Rəşid Behbudova həsr

olunmuş sərgi keçirilib

 

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmişSəsin rəngisərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alır.

Sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış ediblər. Çıxışlar zamanı Rəşid Behbudovun özünəməxsus ifası aktyorluq məharəti ilə milli musiqi kino sənətimizə verdiyi dəyərli töhfələr, həmçinin Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıtması xüsusi qeyd olunub.

Tədbirdə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığıRəşid Behbudovun portretiəsərinin hekayəsi haqqında qısa video nümayiş olunub. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə nümayiş olunan eksponatlar Rəşid Behbudovun zəngin həyatı parlaq yaradıcılıq yolunun mühüm məqamlarını işıqlandırır. Ekspozisiyada sənətkarın layiq görüldüyü dövlət təltifləri medalları ilə yanaşı, onun mənəvi dünyasının güzgüsü olan cib Quranı, 1952-ci ildə Moskva teatrı üçün hazırlanan 'Arşın mal alan' operettasının ssenarisi deputatlıq fəaliyyətinə dair qeyd bloknotu ziyarətçilərə təqdim edilir. Sərginin ən təsirli nümunələri sırasında sənətkarın 1989-cu ildə Moskvada xəstəxanada qələmə aldığı son məktubu ölməz 'Ey Vətən' mahnısının əlyazması yer alır. Təqdim olunan bu unikal sənədlər Rəşid Behbudovun sənətinə Vətəninə olan sonsuz bağlılığının əyani təcəssümüdür.

Ekspozisiyada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri Nəcəfqulu İsmayılov, Ömər Eldarov, Tahir Salahov, İsa İbrahimov, Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Marqarita Əfəndi, Fuad Salayev, Altay Sadıqzadə, Elturan Avalov, Ülviyyə Həmzəyeva digər rəssam heykəltaraşların, eləcə ABŞ, Rusiya, İran sənətkarlarının Rəşid Behbudovun fenomenal şəxsiyyəti yaradıcılığını tərənnüm edən əsərləri nümayiş etdirilir.

Sərgidə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı vaxtilə Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında nümayiş etdirilənRəşid Behbudovun portreti”nin surəti təqdim olunur. 1992-ci ildə Şuşanın işğalı zamanı əsərin orijinalı digər mədəni irs nümunələri kimi qarət edildiyindən, sənətkarın 110 illik yubileyi münasibətilə portretin fotosu əsasında yeni surətin hazırlanmasına qərar verilib. Bu Əməkdar rəssam ali dərəcəli bərpaçı Natiq Səfərov tərəfindən Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə yüksək peşəkarlıqla həyata keçirilib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı böyük Zəfərdən sonra Şuşa Dövlət Rəsm Qalereyası bərpa edilərək yenidən fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraqRəşid Behbudovun portretisənətkarın ailə üzvləri Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən Mədəniyyət Nazirliyinə təqdim olunacaq Şuşa Dövlət Rəsm Qalereyasında yenidən öz layiqli yerini tutacaq.

Rəşid Behbudov öz ecazkar səsi unudulmaz mahnıları ilə hər zaman istedadlı rəssamlarımızı yeni əsərlər yaratmağa ilhamlandıracaq. “Səsin rəngisərgisi isə dünyaşöhrətli müğənninin yaradıcılığının əbədiliyini əks etdirən sənət ünvanı kimi daima yadda qalacaq.

Sərgi 31 dekabr 2025-ci il tarixinədək davam edəcək.

 

Unikal.- 2025.- 19 dekabr, ¹48.- S.13.