Vergilər Nazirliyi
məlumat mübadiləsi
və şəffaflıq
sahəsində beynəlxalq
standartların tətbiqini
genişləndirir
Müsahibimiz Azərbaycanda
iqtisadi islahatların həyata keçirilməsində
və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində yaxından iştirak edən İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının
(OECD) Qlobal Əlaqələr
Katibliyinin Avrasiya bölməsinin rəhbəri
Vilyam Tomsondur
- Cənab Tomson,
Azərbaycanla OECD arasında
mövcud əməkdaşlıq
münasibətlərini necə
qiymətləndirirsiniz?
- Azərbaycanla təşkilatımız arasında
münasibətlərin tarixi
artıq 25 ili
əhatə etsə də, ikitərəfli əməkdaşlığımız son illərdə daha da möhkəmlənərək
yeni mərhələyə
qədəm qoymuşdur.
Hazırda Azərbaycan Mərkəzi
Asiya və Şərqi Avropa üzrə OECD-nin Anti-Korrupsiya Şəbəkəsinin
fəal üzvü kimi mühüm rol oynayır. İstanbul Fəaliyyət Planı
çərçivəsində əməkdaşlıq biznes,
maliyyə, institusional
islahatlar sahələrində
daha da dərinləşib.
Bunlardan əlavə, Azərbaycan OECD-nin Rəqabətlilik üzrə
Regional Mərkəzi və
Rəqabətlilik üzrə
Qlobal Forumu ilə fəal əməkdaşlıq edir
və bu, ölkə qanunvericiliyinin
beynəlxalq standartlara
uyğunlaşdırılmasına, idarəetmənin təkmilləşdirilməsinə,
iqtisadiyyatda şəffaflığın
təmin olunmasına öz töhfəsini verir. Əlaqələrin digər bir
istiqaməti ətraf mühit siyasətini əhatə edir. OECD Azərbaycanda mədən yanacağına
dair subsidiyaların verilməsinin təkmilləşdirilməsi,
su təsərrüfatında
səmərəliliyin təşkili,
ekoloji tarazlığın
bərpası və «yaşıl iqtisadiyyat» göstəricilərinin inkişaf
etdirilməsi sahələrində
islahatların aparılmasına
öz dəstəyini
verir. Təhsil sektorunu əhatə
edən layihə çərçivəsində isə «Şagirdlərin qiymətləndirilməsi» proqramı
həyata keçirilir.
Dünyada geniş yayılmış
bu araşdırma metodu üç ildən bir olmaqla, yuxarı sinif şagirdlərinin riyaziyyat və digər elmlər üzrə biliklərini, tədrisi mənimsəmə
qabiliyyətini ölçməklə
təhsil sisteminin ümumi vəziyyətini qiymətləndirməyə imkan
verir. Biz İnkişafa Yardım Komitəsinin köməyi
ilə iqtisadi və hüquqi islahatlara dəstək veririk. Komitə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə birgə son illərdə qanunvericiliyin
təkmilləşdirilməsinə, islahatların genişləndirilməsinə
və digər inkişaf tədbirlərinə
yardım göstərir.
Avrasiya Rəqabətlilik Proqramı
çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarlıq
subyektləri ilə əməkdaşlığımız mühüm yer tutur. Əsas fəlsəfəsi kiçik və orta biznesin inkişafına
dəstək göstərmək
olan həmin proqram Azərbaycanda kiçik və orta sahibkarlığın
rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində
aparılan islahatların
və iqtisadi diversifikasiyanın dəstəklənməsinə
dəstək göstərir.
Layihə çərçivəsində
investisiyanın təşviqi
və asanlaşdırılması,
xarici investorlar ilə əlaqələrin
genişləndirilməsi, kiçik
və orta sahibkarlıq strategiyalarının,
fəaliyyət planlarının
monitorinqinin aparılması
və qiymətləndirilməsi
sahəsində beynəlxalq
təcrübənin mənimsənilməsi,
iqtisadi islahatların səmərəliliyinin monitorinqi,
biznes sektorunda aparılan tədbirlərin
qiymətləndirilməsi və
təhlili nəzərdə
tutulub.
- Yaxın
günlərdə keçiriləcək
OECD-nin Avrasiya Rəqabətlilik Proqramı
çərçivəsində «Eurasia
Week» beynəlxalq tədbirində
Azərbaycanın da iştirakı nəzərdə
tutulur. Tədbirdə hansı məsələlər
müzakirə ediləcək?
- OECD-nin bu il Avrasiya
Rəqabətlilik Proqramı
çərçivəsində təşkil edəcəyi
«dəyirmi masa»nı iqtisadiyyat üzrə nüfuzlu ekspertlər üçün biznes və rəqabətlilik, müasir islahatlar və digər mövzularda çıxış
və təcrübə
mübadiləsi aparmaq
baxımından geniş
platforma hesab etmək olar. Tədbirin əsas mövzularından
biri kiçik və orta sahibkarlığın,
özəl sektorun inkişafı məsələləridir.
Bu sahədəki vəziyyətlə bağlı
ekspertlərin rəy və təklifləri dinləniləcək. Tədbirin Azərbaycan
üçün əhəmiyyətinə
gəlincə, ölkəniz
həmin proqramlarda 10 ilə yaxın bir müddətdə iştirak etsə də, «dəyirmi masa»da geniş ekspert heyətinin müzakirələrinə ilk dəfə
qatılacaq. Bu, islahatlar aparan respublika üçün olduqca mühümdür.
