Xatirələrdə olduğu
kimi qalan sənətkar
Xalq artisti
İlhamə Quliyevanın əziz xatirəsinə...
Uşaqlıq illərimdən bəri sevə - sevə dinlədiyim, səsindən, mahnılarından zövq aldığım müğənnilərdən idi İlhamə xanım. Televiziyada, radio dalğalarında Zeynəb Xanlarova, Elmira Rəhimova kimi sənətkarlarla yanaşı səslənirdi bu gözəl sənətkarın mahnıları.
...1981-ci ilin yay ayları
idi. O zaman Milli Televiziya və radio verilişləri
şirkətində təcrübə
keçirdim. 3 ay ərzində şirkətə
gələn ayrı –
ayrı sənət adamları ilə rastlaşırdım həyətdə,
dəhlizdə. Tale elə gətirdi ki, dəfələrlə
İlhamə xanımla
da bu sənət
məbədində rastlaşdım.
Hər dəfə onunla salamlaşanda üzündəki
təbəssümü görürdüm.
Məndə xoş təsir
bağışlayırdı bu təbəssüm, nurlu sima.
Onun ifasındakı “Göygöl”,
“Reyhan”, “Mən səni araram”, “Ellər gülür”, “Necə əl çəkim”, “Qızılgülü
dərəndə” , “Bir
xumar baxışla”, “Çiçək yağışı” kimi mahnıları sevə - sevə dinləyirdim və əzbər bilirdim.
Dəfələrlə SSRİ Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Zeynəb Xanlarovanın məclislərində İlhamə
xanımın canlı
ifalarını dinləyər,
mənəvi zövq alardım.
... İllər,
aylar keçdi. Tale məni bu
gözəl xanımla,
istedadlı sənətkarla
yenidən qarşılaşdırdı.
Bu dəfə canlı
ünsiyyət və ömrünün son anlarına
qədər belə demək mümkünsə
dost kimi.
2000-ci illərin əvvəli
idi. Ilhamə xanım çalışdığım
Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin
Baş qərargahına
gəlmişdi. O, Cəmiyyətimizin
Prezidenti, sevilən mahnıların müəllifi
Novruz Aslanovla iş birliyi qurmaq üçün təşrif buyurmuşdu.
O zamandan etibarən, baş tutmuş tanışlıq sona qədər davam etdi və dostluğa
çevrildi.
Bu illər ərzində yaranan Novruz Aslanovun bəstələrinin - “Yaşın nə fərqi var”, “Qara gilə”,
“Bu şəhərdə”, “Səni sevmək üçün gəldim
dünyaya” , “Unuda bilməzsən”, “Azərbaycan
bayrağı”
və s. kimi ölməz mahnıların
ilk dinləyicilərindən biri məhz, mən olmuşam.
Bu xanımla ünsiyyətdə
olarkən, mən bir daha əmin
oldum ki, İlhamə xanım Quliyeva böyük ürəyə sahib bir insandır. Şir bürcündən olduğu üçün
onda özünə sevgi, özünə qiymət vermək kimi cəhətlər vardı. Bu isə
ətrafdakıları özündən
razı olmaq təsiri bağışlayırdı.
Əslində isə İlhamə
xanım çox sadə, təvazökar, xeyirxah bir insan
idi. Onun neçə - neçə
gəncin sənətə
gəlməsində, irəliləməsində,
inkişafında böyük
əməyi, xidməti
vardır.Bu danılmazdır.
O insanın xilqətində
“pislik” sözü yox idi. Hamıya dəstək
olurdu, həm mənəvi, bəzən
də maddi.
Ilhamə xanım çox mərd təbiətli bir şəxs idi. Sözü üzə deyərdi,
arxadan danışmağı
sevməzdi. Onun üçün
həyatda bir meyar var idi.
Sənət, yeni – yeni mahnılar, xalq sevgisi, vətənə, dövlətə, dövlətçiliyə
məhəbbət.
2000-ci ildə İlhamə
xanımın Heydər
Əliyev sarayında verdiyi solo konsertini daima xatılayıram. Ilahi, o yaşda
3 saat canlı oxumaq, özü də anşlaqla, alqışlarla. Bu yalnız
İlhamə xanım
kimi sənətkara xasdır...
Ilhamə xanım sözün əsl mənasında fəal ayparaçı idi. Qızıl Ayparanın bütün
tədbirlərində iştirak
edərdi. Xatırlayıram, sonuncu dəfə o, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gülüstan sarayında
keçirilən 95 illik
Yubiley tədbirində
iştirak və çıxış etdi.
