Ürəklərin mehmanı-Şəhid Fərid
Teymurov
Fərid Teymurov 11 fevral 1999-u ildə Cəlilabad rayonunun Qarğılı kəndində anadan olmuşdur. Fərid Teymurov Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsində
iştirak etmişdir.
Suqovuşanın azadlığı
uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
2020-ci ilin oktyabrın
əvvəlində "457" və "951" yüksəkliyində
vuruşduqdan sonra itkin düşmüşdür.
Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə
Nazirliyi tərəfindən
rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün
zəruri tədbirlər
görülmüşdür. Fərid Teymurovun nəşi 2 yanvar 2021-ci ildə tapılmış
və Cəlilabad rayonunun Qarğılı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin
24.06.2021-ci il tarixli Sərəncamına əsasən
Fərid Teymurov ölümündən sonra
"Vətən uğrunda"
medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin
işğaldan azad edilməsi uğrunda aparılan döyüş
əməliyyatlarına qatılaraq
şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına
əsasən Fərid
Teymurov ölümündən
sonra "Suqovuşanın
azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən Fərid
Teymurov ölümündən
sonra "İgidliyə
görə" medalı
ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Teymurov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəfər
ORUCOĞLU
Unikal.-
2025.- 14 mart, №10.- S.13.