2024-cü ildə Masallı rayonunun iqtisadi və sosial
inkişafının makroiqtisadi göstəriciləri
artıb
Masallı Rayon Statistika İdarəsindən
AzPress.az-a verilən məlumatda bildirilir ki, 2024-cü ildə
iqtisadiyyatın əsas sahələrində ümumi məhsul
buraxılışı 580709,0 min manat təşkil etmiş və
əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə
5,5 faiz artmışdır. Məhsul
buraxılışının həcmi 2023-cü illə
müqayisədə kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq sahəsində
0,3 faiz, sənaye sahəsində 15,1 faiz, tikinti sahəsində
14,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində
37,8 faiz, informasiya və rabitə sahəsində 22,8 faiz, ticarət;
nəqliyyat vasitələrinin təmiri sahəsində isə
0,5 faiz artmışdır.
Sənaye. Rayonun sənayesi mədənçıxarma,
emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, eləcə
də su təchizatı, tullantıların təmizlənməsi
və emalı sahələrindən ibarətdir. 2024-cü ildə
28 sənaye müəssisəsi fəaliyyət göstərmişdir.
Ötən ildə sənaye müəssisələri və
bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən istehsal olunmuş malların və
göstərilmiş xidmətlərin həcmi müqayisəli
qiymətlərlə 15,1 faiz artaraq 138832,9 min manat təşkil
etmişdir.
2024-cü ildə istehsal
edilmiş və göstərilmiş xidmətlərin 86,5
faizi emal sənayesində, 11,8 faizi elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı
bölməsində, 1,5 faizi su təchizatı,
tullantıların təmizlənməsi və emalı
sektorunda, 0,2 faizi isə mədənçıxarma sənayesində
olmuşdur.
Mədənçıxarma sənayesi
müəssisələri tərəfindən keçən il
istehsal edilmiş və göstərilmiş xidmətlərin
həcmi 245,7 min manat olmuşdur.
Emal sənayesi müəssisələri
tərəfindən 2024-cü ildə istehsal edilmiş və
göstərilmiş xidmətlərin həcmi müqayisəli
qiymətlərlə 16,8 faiz artaraq 120140,8 min manat təşkil
etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını
mebellərin istehsalı (86,2 faiz), qida məhsullarının
istehsalı (7,3 faiz), tikinti materiallarının istehsalı
(1,7 faiz), kimya sənayesi (1,6 faiz), rezin və plastik kütlə
məmulatlarının istehsalı (2,0 faiz) və digər məhsulların
istehsalı (1,2 faiz) təşkil etmişdir.
Elektrik enerjisi, qaz, buxar
istehsalı, bölüşdürülməsi və təchizatı
bölməsinin müəssisələri tərəfindən
2024-cü ildə malların və göstərilmiş xidmətlərin
həcmi müqayisəli qiymətlərlə 7,2 faiz artaraq
16315,8 min manat təşkil etmişdir.
Su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində istehsalın real həcmi müqayisəli
qiymətlərlə 16,4 faiz artaraq 2130,6 min manat təşkil
etmişdir.
Tikinti. 2024-cü ildə rayonun
iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 23183,3 min manat və
ya 2023-cü illə müqayisədə 69,5 faiz az vəsait
yönəldilmişdir. İstifadə olunmuş vəsaitlərin
5090,0 min manatı və ya 22,0 faizi yaşayış evlərinin
tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş
vəsaitlərin 22752,2 min manatı və ya 98,1 faizi bilavasitə
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf olunmuş və 2023-cü illə müqayisədə
68,6 faiz az olmuşdur.
Əsas kapitala yönəldilmiş
vəsaitin 7,3 faizini dövlət sektoru, 92,7 faizini isə
qeyri-dövlət sektoru təşkil etmişdir.
2024-cü ildə fəaliyyət
göstərən tikinti müəssisələri və fərdi
sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin
həcmi 28605,9 min manat təşkil etmiş və 2023-cü
illə müqayisədə 14,0 faiz çox olmuşdur.
Ümumi tikinti işlərinin 215,6 min manatını və ya
0,8 faizini tikinti yenidənqurma, genişləndirmə, texniki
avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə
işləri, 3784,5 min manatını və ya 13,2 faizini əsaslı
təmir, 22865,4 min manatını və ya 79,9 faizini cari təmir,
1740,4 min manatını və ya 6,1 faizini isə sair işlər
təşkil etmişdir.
