoloq, filoloq-slavyanşünas, ədəbi
tənqidçi, dramaturq
və şair, Azərbaycan ədəbiyyatının
ən seçilən
nasirlərindən biri,
Xalq yazıçısı
Kamal Abdullanın anadan
olmasının 75 illiyi
münasibətilə “Akademik
Kamal Abdulla – 75” adlı ənənəvi
kitab sərgisi və
“Xalq yazıçısı
Kamal Abdulla” adlı virtual sərgi
istifadəçilərə təqdim olunub.
Sərgilərdə
rəsmi sənədlər, Milli ədəbiyyatımızın
görkəmli nümayəndəsi, istedadlı
yazıçı-dramaturq, Əməkdar elm xadimi, Xalq
yazıçısı, akademik Kamal Abdullanın fundamental elmi
tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları,
romanları, povestləri, hekayələri, pyesləri,
şeirləri, tərcümələri, esseləri, ideya
müəllifi, layihə rəhbəri, elmi redaktor, rəyçi
və məslətçi olduğu əsərlər, həyatı,
elmi fəaliyyəti, bədii və çoxşaxəli
yaradıcılığı haqqında tədqiqat əsərləri,
Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,
dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi
ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Xalq_yazicisi_Kamal_Abdulla/index.htm linkindən
istifadə edə bilərlər.
Xalq
yazıçısı, ictimai xadim, akademik Kamal Abdulla 4 dekabr
1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub.
1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
1968-1973-cü illərdə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində təhsil alıb.
1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə
Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik
dissertasiyasını, 1984-cü ildə Bakıda “Azərbaycan
dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq
dissertasiyası müdafiə edib.
300-ə
yaxın məqalənin, 20-dən çox dərs vəsaiti və
monoqrafiyanın müəllifi olan akademik Kamal Abdulla müasir ədəbiyyatımız
və dilçiliyimiz üçün çox qiymətli tədqiqatlar
aparıb, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”,
“Mifdən yazıya”, “Dilçiliyə səyahət” və s.
kimi əsərlər ərsəyə gətirib.
Kamal
Abdulla Azərbaycan ədəbiyyatının ən orijinal
yazıçılarından biridir. O, “Yarımçıq əlyazma”,
“Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” və “Sirlərin
sərgüzəşti” romanlarının müəllifidir.
Bu romanlar müxtəlif dillərə tərcümə edilərək
Fransa, İtaliya, Avstriya, Yaponiya, Amerika, Braziliya, Rusiya,
Türkiyə, Misir, Polşa, Litva, Qazaxstan və başqa
ölkələrdə çap edilib.
Kamal
Abdulla həm də mahir dramaturqdur. Onun “Casus” və “Beyrək”, “Bir-iki, bizimki” və s. kimi dram əsərləri
bu gün teatrlarımızın səhnəsində
böyük alqışlarla
qarşılanır.
AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət
müşaviri, Azərbaycan
Dillər Universitetinin
rektoru, Azərbaycan Yaradıcılıq Fondunun
sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər
Şurasının sədridir.
Həmçinin, bir sıra ölkədaxili və xarici ədəbi, ictimai, elmi qurumların üzvüdür.
Akademik
Kamal Abdulla bir çox
mükafatlara və təltiflərə, o cümlədən,
1999-cu il 9 dekabr tarixində
Azərbaycan xalqının
mühüm tarix və mədəniyyət
abidələrindən olan
“Kitabi-Dədə Qorqud”
dastanının tədqiqindəki
xidmətlərinə görə
Ölkə Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan
Respublikasının Əməkdar
elm xadimi”, 2019-cu il 25 may tarixində
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
tərəfindən Azərbaycan
mədəniyyətinin inkişafında
xidmətlərinə görə
“Xalq yazıçısı”
fəxri adlarına layiq görülüb, 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasında
elm və təhsilin inkişafında böyük
xidmətlərinə görə
“Şərəf” ordeni
ilə təltif edilib.
Unikal.- 2025.- 5 dekabr,
ą46.- S.12.