VƏTƏNƏ BAĞLI QƏHRƏMAN
Birinci Qarabağ müharibəsində
Vətən, torpaq naminə can qoyub şəhidlik zirvəsinə
ucalan Elşad Saday oğlu Əhədov Masallının Təzə
Alvadı kəndində
boya-başa çatıb.
Bu dünyada yaşamağı
cəmi 25 il çəkdi.
Qaldı ki, elə bir qəhrəmanlıq göstərdi ki, bununla ölməzliyə qovuşdu
Elşad. İndi onun şərəfli
ömür yolu örnək olaraq dillərdən düşmür.
Masallı camaatı hər yerdə, hər dəfə öz
qəhrəman oğlunun
adını böyük
qürurla, iftixarla çəkir.
Canında, qanında Vətən
sevgisi olan Elşad 1982-ci ildə doğma kənd məktəbində yeddinci
sinfi bitirib C. Naxçıvanski
adına Hərbi liseyə daxil olub. Burada təhsil aldığı illərdə vətənpərvərliyi, yüksək
nizam-intizamı, seçdiyi
peşəyə sonsuz
sədaqəti
ona yalnız hörmət qazandırıb.
Liseydən sonra hərbiçı
sənətini daha mükəmməl
öyrənmək üçün Ukrayna respublikasına gedib və Ali Komandirlər
Məktəbində oxuyub.1989-cu ildə baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi
hissələrdən birinə
rota komandiri göndərilib.
Erməni dığalarının
Qarabağımıza təcavüzü
zamanı Vətənin
şərəfini qorumaq
istəyi gənc zabit bir müddətdən sonra doğma Azərbaycana gətirib. Elşad əvvəlcə Bakının
Güzdək qəsəbəsində,
sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib.
Qaldı
ki, Qarabağda tez-tez yağ tərəfindən
baş verən qanlı hadisələr Elşadı çox narahat edib. Vətənin
belə bir ağır günündə
o, öz yerini döyüşən cəbhə
bölgəsində görüb.
Gənc zabit ilk döyüşə Füzuli rayonu ərazisindən başlayıb. Əlində
silah daha sonra Nərgiz təpə, Aşağı
Veysəlli və Şiş qayda düşmənə layiqli
cavab verib. Beyləqanın
müdafıəsində isə
Elşad sözün
əsl mənasında
tarix yazıb. Onun minaladığı sahəyə 8 düşmən
tankı və onlarla erməni yaraqlısı düşərək
məhv olub. Göstərdiyi hünər zabitləri,
əsgərləri heyran
qoyub.
Elşad
Əhədov öz rotası ilə növbəti döyüş
əməliyyatına 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyində
girib. Sayca iki dəfə
çox olan erməni quldurları hücumun qarşısını
almaq üçün
güclü sədd yaradıblar. Qeyri-bərabər
döyüşdə o, ağır
yaralanıb. Həkimlərin
cidd-cəhdinə baxmayaraq,
komandirin həyatını
xilas etmək mümkün olmayıb. Həmin günü onun Vətən eşqli ürəyi əbədi dayanıb. Bununla əsl qəhrəman olduğunu torpaq
uğrunda axıtdığı
qani ilə möhürləyib.
Sinəsini Vətəni üçün
sipər edən Elşad
Saday oğlu Əhədov ölümündən
sonra Azərbaycan Respublikası
Prezidentinin 14 dekabr
1993-cü il tarixli fərmanı
ilə “Azərbaycan Bayrağı”
ordeninə və 16 sentyabr 1994-cü il tarixli
203 saylı fərmanı
ilə “Azərbaycanın
Milli Qəhrəmanı” adına
layiq görülüb. Doğma Alvadı kəndində torpağa tapşırılan
qəhrəmanın adına rayonda orta məktəb, parkı vardır. Bizə yadigar qoyduğu iki övladı da ataların
adını həmişə
uca tuturlar.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Unikal.- 2025.- 10 yanvar,
№1.- S.13.