Qarabağımızın xilaskar oğlu
Ümid İlqar oğlu Qasımzadə İkinci Qarabağ müharibəsində Vətənin yaşaması naminə sinəsini ona sipər edəndə ömrünün 19-cu ilini yaşayırdı.
Cəlilabad rayonu,
Göytəpə şəhərində
dünyaya göz açan Ümid yaşının bu
az ilində yazdığı şanlı
tarix ilə bütöv bir xalqın qəhrəmanlıq simvoluna
çevrilərək milyonların
ürəyinə köçübdür. Dövlət tərəfindən də
odlu-alovlu müharibədə
göstərdiyi fədakarlığa,
mərdliyə yüksək
qiymət verilib.
Ölümündən sonra “Döyüşdə
fərqlənməyə görə”,
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.
Qarabağımızın xilaskar oğlu Ümid özünü
dərk edəndən doğma Azərbaycana, dövlətinə və xalqına ürəkdən bağlanıb. Səmimiyyəti,
yüksək əxlaqı,
insanpərvərliyi onun
Vətənə layiqli
övlad olmasından xəbər verib. 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov adına Göytəpə
şəhər 1saylı tam
orta məktəbi bitirəndə, eləcə
cəmiyyətdə yaxşı
idmançı kimi də ad qoymuşdu.
Belə ki, o, məktəbdə oxuduğu
zaman idmanın ağır atletika növünə
maraq göstərib, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində
fəaliyyət göstərən
UGİM-də
məşq edib.
Cəlilabadlı atletin
uğurlarına gəldikdə
isə müxtəlif
vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların
iştirakçısı və
mükafatçısı olub.
Belə ki, gənclər
arasında Azərbaycan
çempionatında 2019 və
2020-ci illərdə
gümüş medallarla
pərəstişkarlarını sevindirib.
Bir qayda
olaraq haqsızlığa,
ədalətsizliyə qarşı
olan Ümid erməni
dığaların Qarabağımızın
işğalına heç cür döz bilməyib. Elə ordu
sıralarına da düşməndən qisas
almaq məqsədilə
gedib. Xidmət zamanı fəallığı, nizam-intizam
ilə seçilib. Təmiz ürəkli, vicdanlı, qeyrətli gənc komandirlərin verdiyi tapşırıqları vaxtında,
dəqiq yerinə yetirib, Vətənini göz-bəbəyi kimi qorumaqla uğrunda canını, qanını belə fəda etməyə hər an hazır olub.
Ümid Qasımzadə
həqiqi hərbi xidmətdə olanda Vətən
müharibəsi başlanıb.
İgid əsgər ilk
gündən ölüm-dirim savaşına qatılıb. Vətən, torpaq sevgisindən güc alan Ümid döyüşdən
–döyüşə dığalara ciddi itkilər verib. Həm də mərdliyi, qəhrəmanlığı onunla
çiyin-çiyinə döyüşən
əsgərlərdə qələbəyə
inam yaradıb. Oktyabrın
13-də Füzulinin azadlığı
uğrunda tarix yazan Ümid özü də qəfil atılan yağı gülləsinə
tuş gəlib. Son nəfəsdə də “Vətən” deyib şəhadətə
qovuşub.
Bəli, Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə
yazılan 44 gülük
haqq savaşımızda Ümid kimi igidlərin qanı bahasına Qarabağımız
30 ildən sonra azad olundu, mənliyimiz və kimliyimiz bütün millətlərə bilindi...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Unikal.-
2025.- 21 fevral, ¹7.- S.11.