«Eurasia Week»də, adətən, müvafiq dövlət orqanlarının
nümayəndələri iştirak
edir. Tədbirdə
Azərbaycanı İqtisadiyyat
Nazirliyinin, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin,
İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin,
digər dövlət
qurumlarının, özəl
sektorun nümayəndələrinin
təmsil etməsi nəzərdə tutulub. Azərbaycanla bağlı
proqram iki hissədən ibarətdir:
· birincisi,
«Azərbaycanda kiçik
və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi»nin
həyata keçirilməsinin
vəziyyətinin müzakirə
edilməsi;
· ikincisi,
Azərbaycanda xarici sərmayəçilər üçün
yaradılmış investisiya
mühiti, kiçik və orta müəssisələr
arasında biznes əlaqələrinin inkişaf
etdirilməsi barədə
vəziyyətin müzakirəsi.
Hər iki məsələdə maraqlı
ekspert baxışları
olacaq və Azərbaycan tərəfinin
müzakirələrdə fəal
iştirakına ümid
edirik.
- OECD «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi
üzrə Qlobal Forum»a üzv
olmuş Azərbaycanın
vergi administrasiyasında
tətbiq edilən şəffaflıq və məlumat mübadiləsi
standartlarını yüksək
qiymətləndirib. Təmsil
etdiyiniz təşkilatın
Vergilər Nazirliyi ilə həmin sahədə əməkdaşlığının gələcək
istiqamətlərini necə
görürsünüz?
- Azərbaycanın
vergi administrasiyası
qeyd etdiyiniz Qlobal Forumda fəal iştirak edir. Vergilər Nazirliyi Foruma
üzv ölkə kimi məlumat mübadiləsi və şəffaflıq sahəsində
beynəlxalq standartların
praktiki tətbiqini genişləndirir. Bu siyasət vergi qanunvericiliyinin təkmilləşdirilməsi
və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılması, vergi
sistemində ən mütərəqqi yeniliklərin
tətbiq olunması, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi baxımından
çox vacibdir.
Qabaqcıl innovasiyalara
açıq olan Azərbaycanın vergi sistemi OECD ilə
müasir texnologiyaların
tətbiqi sahəsində
davamlı işlər
həyata keçirir.
Vergi administrasiyasının nümayəndələrinin
OECD-nin Vergi siyasəti və İnzibatçılığı Mərkəzinin tədbirlərində
və treninqlərində
müzakirələrdə fəal
iştirakı təşkilat
tərəfindən yüksək
dəyərləndirilir. Təşkilatın tədbirlərində
məlumat mübadiləsinin
genişləndirilməsi, ümumi
hesablama standartlarının
tətbiqi, BEPS və transfert qiymətləndirmə
sahəsində birgə
iştirak, offşorlar
vasitəsilə vergidən
yayınmanın qarşısının
alınması sahəsində
mübarizədə effektivliyin
yüksəldilməsi, həmin
sahədə məlumat
mübadiləsindən bir
alət kimi istifadəyə geniş yer verilməsi və digər mövzularda iştirak Azərbaycanın vergi orqanı əməkdaşlarının
bilik və bacarıqlarının, təcrübələrinin
artırılması baxımından
mühüm əhəmiyyət
kəsb edir.
Hazırda Vergi siyasəti və İnzibatçılığı
Mərkəzi ilə Azərbaycan arasında beynəlxalq səviyyədə
vergi cinayəti və vergidən yayınmanın qarşısının
alınmasına dair sıx əməkdaşlıq
münasibətləri var. Bu isə vergi qaçaqmalçılığı sahəsində təsirli mübarizənin aparılmasına
töhfə verir.
- Azərbaycanla
əməkdaşlığın perspektivləri barədə
nə deyə bilərsiniz?
- Hazırda həyata keçirilən
layihələr onu təsdiqləyir ki, OECD Azərbaycanla
yuxarıda qeyd olunan prioritetlər üzrə əməkdaşlığı
davam etdirəcəkdir.
Təşkilat həm hazırda
icra olunan layihələrə, həm
də digər layihələrə dəstək
göstərəcək. Əməkdaşlığın əsas istiqamətlərindən
biri kimi, dövlət idarəetmə
sektorunda islahatların
dərinləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, sosial və ekoloji siyasətin təkmilləşdirilməsi,
makroiqtisadi siyasətin
yeni meyarlarının
hazırlanması, struktur
islahatlarının aparılması
prioritetlərdəndir. Yaxınmüddətli əməkdaşlıq strategiyasına uyğun olaraq, Azərbaycanda layihələrimizin üç
əsas istiqamətini
müəyyən etmişik.
Bunlar sərmayə və biznes cəlbediciliyinin təmin edilməsində institusional islahatlara, ticarət və nəqliyyat siyasətinə
dəstəkdir. Əminəm ki, genişlənən əməkdaşlığımız Azərbaycan iqtisadiyyatının
inkişafı üçün
faydalı olacaqdır.
Elbrus
CƏFƏRLİ
Vergilər. - 2018.-24 oktyabr.- S.3.