Bəstəkarlıq sahəsində mükafatın
ilk laureatı azərbaycanlı bəstəkar
olub
Aprelin 12-də Azərbaycan
Bəstəkarlar İttifaqında
dünya şöhrətli
bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin bu günlərdə Portuqaliyanın
paytaxtı Lissabonda
“Aga Khan Foundation” Beynəlxalq Fondunun “Aga Khan Music Award” mükafatı
ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
əvvəlcə bəstəkarın
“Nasimi Passion” əsəri nümayiş
olunub.
Mətbuat konfransında Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru,
Əməkdar incəsənət
xadimi, musiqişünas
Həcər Babayeva çıxış edərək
Firəngiz Əlizadənin
beynəlxalq uğuru,
həmçinin mükafat
barədə məlumat
verib. Bildirib ki, 1967-ci ildə yaradılmış “Aga Khan Foundation” Fondu bu il
ilk dəfə olaraq musiqi sahəsində
beynəlxalq mükafat
(“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın
ilk laureatı azərbaycanlı bəstəkar
və pianoçu,
2007-ci ildə UNESCO-nun
“Artist for Peace” adına layiq görülmüş
Firəngiz Əlizadə
olub. Mükafat görkəmli bəstəkara
“Nasimi Passion” əsərinə görə
verilib.
Diqqətə çatdırılıb ki,
Portuqaliyanın paytaxtı
Lissabonda 2019-cu ilin laureatlarının təltif
edilməsinə həsr
olunmuş təntənəli
tədbir keçirilib.
Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya
Prezidenti Marselu Rebelu da Soza,
Əlahəzrət Ağa
Xan və Şahzadə Əmin təqdim edib.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq artisti,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
və başqaları
çıxış edərək
bəstəkarı beynəlxalq
mükafata layiq görülməsi münasibətilə
təbrik edib və ona yaradıcılığında uğurlar
arzulayıblar. Qeyd edilib ki, geniş
yaradıcılıq diapazonuna
malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında
sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera
əsərləri yaradıb.
Müasirlik və milli musiqi ənənələrinin
parlaq təcəssümü
Firəngiz Əlizadə
yaradıcılığına xas olan cəhətdir
və o, yaradıcılığı
ilə milli mədəniyyətimizi Azərbaycanın
hüdudlarından çox-çox
uzaqlarda uğurla təbliğ edir.
Çıxışlarda bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli
nailiyyətləri qeyd
edilib. Vurğulanıb
ki, onun yaradıcılığında Şərq incəsənətinin
mənəvi zənginliyi
və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Firəngiz Əlizadənin yaradıcılığı
dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary
Hahn, Yo-Yo Ma, “Kronos Quartet”,
“Berliner Philharmoniker”,
“Royal Concertgebouw Orkestra” və “New Juilliard Ensemble”
kimi aparıcı solistlər və kollektivlər tərəfindən
tez-tez ifa olunur.
Tədbirdə “Aga Khan Foundation” Beynəlxalq Fondunun mükafatı ilə təltif olunmasından məmnunluğunu
ifadə edən F.Əlizadə 2017-ci ildə
Hollandiyanın “Amsterdam
Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti
ilə premyerası keçirilən “Nasimi Passion” əsəri barədə fikirlərini
bölüşüb.
Sonda Firəngiz
Əlizadə jurnalistlərin
suallarını cavablandırıb.
İ.Hacıxanoğlu
Вышка.-2019.- 19 апреля.- S.6.