Çox
xoşbəxtəm ki,
onu həm qarşıladım, həm
də sona qədər avtomobilə kimi müşaiət etdim. O arada çox mehribancasına maraqlı söhbətimiz
də oldu.
Həyatı, yaşamağı, gözəlliyi
sevirdi İlhamə xanım. Qəlbində kin – küdurət yox idi. Nurlu siması ilə sevinc bəxş edərdi ətrafdakılara.İlhamə
xanım həm də ailəmin əzizi, sevimlisi idi. Qızım Azadə də
İlhamə xanımla
bir gündə avqustun 17-də dünyaya göz açıb.
İlhamə xanım qızımın
ad günündə hədiyyəsini
göndərərək demişdi
ki, Azadə xoşbəxt olacaq, çünki, mənimlə
bir gündə doğulub. Hər dəfə mən İlhamə xanımı
doğum günü ilə təbrik edəndə, o, dərhal Azadəni də təbrik edir,adını
xüsusi vurğulayırdı.
Bax, İlhamə xanımın
böyüklüyü bunda
idi. Bu insanda
özündən razılıq
yox idi. O, özünü çox istəyirdi. Çünki,
özünü sevməyən,
qiymət verməyən
adam ətrafdakıları
sevib qiymət verə bilməz.
Qəlbimdə İlhamə xanımla
bağlı o qədər
söz var ki... Nə qədər yazsam
bitməz, tükənməz.
Onun qəfil
ölüm xəbəri
hamı kimi məni də üzdü. Bir borc olaraq, mən onun dəfn
və yas mərasimlərində sona
qədər iştirak
etdim. Lakin, onun ölümünə
bu gün də inanmıram. Çünki, əsl sənətkar
ölmür. Onun ölməz,
tükənməyən sənəti,
dəyərli musiqi inciləri yaşadıqca
bu sənətkarı
da ölməz edir.
Ilhamə xanım Quliyevanın yaradıcılığı haqqında
inanıram ki, yeni – yeni əsərlər
meydana gələcək. Mənsə istədim
bu yazıda İlhamə xanımın
yüksək insani cəhətlərini, ürəyimdən
keçən xoş hissləri dəyərli oxucularımızla bölüşüm.
Ilhamə
xanım Quliyeva ağ qızılgülləri
çox sevərdi. Sağlığında olduğu
kimi bu gün
də o ağ
çiçəklər əbədiyaşar
xanıma bəxşiş
edilir.Məzarını daim
ağ çiçəklər
bəzəyir. Azərbaycanın və Dağıstanın
xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar,
gözəl insan daim xatirələrdə olduğu kimi yaşayacaq. Onun gözəl,
bənzərsiz səsi
ilə yazılmış
mahnıları milli musiqi mədəniyyətimizin
xəzinəsini daim bəzəyəcəkdir.
İlhamə xanım, bir zaman efirdə tez-tez “Unut məni”
deyə mahnınızla
hayqırırdınız. Sizi unutmaq
mümkündürmü?! Mütləqa, yox, yox!Çünki, Sizin bizə miras qoyduğunuz sənət inciləri əbədiyaşardır. Deməli, Siz
daim xalqın yaddaşında, mədəniyyət
tarixində əbədi
yaşayacaqsınız.
Ruhun şad olsun İlhamə xanım!
Bu qısa, lakin ürəkdən gələn
yazını İlhamə
xanım,Sizə həsr edərək, istədim ki, az da olsa
Sizə öz mənəvi borcumu verim. Yazını bir az gecikdirdiyim üçün
Sizin ruhunuz qarşısında üzrxahlıq
edirəm.İnanıram ki,
Sizin kimi gözəl, mehriban, nəcib bir xanımın ruhu məni əhv edəcək.
İlhamə xanım, Siz böyük sənətkarsınız. Odur ki, qüdrətli söz sahibi, ölməz şairimiz Mikayıl Müşfiqin dahi Cəfər Cabbarlının ölümünə
həsr etdiyi aşağıdakı misranı
Sizə da şamil edir, yazıma hələlik nöqtə qoyuram:
“Fəqət ölən deyil onun sənəti,
Bağlamış
adına əbədiyyəti”
Allah Sizə rəhmət
eləsin. Məzarınız
daim nurla dolsun!
Ölməz, böyük sənətkar
İlhamə Quliyevanın xatirəsini
böyük hörmət
və ehtiramla yad etdi
Qafar Əsgərzadə
əməkdar jurnalist,
fəlsəfə doktoru
Âûøêà.-2016.- 2 ñåíòÿáðÿ.- Ñ. 8.