Şanlı tariximizin qəhrəman oğlu...
Cəlilabad rayonunun Söyüdlü
kəndində boya-başa
çatan Tural Arif oğlu Rəhimov ömrünü
canından artıq sevdiyi Vətəni, bağlı olduğu xalqı üçün yaşadı.
O, 30 il əsir düşən Qarabağımızın azadlığı
uğrunda başlanan haqq savaşımıza birincilər cərgəsində
getdi, yağıya qarşı igidliklə döyüşdü və
27 yaşında şəhidlik
zirvəsinə ucaldı.
Həyat yolu qısa olsa da, əsl qəhrəman kimi tarixə yazıldı. Turalın keçdiyi bu şərəfli yol həm də göstərir ki, Vətən
sevgisi hər şeydən əzizdir, ona tapınıb yaşamaq milyonların qəlbində sənə
əbədi yer edir. Canı bahasına qana susamış düşməni
qanda boğub əlçatmaz, ünyetməz
göylərə ucalan
Tural kimi. Nəsibi əzəmətli,
möhtəşəm şəhidlik
zirvəsindən boylanmaq
səadəti olan qəhrəman Vətən
oğlu qərinələr
keçəcək, gələcək
nəsillər tərəfindən
də böyük ehtiramla xatırlanacaq.
Vətənini, xalqının xoşbəxt
gələcəyini düşünən
dərin zəkaya, yüksək mədəni
səviyyə malik yeniyetmə
Tural orta məktəbdən sonra,
2010-ci ildə Lənkəran
Dövlət Universitetinə
daxil olub. Bütün zehnini, düşüncəsini işə
salmaqla yaxşı oxuyub, "Kimya-biologiya"
ixtisası üzrə
ali təhsil alıb. Qaldı ki, müqəddəs peşə
bildiyi müəllim işləməyi bir qədər arxaya verib, yağıdan qisas almaq məqsədilə
ordu sıralarına gedib və əsgərliyi
cəbhə bölgəsinə
düşüb. Tural
bundan qürur hissi keçirdib, doğma Azərbaycanı göz-bəbəyi tək
qoruyub. Qeyrətli, mərd, vətənpərvər
gəncə hərbi hissədə hamı hörmət bəsləyib,
onun dağ vüqarına, əyilməz
qüruruna heyran kəsilib. Tural xidməti alnıaçıq
başa vursa da, Vətənin çətin
günündə ona dayaq durmaq üçün
yenidən Azərbaycan
Ordusunun sıralarında
müddətdən artıq
həqiqi hərbi xidmətə başlayıb.
Leytenant rütbəsində
yağıdan qisas alacağı məqama hazırlaşıb. 2016-cı il aprelin 1-də məzuniyyətə
göndərilsə də,
2-5 apreldə baş verən Aprel döyüşlərinin başlaması
ilə hərbi hissəyə geri dönüb, savaş meydanında yağının
kabusuna çevrilib.
Bu ağır müharibədə
çoxlu sayda erməni dığasını
məhv edib, nəticədə azad olunan Vətən torpağında ilk qələbə
bayrağımız dalğalanıb.
Vətənə sonsuz sevgi ilə xidmət edən leytenant Tural Rəhimov İkinci Qarabağ müharibəsində döyüşə
girən andan böyük fədakarlıq
göstərib. Ürəyində
aşıb-daşan qisas
hissi Turalı yalnız qələbəyə
doğru aparıb. Hər dəfə döyüşə atılanda
erməni dığaları
onun qarşısında
tab gətirə bilməyib,
silah-sursatını qoyub
qaçmağa üz
tuturlar. Qəhrəman
Vətən oğlu sözün əsl mənasında sarsıdıcı
zərbələri ilə
yağıya od qoyub. Ən qaynar nöqtələrdə
vuruşub, həmişə
də zəfər qazanıb. Cəbrayılın
və Qubadlının
azadlığı uğrunda
gedən döyüşlərdə
göstərdiyi hünəri
dillərdə dastana dönüb. Oktyabrın
22-də müharibə meydanında
yağı gülləsinə
sinə verib Vətən eşqli qəlbi əbədi olaraq dayanıb. Şəhidliyi millətinə,
xalqına şərəf
gətirən Tural Rəhimov dövlət tərəfindən "Vətən
uğrunda", "Döyüşdə
fərqlənməyə görə",
Cəbrayılın, Qubadlının
azadlığı uğrunda
medallarına və
III dərəcəli "Vətənə
xidmətə görə"
ordeninə layiq görülüb.
Bəli,
Tural Rəhimov kimi qeyrətli Vətən övladlarının
qanı bahasına qalib xalq olaraq
bütün dünyada
tanındıq. O üzdən
Vətən və xalq onları unutmayacaq...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Unikal.- 2025.- 16 may, №18.- S.13.