Oqtay Mirqasımov: "Kino həyatın bir zərrəsidir"

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyini kitabxana ictimaiyyəti qeyd etdi3

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidiradlı tədbir keçirildi.

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuşKino həyatın bir zərrəsidiradlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söylədi qeyd etdi ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov rayon İcra Hakimiyyəti adından görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımova İcra Hakimiyyətinin səmimi arzularını çatdırdı.

Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Aydın Mirzəzadə qeyd etdi ki, kinorejissor Oqtay Mirqasımov Vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir. Azərbaycan mədəniyyətindən söhbət açan A.Mirzəzadə qeyd etdi ki, mədəniyyətə mədəniyyət xadimlərinə diqqət qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Mədəniyyət xadimləri dövlətin diqqəti ilə əhatə olunublar. bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Millət vəkili Azərbaycan xalqının potensialını xüsusi vurğuladı.

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında qeyd etdi ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru ssenari müəllifidir. Onun filmləri Ümumittifaq Beynəlxalq kino festivallarında mükafatlar qazanmışdır. A.Kazımzadə rejissorun tərcümüyi-halına, keçdiyi həyat yoluna şəcərəsinə nəzər saldı, O.Mirqasımov haqqında maraqlı faktlar söylədi. O, qeyd etdi ki, kinorejissor Oqtay Mirqasımov filmlərin çəkilişində musiqiyə böyük əhəmiyyət verir. Onun görkəmli incəsənət xadimləri Qara

Qarayev Rəşid Behbudov haqqında çəkdiyi filmlər öz orijinallığı ilə seçilir.

Təbrizdən təşrif buyuran həmyerlimiz Hədyə Zəhra Əhmədi O.Mirqasımova dahi Füzulinin qəzəllərini ustad Şəhriyarın şeirlərini ərmağan etdi.

Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-inin prezidenti Tofiq Əlizadə kinorejissoru yubiley münasibətilə təbrik edərək, ona sənət uğurları arzuladı. T.Əlizadə kinonun əhəmiyyətindən O.Mirqasımovun istedadından danışdı.

 

“ELS – Müstəqil Araşdırmalar Mərkəziictimai birliyinin rəhbəri İradə Yaqubova Azərbaycanda istehsal olunan retro filmlərdən söhbət açaraq, onları Azərbaycan kinosunun 120 illik yubileyi ilində yenidən Dövlət televiziyasında nümayiş etdirilməsini bu məsələ ilə əlaqədar teleşirkətin rəhbərliyinə müraciət etməyi təklif etdi.

Yubiley gecəsində kinorejissorun həyat yaradıcılığına həsr edilmişOktay Mir-Qasım–75” adlı virtual fotoalbom nümayiş olundu. Tədbirdə Oqtay Mirqasımovun “Ýòî çâóêè èñòèíû”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, «×åðòèê ïîä ëîáîâûì ñòåêëîì» filmlərindən fraqmentlər göstərildi.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “1001 qastrolsənədli filmindən Rəşid BehbudovunEy, Vətənmahnısını canlı ifa etdi.

Tədbirdə Milli Məclisin deputatı, tanınmış şair yazıçılar, jurnalistlər, sənət adamları, QHT nümayəndələri, müəllimlər, həkimlər, kitabxananın fəal oxucuları, digər ziyalılar ictimaiyyət nümayəndələri iştirak etdi.

 Âûøêà.-2018.- 19 îêòÿáðÿ.- Ñ.12.