Milli Kitabxanada “20 noyabr - Ağdam Şəhəri Günü”
adlı virtual
və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə
təqdim olunub.
2020-ci il 20 noyabr — Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu hərbi-siyasi gücünü ortaya qoyaraq Ağdam rayonunu işğaldan azad edib. Ölkə rəhbərinin 31 iyul
2023-cü il tarixli sərəncamına əsasən
hər il noyabrın 20-si “Ağdam Şəhəri Günü”
kimi qeyd olunur.
XX əsrin sonlarında
erməni işğalının
ən ağır fəsadlarını yaşayan,
“Qafqazın Xirosiması”
adlanan Ağdam artıq viranlıq simvolu deyil — dirçəlişin, dövlət
gücünün, milli
iradənin rəmzidir.
27 il ərzində
dağıdılmış, xarabalığa çevrilmiş
cənnət diyarımız
yenidən Azərbaycan
dövlətinin nəfəsini
duyur. Dövlətimizin
həyata keçirdiyi
“Böyük Qayıdış”
proqramı çərçivəsində
Ağdamda möhtəşəm
layihələr gerçəkləşir,
Ağdam sakinləri doğma yurdlarına qayıdır. Ağdam Sənaye Parkı, İmarət
Tarix-Memarlıq Muzey Kompleksi, Zəfər Muzeyi, Muğam mərkəzi, mədəniyyət
mərkəzləri, Ağdam
City Hotel, Hilton Garden İnn Hotel, geniş bulvar və parklar və s. inşa edilir.
Milli Kitabxanada
bu tarixi gün münasibətilə
“20 noyabr - Ağdam Şəhəri Günü”
adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər,
fotoşəkillər, Ağdamda
aparılan geniş quruculuq və yenidənqurma işləri,
Böyük Qayıdışın
yüksək səviyyədə
təmin olunması, Vətən müharibəsi
və Böyük Zəfəri əks etdirən kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə Ağdam şəhərinin
tarixi, toponimləri, işğalı zamanı
dağıdılmış və viran edilmiş
tarixi əhəmiyyət
daşıyan maddi-mədəniyyət
abidələri, Vətən
müharibəsi və
şanlı Qələbə,
Ağdam rayonunun bərpasından və ölkə başçısının
həmin bölgəyə
səfərləri, tarix yazan qəhrəmanlar haqqında Azərbaycan və müxtəlif dillərdə
kitablar nümayiş olunur.
Unikal.-
2025.- 21 noyabr, ¹44.- S.12.