Kənd təsərrüfatı.
2024-cü ildə kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq sahəsi
üzrə məhsul buraxılışının ümumi dəyəri
2023-cü ilə nisbətən 0,3 faiz artaraq 201522,7 min manat
olmuş, o cümlədən onun 93822,2 min manatı və ya
46,6 faizi bitkiçilik məhsullarının, 107700,5 min
manatı və ya 53,4 faizi isə heyvandarlıq məhsullarının
payına düşür.
Nəqliyyat. 2024-cü ildə
avtomobil nəqliyyatı sahəsində fəaliyyət
göstərən təsərrüfat subyektləri tərəfindən
14240,0 min nəfər sərnişin daşınmış və
2023-cü illə müqayisədə 9,0 faiz
artmışdır. 2024-cü ildə avtomobil nəqliyyatı
ilə 2475,0 min ton yük daşınmış və
2023-cü illə müqayisədə 6,1 faiz
artmışdır.
2024-cü ildə nəqliyyat və
anbar təsərrüfatı xidmətlərindən əldə
olunan gəlirin ümumi dəyəri 2023-cü illə
müqayisədə 37,8 faiz artaraq 24423,4 min manat olmuşdur ki,
onun da 9482,2 min manatı və ya 38,8 faizi hüquqi şəxslərin,
14941,2 min manatı və ya 61,2 faizi isə fiziki şəxslərin
payına düşür.
İnformasiya və rabitə.
2024-cü ildə informasiya və rabitə sahəsində
göstərilmiş xidmətlərin dəyəri real ifadədə
2023-cü illə müqayisədə 875,7 min manat və ya
22,8 faiz artaraq 4661,5 min manat təşkil etmişdir. Göstərilmiş
xidmətlərin 3731,1 min manatı və ya 80,0 faizi dövlət
sektoru, 930,4 min manatı və ya 20,0 faizi isə qeyri-dövlət
sektoru tərəfindən həyata keçirilmişdir.
Əmtəə bazarı.
2024-cü ildə pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 570820,6 min manatlıq məhsul
satılmış, onun 184800,7
min manatını və ya 32,4 faizini ərzaq məhsulları,
içkilər və tütün məmulatları, 386019,9 min
manatını və ya 67,6 faizini isə qeyri-ərzaq
malları təşkil etmişdir.
2023-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalmışdır.
İctimai iaşə xidmətləri. 2024-cü ildə ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə 12,8 faiz artaraq 17000,0 min manat olmuşdur. İctimai iaşə dövriyyəsinin 1,8 faizi və ya 312,1 min manatı hüquqi şəxslərin, 98,2 faizi və ya 16687,9 min manatı isə fiziki şəxslərin payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətlər. 2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 8,5 faiz artaraq 121786,5 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 11500,0 min manatını və ya 9,4 faizini məişət xidmətləri təşkil etmişdir.
Mehmanxana (hotel) və
mehmanxana tipli obyektlər. 2024-cü ildə mehmanxana (hotel) və
mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki illə
müqayisədə 59,4 faiz artaraq
3823,8 min manat olmuş, o cümlədən 66,4 faizi
nömrələrin satışından, 32,4 faizi iaşə
xidmətlərindən, 1,2 faizi isə digər xidmətlərin
göstərilməsindən əldə edilmişdir.
2024-cü ildə mehmanxana
(hotel) və mehmanxana tipli obyektlərin xərcləri əvvəlki
illə müqayisədə 57,3 faiz artaraq 1991,3 min manat, o
cümlədən 27,3 faizi əməkhaqqı xərcləri,
32,4 faizi içkilərin və yeməklərin
hazırlanması üçün alınan mallara çəkilən
xərclər, 7,2 faizi bütün növ yanacaq və enerji xərcləri,
4,3 faizi büdcəyə ödənilən vergilər, 1,7
faizi əsas vəsaitlərin cari təmirinə sərf olunan
xərclər, 0,7 faizi suyun alınmasına çəkilən
xərclər, 0,9 faizi reklam xərcləri, 0,1 faizi icarə
ödəmələri, 25,4 faizi isə digər xərclər
olmuşdur.
