Şəhid Kamran Fərəcovun əziz
xatirəsi ehtiramla yad olunub
Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük haqq savaşımızın daha
bir qəhrəman oğlu Kamran Fərəcovdur. 30 il yağıya əsir düşən əzəli
yurd yerimiz olan Qarabağın xilaskar zəfər şəhidinin adı çəkiləndə indi
bütün xalq onunla qürur duyur. Onun şərəfli
həyat yolu Vətənə bağlı
olmaqla mərdlik, qeyrət nümunəsidir.
Bunlarla bərabər,
qısa ömrünə
yaxşı ailə başçısı olmağı
da sığdıra bilib. Vətən sevdalısının həyat
yoldaşı Nurana Fərəcova Astara Pedaqoji Kollecində Maliyyə -informasiya və qida təhlükəsizliyi
şöbəsinin müdiridir.
Xeyirxahlığı, mənəvi
yetkinliyi həmişə
bu xanım-xatın qadına hörmət gətirir. Ləyaqətlə,
şərəflə günlərini
yaşayır. Kamrandan
Vətənə əmanət
olan iki qız övladını da ataların adına layiq böyüdür.
Şəhid mayor Kamran Fərəcovun
şəhadətə ucalmasının
5-ci ildönümü münasibətilə
Nurana müəllimin çalışdığı kollecin direktoru Kamran Kazımov başda olmaqla bir qrup əməkdaşı,
eləcə Yeni Azərbaycan Partiyasının
Astara rayon təşkilatının sədri
Həbib Cəfərov,
Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva ailəsində olub, məzarını ziyarət
edib, önünə tər güllər düzüblər.
Çıxışlar zamanı bildirilib ki, Kamran özünü
doğma Azərbaycana,
xalqına həsr etdi. İkinci Qarabağ müharibəsi
başlanan kimi, Vətənin harayına birinci getdi, qazanılan parlaq qələbəmizin mərdlik,
qəhrəmanlıq simvoluna
çevrilib milyonların
ürəyinə köçdü.
Məlumat üçün
onu da deyək
ki, şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan
Kamran Fərəcov 14
yanvar 1978-ci ildə Astaranın Səncərədi
kəndində dünyaya
gəlib. Orta təhsildən sonra,
1995-ci ildə Bakı
Ali Birləşmiş
Komandanlıq Məktəbinin
Taktik Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə oranı leytenant rütbəsində bitirib
Bakıda tağım
komandiri vəzifəsində
xidmətə başlayıb.
Sonra Ağdamda, Gəncədə, Goranboyda
cəbhə bölgəsində
Vətən qarşısında
borcunu şərəflə
yerinə yetirib. “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.
Bütün arzuların zirvəsində
Azərbaycanın azadlığı,
xalqın xoşbəxtliyi
dayanan, qəlbi erməni dığalardan qisas almaq hissi
ilə döyünən
Kamran Fərəcov 20
sentyabr 2020-ci ildən
könüllü təlimlərə
qatılıb, şəxsi
heyəti döyüşə
hazırlayıb. İkinci
Qarabağ müharibəsi
zamanı Cəbrayılın,
Qubadlının azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb.
Bir-birindən çətin
döyüşlərdən zəfərlə çıxan
qəhrəman Qubadlı
uğrunda gedən qeyri-bərabər vuruşda
Vətən eşqli ürəyi düşmən
gülləsinə tuş
gəlib. Boya-başa satdığı Astara rayonunda ürəkdən sevdalandığı Vətən
torpağının sinəsinə
baş qoyub. Ölümündən sonra
3-cü dərəcəli “Rəşadət “ ordeni,
“Vətən uğrunda”,
“İgidliyə görə”,
Cəbrayılın və
Qubadlının azadlığı
uğrunda medalları
ilə təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Unikal.-
2025.- 24 oktyabr, ¹40.- S.13.