Milli Kitabxanada “30 oktyabr - Ümumdünya
siyasi repressiya qurbanlarının xatirə
günü”
adlı kitab sərgisi
açılıb
30 oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının
Xatirə Günüdür.
Bu gününün qeyd olunması1974-cü ildən
başlanır. Həmin
il keçmiş
SSRİ-də məhkum
edilmiş iki siyasi məhbusun həbsxanada belə bir təşəbbüslə
çıxış etməsi
nəticəsində bu
tarix Ümumdünya siyasi repressiya qurbanlarının xatirə
günü kimi qəbul olunub.
Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan ən çox zərər çəkmiş ölkələrdəndir. 1920-ci illərdən başlayaraq 30 ildən artıq davam edən repressiyalar nəticəsində Azərbaycanda həyatını itirənlərin sayının 70-120 min nəfər arasında olduğu ehtimal edilir. Onların təqribən 29 mini ziyalılar olub.
Crossmedia.az xəbər verir ki, Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş “30 oktyabr - Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü” adlı kitab sərgisi açılıb.
Sərgidə ÕÕ əsrin dəhşətli hadisələrindən sayılan Azərbaycan ziyalılarına qarşı aparılan soyqırım siyasəti, stalinizmin amansız repressiyalarının qurbanı olmuş görkəmli elm, incəsənət və mədəniyyət xadimlərinin həyatı, elmi fəaliyyəti, bədii yaradıcılığı, faciəli taleləri və zindan həyatı haqqında əsərlər, monoqrafiyalar, arxiv sənədləri əsasında nəşr olunan Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Unikal.-
2025.- 31 oktyabr, ¹41.- S.13.