Qiymət indeksləri. Rayon
üzrə 2024-cü ilin dekabr ayında istehlak qiymətləri
indeksi noyabr ayı ilə müqayisədə 100,6 faiz,
2024-cü ildə əvvəlki illə müqayisədə isə
101,6 faiz təşkil etmişdir.
2024-cü ilin dekabr ayında
qida məhsulları, içkilər və tütün məmulatları
üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə
müqayisədə 100,8 faiz, 2024-cü ildə əvvəlki
illə müqayisədə isə
101,8 faiz təşkil etmişdir.
Ötən ilin dekabr ayında
qeyri-qida məhsulları üzrə istehlak qiymətləri
indeksi noyabr ayı ilə müqayisədə 100,7 faiz,
2024-cü ildə əvvəlki illə müqayisədə isə
98,8 faiz təşkil etmişdir.
2024-cü ilin dekabr ayında əhaliyə
göstərilmiş ödənişli xidmətlər üzrə
istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə
100,1 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə
isə 104,0 faiz təşkil etmişdir.
Bələdiyyə. Fəaliyyət
göstərən bələdiyyələrin 2024-cü ildə
büdcə gəlirləri 1088,0 min manat olmuşdur ki, bu da əvvəlki
illə müqayisədə 62,7 faiz çox olmuşdur. Bələdiyyələrin
ötən ildə büdcə xərcləri 1064,3 min manat
olmuşdur ki, bu da əvvəlki illə müqayisədə
70,6 faiz çox olmuşdur.
Yeni açılmış
iş yerləri. 2024-cü ildə hüquqi şəxslər
üzrə 414 yeni iş yeri açılmışdır.
İş yerlərindən 24,9 faizi mövcud, 75,1 faizi isə
yeni yaradılmış müəssisə və təşkilatlarda
yaradılmışdır.
Muzdla işləyənlərin
sayı. Məşğul əhalinin tərkib hissəsi olan
muzdla çalışan işçilərin sayı
2024-cü ilin yanvar-noyabr aylarında
15505 nəfər, o cümlədən iqtisadiyyatın
dövlət sektorunda 7649 nəfər (49,3 faiz), qeyri-dövlət
sektorunda isə 7856 nəfər (50,7 faiz) təşkil
etmişdir.
Muzdlu
işçilərin 24,7 faizi məhsul istehsalı sahələrində,
75,3 faizi isə xidmət sahələrində
çalışanlar təşkil etmişdir.
Əməkhaqqı. 2024-cü
ilin yanvar-noyabr aylarında muzdla çalışan
işçilərin orta aylıq nominal əməkhaqqı
2023-cü ilin müvafiq dövrünə nisbətən 5,2
faiz artaraq 598,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində
çalışan işçilərin əməkhaqqları
734,1 manat (əvvəlki ilin müvafiq dövründən 6,1
faiz çox), özəl müəssisələrdə isə
461,5 manat (əvvəlki ilin müvafiq dövründən 5,8
faiz çox) olmuşdur.
Elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı,
maliyyə və sığorta, dövlət idarəetməsi
və müdafiə; sosial təminat, təhsil, əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi,
həmçinin informasiya və rabitə sahələrində
orta aylıq nominal əməkhaqqı digər sahələrdən
daha yüksək olmuşdur.
Təhsil. İlkin məlumatlara
əsasən, 2025-ci ilin əvvəlinə rayonda fəaliyyət
göstərən 17 dövlət və 2 qeyri-dövlət məktəbəqədər
təhsil müəssisəsində 979 nəfər uşaq tərbiyə
alır.
2024/2025-ci tədris ilinin əvvəlinə
rayonda 95 dövlət ümumi təhsil müəssisələrində
28643 nəfər təhsil almışdır.
2024-cü ildə ümumi təhsil
pilləsinin tam orta təhsil səviyyəsini 1736 nəfər
bitirmişdir ki, bu da əvvəlki illə müqayisədə
0,3 faiz çox olmuşdur.
2024/2025-ci tədris ilinin əvvəlinə
rayonda fəaliyyət göstərən 1 orta ixtisas təhsili
müəssisəsində 828 tələbə təhsil
almış, onların 56,8 faizini qadınlar təşkil
etmişdir. Əvvəlki illə müqayisədə tələbələrin
sayı 10 nəfər və ya 1,2 faiz az olmuşdur.
Unikal.-
2025.- 21 fevral, ¹7.- S.13.