Azərbaycan Xalq Cumhuriyyətitariximizin şanlı səhifələrindən biridir"

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası YUNESKO-nun “İnformasiya hamı üçünProqramının Azərbaycan komitəsi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illk yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə üzrə rəis müavini, polkovnik-leytenant Kamran Nəsibov açaraq, qeyd etdi ki, AXC-nin tarixinin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. O, qeyd etdi ki, C.Naxçıvanski adına Hərbi Liseyin kursantları Bakının yadellilərdən azad olmasının 100 illik yubileyi ilə əlaqədar hərbi paradda iştirak etdilər. Məruzəsində Kamran Nəsibov ordu quruculuğu məsələlərindən danışdı, Azərbaycan ordusunun tarixindən maraqlı faktlar söylədi.

Əsas məruzə ilə tədbirdə Yasamal rayon MKS-inin direktoru, tarix doktoru Lətifə Məmmədova çıxış edərək qeyd etdi ki, ilk dəfə AXC-nin 80 illik yubileyi Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə dövlət səviyyəsində qeyd olundu. Daha sonra o, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlardan söhbət açaraq, AXC-nin yubileyinin bütün respublikada təntənəli qeyd edilməsi haqqında məlumat verdi. Məruzədə L.Məmmədova xüsusi olaraq qeyd etdi ki, 2018-ci il 7 dekabr tarixində Azərbaycan Parlamentinin 100 illik yubileyi tamam olur Parlamentin yaranmasının müsəlman Şərqində böyük hadisə olduğunu xüsusi vurğuladı. Çıxışında Lətifə Məmmədova məlumat verdi ki, AXC-nin yaranması haqqında Bəyannamə 1918-ci ilin 28 may tarixində Tiflisdə qəbul edildi. Həmin iclasda H.B. Ağayev, F.X.Xoyski, X.Xasməmmədov, N.Yusifbəyli, M.Y.Cəfərov, F.Köçərli, C.Hacınski, X.Sultanov b. iştirak etmişdilər. 6 bənddən ibarət olan Bəyannamədə cumhuriyyətin əsas prinsipləri əks olunmuşdur. Hökümətin sədri, Baş nazir F.Xoyski may ayının 30-da dünyanın 18 şəhərinə AXC-nin yaranması haqqında teleqram göndərdi (İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest,

Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Oslo, Kopenhagen, Tokio). Teleqramda qeyd olundu ki, AXC-nin müvəqqəti paytaxtı Gəncə şəhəridir. Məruzəsində L.Məmmədova Azərbaycanın ərazisində hərbi vəziyyətin elan olunması, Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması, ordu quruculuğu haqqında məlumat verdi. Məruzədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarından da söhbət aparıldı. Parlamentin 1920-ci il 27 aprel tarixində keçirilən sonuncu iclası haqqında sənədlər əsasında məlumatlar verildi.

C.Naxçıvanski adına Hərbi Liseyin kursantı Nuri İbrahim Naxçıvanski Kəngərlilər sülaləsindən söhbət açdı, AXC generalları Ə.Şıxlinski, S.Mehmandarov, C.Naxçıvanski haqqında məlumatlar verdi.

Tanınmış uşaq yazıçısı, gənc yazarlarınMirzə Şəfi Vazeh ədəbi məclisi”nin sədri Gülzar İbrahimova tədbir iştirakçılarına yazdığıBabanın nəsihətihekayəsini Vətən oğluşeirini söylədi. O, liseyin kitabxanasına müəllifi olduğuVətən mən” CD diskləri kitabları hədiyyə etdi.

 

Tədbirdə Yasamal rayon MKS-i tərəfindən hazırlanmış Üzeyir HacıbəylininKoroğluoperasından uvertüra ilə müşayiət olunan “AXC-nin ictimai, siyasi dövlət xadimlərivideoçarx nümayiş olundu. Bundan başqa, Yasamal rayon MKS-i əməkdaşlıq etdiyi Orenburq vilayətinin Pokrovka modern kitabxanasının hədiyyəsi “AXC-100” interaktiv plakat tədbir iştirakçılarına hədiyyə olundu. Yubiley tədbirindəC.Naxçıvanski adına Hərbi Liseyslaydları nümayiş olundu.

Beynəlxalq müsabiqələr laureatı, ehtiyatda olan zabit, gəmiçilik kontradmiralı Elxan Məhərrəmovun canlı ifasındaAzərbaycan b. mahnılar səsləndi.

Yasamal rayon MKS-inin direktoru, “Prezident İlham Əliyev mədəniyyət (2013-2018)” iki cildliyin müəllifi Lətifə Məmmədova bu kitabları Hərbi Liseyin kitabxanasına hədiyyə etdi. Lətifə Məmmədova Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucovun Fəxri fərmanı ilə təltif olundu.

Tədbirin sonunda Yasamal rayon MKS-inin əməkdaşları tərəfindən hazırlanmışAzərbaycan Xalq Cumhuriyyəti-100” stendə kitab sərgisinə baxış keçirildi, diskussiya aparıldı.

S.Kərimli

Âûøêà.-2018.- 7 äåêàáðÿ.- Ñ.11.