150 illik şərəfli tarixi yol

 

Rəşad Məcid: “Prezidentin mətbuat qarşısında qoyduğu ideya tələblər bizim çiynimizə böyük məsuliyyət qoyur

 

5.3.2. fikir, söz məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

 

Azərbaycan mətbuatının 150 illik yubileyinə sayılı günlər qalıb. 150 illik şərəfli tarixi yol keçən Azərbaycan milli mətbuatının əsası 1875-ci ildəƏkinçiqəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında misilsiz rol oynayıb.

 

 

Əkinçiqəzeti ilə yola çıxan mətbuatımız Azərbaycanda müstəqil, demokratik mətbuatın təməlini formalaşdırdı. Media üçün azad söz mühitinin yaradılması, məlumat azadlığının olması hər dövr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mənada ölkəmizdə mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.Ümummilli Lider Heydər Əliyev hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib. Ulu Öndər mətbuatımızın inkişafı yönündə 10-dan çox sərəncam fərman imzalayıb. 1999-cu ildəKütləvi informasiya vasitələri haqqındaQanunun qəbul edilməsi, eləcə 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı Sərəncamın imzalanması Heydər Əliyevin mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahədə fəaliyyətini uğurla davam etdirir. Prezident tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamimzalanıb. Sərəncamda milli mətbuatın Azərbaycanın ictimai-siyasi mədəni həyatındakı yerini, müasir cəmiyyət quruculuğu ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq milli mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması qərara alınıb. Artıq bu məqsədlə çoxsaylı tədbirlər keçirilir, Milli Mətbuatın 150 illiyi bayram ovqatında qeyd olunur. Sözügedən sənəd dövlətimizin başçısının Azərbaycan mətbuatına göstərdiyi diqqət qayğının bariz nümunəsidir.

 

Bu gün ölkəmizdə azad sözə dəstək üçün jurnalist təşkilatları da fəaliyyət göstərir. Jurnalistlərin bir növ hamisinə çevrilmiş, onların hüquqlarının qorunmasında, peşəkarlığının artırılmasında, söz, fikir məlumat azadlığına daha geniş imkanlar yaradılmasında müstəsna rol oynayan Azərbaycan Mətbuat Şurasının da böyük xidmətləri var.

 

Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasında jurnalistlərə böyük dəstək göstərir. Elə mətbuatın 150 illiyi ərəfəsində müsahibimizin Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin olması təsadüfi deyil.

 

Rəşad Məcid 2-ci dərəcəliVətənə xidmətə görəordeni ilə təltif edilib - Avtosfer.az

 

Daim gənc jurnalistlərə dəstəyi, onların peşəkar jurnalist kimi yetişməsində böyük əməyi xidmətləri olan, ən əsası isə jurnalistlər tərəfindən sevilən Rəşad müəllimin bayram ərəfəsi sinəsi dolu idi. Rəşad Məcid milli mətbuatın 150 illiyi ilə bağlıUnikalqəzetinə bildirib ki, Azərbaycan prezidentinin 25 aprel 2025 tarixindəAzərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam”ından gətirdiyi  bu sitat da təsadüfi deyil: “Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak s. mediamızın inkişaf perspektivini qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

 

Elə bilirəm ki, bu cümlələr mediamızın gələcəyi informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə müasir tendensiyalara yiyələnməsi üçün ən müdrik tövsiyyələrdir. Biz cənab prezidentin tövsiyyələrinə mediamızın əməl edəcəyini, bu istiqamətdə inkişaf edəcəyini arzulayırıq. Buna əminik ki, şərəfli tarixi yol keçmiş Azərbaycan mətbuatı qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsini təmin edəcək. Bu sərəncamda Azərbaycan tarixinin şərəfli tarixinə  nəzər salınır, milli mətbuatımızın maarifçilik missiyası təqdir olunur eyni zamanda Ulu Öndər Heydər Əliyevin mətbuata qayğısı əks olunur. 44 günlük Vətən müharibəsində mətbuatın əzmkarlığı, dezinformasiyaya qarşı birgə fəal reaksiyaları qeyd olunub. Bu qiymətə görə, cənab prezidentə jurnalistlər adından təşəkkür edirəm. Bu ərəfədə dövlət qurumları da sərəncamdan irəli gələrək milli mətbuatımızın 150 illiyinin bir bayrama çevrilməsi üçün fəallıq nümayiş etdirirlər. Hesab edirəm ki, bu, mətbuatımız jurnalistlər üçün bir məsuliyyətdir. Prezidentin mətbuat qarşısında qoyduğu ideya tələblər çiynimizə böyük məsuliyyət qoyur. Prezidentimiz 2013-cü ilin mayında Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyində çıxışında qeyd etdi ki, bizim zəfərimiz bizə böyük məsuliyyət qoyur. Biz hamımız bu zəfərə layiq olmalıyıq. Bu həm jurnalistlər üçün bir məsuliyyətdir. Jurnalistlər dövlət maraqlarını üstün tutmaqla fəallıq göstərməli, bu məsuliyyəti heç vaxt unutmamalıdırlar. Jurnalistlərə bu şərəfli yolda uğurlar arzulayır, bayramlarını təbrik edirəm”, - deyə Rəşad Məcid bildirib.

 

Gülayə Mecid

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Unikal  2025.- 18 iyul (¹ 26).- S.11.