“Adın mübarək, Şəhidim!”-
Pəncəli Teymurovla bağlı tədbir keçirildi
15 noyabr 2025-ci il tarixində Lənkəran şəhər
Heydər Əliyev Mərkəzinin, Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin
və Lənkəran şəhər R. Məmmədov
adına 5 nömrəli
tam orta məktəbin birgə təşkilatçılığı ilə cənab Prezident İlham Əliyev tərəfindən
şəhid Pəncəli
Teymurova "Milli Qəhrəman" adı
verilməsi ilə əlaqədar şəhidin
ev muzeyində “Adın mübarək, Şəhidim!” adlı tədbir keçirildi.
Tədbirdə millət vəkilləri, Lənkəran şəhər
Heydər Əliyev Mərkəzinin əməkdaşları,
Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri, Lənkəran
Dövlət Universitetinin
müəllimləri, Lənkəran
şəhər R. Məmmədov
adına 5 nömrəli
tam orta məktəbin direktoru və müəllim kollektivi, təhsil işçiləri, Astara
rayonunun Əzərüd
kənd sakinləri, şəhid ailələri,
qazilər və ictimaiyyət nümayəndələri
iştirak etdilər.
Milli Qəhrəman,
şəhid Pəncəli
Teymurovun qəbri ziyarət edildikdən sonra, əvvəlcə ərazi bütövlüyümüz
uğrunda canlarını
fəda edən bütün şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirildi.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova çıxış
edərək şəhid
Pəncəli Teymurovun
qəhrəmanlığını, Vətən uğrunda göstərdiyi fədakarlığı
vurğuladı. O, çıxışının
sonunda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasında şəhid Pəncəli
Teymurovun kətan üzərində çəkilmiş
portretini ailəsinə
hədiyyə etdi.
Tədbirdə millət vəkilləri Fariz İsmayılzadə,
Anar İskəndərli,
Rəşad Mahmudov, Vasıf Qafarov və Məşhur Məmmədov,
Qafqaz Müsəlmanları
İdarəsinin Cənub
bölgəsi üzrə
səlahiyyətli nümayəndəsi
Hacı Sədi Axundzadə, Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclərin İnkişaf
və Karyera Mərkəzinin Lənkəran-Astara
regional nümayəndəliyinin
rəhbəri Famil Məmmədov, Əzərüd
kəndinin sakinləri,
qazilər, şəhid
anaları, eləcə
də bir sıra regional qurumların rəhbərləri
çıxış edərək
cənab Prezident İlham Əliyevin şəhid ailələrinə
göstərdiyi yüksək
diqqət və qayğını xüsusi
vurğuladılar. Çıxışlarda
həmçinin ölkəmizdə
Vətən uğrunda
qəhrəmanlıq göstərmiş
övladlarımızın xatirəsinin dövlət
səviyyəsində daim
uca tutulduğu bildirildi.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın
sözlərinə və
bəstəkar-musiqişünas Zəminə Taryelqızının
musiqisinə bəstələnmiş
“Heydər baba” mahnısı səsləndirildi,
bədii hissə ərzində oxunan şeirlər, ifa olunan musiqilər iştirakçılarda xoş
ovqat yaratdı.
Tədbirin sonunda
şəhidin anası
Vahimə xanım çıxış edərək,
oğluna Milli Qəhrəman adı verilməsi münasibətilə
Cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü
bildirdi. O, şəhid
ailələrinə göstərilən
diqqət və qayğını yüksək
qiymətləndirərək, oğlunun adının və qəhrəmanlığının
həmişə xatırlanacağına
əminliyini ifadə etdi.
Sonda Milli
Qəhrəmanın ev
muzeyi ziyarət olundu və xatirə şəkilləri
çəkildi.
Zəfər
Orucoğlu
Unikal.-
2025.- 21 noyabr, ¹44.- S.13.