Türkiyəli tanınmış alim Azərbaycan
Milli Kitabxanasının qonağı olub
18 dekabr 2025-ci il tarixində Türkiyəli alim - Yıldız Texniki Universitetinin fəlsəfə
kafedrasının professoru
Caner Taslaman və ilahiyyatçı Elşad Miri Milli Kitabxananın qonağı olub.
Qonaqları kitabxananın direktoru
professor Kərim Tahirov
qəbul edib. O, münasibətlərin mühüm
forması olan mədəni əlaqələrin
Azərbaycan ilə Türkiyə arasında orta əsrlər dövründən mövcud
olduğunu, lakin sovet dönəmində bu əlaqələrin məlum səbəblər
üzündən zəiflədiyini
bildirərək bu gün türk dövlətləri ailəsinə
daxil olan və türkdilli xalqların mənəvi birliyinə və yaxınlaşmasına böyük
ehtiyac olduğunu diqqətə çatdırmışdır.
Direktor mədəniyyətlərimiz
arasındakı tarixi
və mədəni-mənəvi
körpülərin respublikamızın
müstəqillik illərində
sürətlə bərpa
edilməsi haqda danışıb, mədəni
əlaqələrimizin hər
iki xalq arasında qarşılıqlı
mənəvi zənginləşmə
zərurətindən irəli
gəldiyini söyləyib
və bu mənada türkiyəli alimlərin bu elm məbədini ziyarət etməsinin və öz kitablarını kitabxanaya təqdim etməsinin xüsusilə
əhəmiyyətli olduğunu
bildirmişdir.
Prof. Dr.
Caner Taslaman İstanbulda
Elm, Fəlsəfə, Din Vəqfinin
fəaliyyət göstərdiyini,
əsas məqsədin
cəmiyyətdə insanların
elm, fəlsəfə və
din sahəsində təhsil
alaraq özlərini inkişaf etdirə, azad düşünə və cəmiyyətə töhfə verə biləcəyi bir mühiti təmin etmək olduğunu, bu sahədə akademik araşdırmalar vasitəsilə cəmiyyətə
dəyər qatmağa,
ictimai inkişafa töhfə verməyə
və gələcəyi
işıqlandırmağa çalışdıqlarını diqqətə çatdırıb.
O, Vəqfin elm, fəlsəfə
və din sahələrində
tədqiqatçılara dəstək
olduğunu, mövcud və gələcək yerli və xarici
tədqiqatları qiymətləndirərək
müəllif hüquqları
ilə qorunan və tərcümə edilmiş əsərləri
dərc etdiyini, fəaliyyətlərini həyata
keçirmək və
daha geniş auditoriyaya çatdırmaq
üçün görüşlər
keçirdiklərini, seminarlar,
kurslar vasitəsilə
bədii fəaliyyətlərə
və şəxsi inkişafa dəstək verdiklərini, sənədli
filmlər, televiziya və radio proqramları hazırlayaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə
yaydıqlarını, simpoziumlar,
konfranslar və seminarlar təşkil etdiklərini diqqətə
çatdırıb.
Qeyd edək ki, Prof. Dr. Caner Taslaman
əsasən müasir
elm-fəlsəfə-din münasibətlərinə
dair xeyli kitabların müəllifidir
və görüş
zamanı alim müəllifi
olduğu kitabları
Milli Kitabxananın fonduna
hədiyyə edib və qəbula görə kitabxananın rəhbərliyinə təşəkkürünü
bildirib.
Professor Kərim Tahirov dəyərli hədiyyələrə
görə qonağa təşəkkür edərək,
kitabların kitabxananın
fondunda öz layiqli yerini tutacağını söyləyib
və “Azərbaycan
Milli Kitabxanası” fotoalbomunu
qonağa təqdim edib.
Sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.
Unikal.-
2025.- 19 dekabr, ¹48.- S.12.