Cəfər təbiətin
möcüzəsidir”
Mayın 3-də Dövlət Təhlükəsizlik
Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük dramaturq, teatr və kino xadimi Cəfər
Cabbarlının 120 illiyinə həsr olunmuş “Cəfər
təbiətin möcüzəsidir” adlı ədəbi-bədii
gecə keçirildi. Tədbir Könüllülər
Kitabxana İctimai Birliyinin, Cəfər Cabbarlı ev muzeyinin,
Cabir Novruz Mədəniyyət fondunun, Azərbaycan Televiziya və
Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və
Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil
olundu.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 17 dekabr 2018-ci
il tarixində “Cəfər Cabbarlının anadan
olmasının 120 illiyinin qeyd edilməsi” haqqında sərəncam imzalayıb. Sərəncamın
icrasını təmin etmək məqsədilə Mədəniyyət
Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq
olunub. Tədbirlər planında il ərzində görkəmli
ədibin yubileyinin mədəniyyət, elm və təhsil
ocaqlarında müxtəlif səpgili tədbirlərdə
qeyd olunması nəzərdə tutulur.
Tədbirdə Yasamal rayon İcra
Hakimiyyətinin başçısı Əziz Əzizov,
C.Cabbarlı ocağının yadigarları , onun nəvələri
- C.Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət
işçisi Qəmər Seyfəddinqızı və Bəhlul Abbasov, vaxtilə C.Cabbarlının müəllimi
olmuş böyük şairimiz Abdulla Şaiqin nəvəsi,
onun adını daşıyan ev-muzeyinin direktoru filologiya
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
və digər qonaqlar iştirak etdi.
Gecədə Cəfər Cabbarlının həyat
və yaradıcılığını əks etdirən
videoçarxlar, onun səhnələşdirilmiş əsərlərindən
parçalar nümayiş olundu.
Tədbir boyu görkəmli incəsənət
ustalarının çıxışları: Azərbaycan
bəstəkarı, müğənni, I dərəcəli vokalist, Azərbaycan
Respublikasının Əməkdar artisti, Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü Elza Seyidcahan, Azərbaycan
opera müğənnisi, Azərbaycanın və
Dağıstanın Xalq artisti, professor Azər Zeynalov,Nadir Qafarzadə,
Nicat Nəcəfzadə, bədii qiraət ustaları Azərbaycan teatr, kino və dublyaj
aktrisası, Azərbaycanın əməkdar artisti Hüsniyyə
Mürvətova, Cəfər Cabbarlı mükafatı
laureatı, diktor Eldost Bayram və digərlərinin Cəfər
Cabbarlı yaradıcılığından ifaları
tamaşaçılara böyük zövq verdi.
Tədbir Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən
tam versiyada lentə alındı.
Cəfər təbiətin möcüzəsidir
“Cəfər
Cabbarlı öz zəngin yaradıcılığı ilə
dünya dramaturgiyası zirvəsinə yüksələn dahi sənətkardır”
Heydər Əliyev
Bu il xalqımız, tərəqqipərvər
bəşəriyyət XXəsr Azərbaycan ədəbiyyatının
klassiki, dahi dramaturq, şair, nasir ictimai xadim Cəfər
Cabbarlının anadan olmasının 120 illiyini böyük təntənə
ilə qeyd edir. Daim sənətə, sənətkara,
ədəbiyyata, mədəniyyətə, incəsənətə
böyük dəyər verən respublika Prezidenti, zati-aliləri,
cənab İlham Əliyev bu böyük ədibin anadan
olmasının 120 illiyinin keçirilməsi ilə
bağlı 2018-ci il dekabrın 17-də Sərəncam
imzalamışdır. Bu, dövlət
başçısı tərəfindən dahi sənətkara
verilən ən yüksək dəyərdir.
Cəfər həyat verib ilhama sözə
Cəfər
hissin gözü, ruhun səsidir.
Təbiət möcüzə göstərib
bizə
Cəfər təbiətin möcüzəsidir.
“Ibsen kimi aktual, qəti
və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi
zəngin və rəngarəng, Qorki kimi ideyalı” -
müasirləri Cəfər Cabbarlı sənətini belə
qiymətləndirib. Xalq şairi Səməd Vurğun isə
C.Cabbarı yaradıcılığını bizim dövr mədəniyyətinin
qəh-qəhə pilləsi adlandırıb.
Ona bahar oğlu deyirdilər. O, 1899-cu il ,
martın 20-də Xızıda dünyaya göz
açmışdı. Özü ilə sənət aləminə
solmaz əbədi bir bahar təravəti gətirmişdi. Cəmi
35 il yaşadı. Amma bu qısa ömürdə
yaratdıqları bir neçə ömrə bəs edəcək
qədər oldu. Unudulmaz Cəfər Cabbarlı imzası neçə yüzillikləri
adlayıb keçəcək, yaratdıqları isə necə
nəslin mənəvi sərvətinə çevriləcək.
Çünki, o dünən də müasir idi, bu gün də
müasirdir, sabah da müasir olacaq.
Mən bir sönməz
ulduzam ki, daim işıq saçarım,
Mən bir oynaq
bülbüləm ki, güldən-gülə uçarım,
Mən
bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz
günəş görünməsin, qaralara boyansın,
Oxu,
bülbül, bəlkə yarım oyansın!..
Cəfər Cabbarlı yaşadığı
dövrün yanan çırağı idi. O, məzlum xalqın
düçar olduğu məhrumiyyətdən, ədalətsizlikdən,
haqsızlıqdan qurtulması üçün onları səfərbərliyə
çağırıb. Qoca Şərqi əsarət
zülmündə saxlamaqla o, insanları azadlıqdan, hürr
yaşamaqdan məhrum etməyə çalışan
imperialist qüvvələrinə qarşı
çıxıb:
Ey
Şərq sənin üstündə cahan
çarpışıyorkən,
Aləm səni bölməklə səadət
bölüşüyorkən,
Övladın əsarətdə yazıq can çəkişiyorkən,
Hala da sükut etmədəsən,
ey evi bərbad!
Kimdən,
əcaba, ummadasan dərdinə imdad?
C.Cabbarlının bütün əsərlərində
musiqi, mahnı var. Onun qəhrəmanları öz həyəcanlarını
gözəl həzin mahnılarla ifadə edirlər. Bu
mahnıların çoxunun melodiyası Cabbarlının
özünə məxsusdur. Həmin
musiqiləri eşitdikcə sanki öz fikir və düşüncələrini
musiqi ilə bəyan edən qəhrəmanlarla
görüşmuş oluruq.
Qaranlıq gecədə səni
gözləyib
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə
göz gəzdirməkdən
Az qala
kor oldum, ey dan ulduzu!
Öksüz taleyim tək gecikdin nədən?
Karvanqıran
doğdu, görünmədin sən.
Oxşatdım, yanıldım,
könül verdim mən,
Bilmədən
vuruldum, ey dan ulduzu?
“Ana” və “Ana vətən”.
Bu iki varlıq Cabbarlı üçün
dünyada ən ülvi, ən müqqədəs varlıq
olub. Bu iki varlıqa olan məhəbbət
Cabbarlı həyatının silinməz, parlaq səhifələri
olub. Öz doğma anasını dərin məhəbbətlə
sevən Cəfər ümumilikdə bütün analara
hörmət və ehtiram göstərib, onlara bəşəriyyətin
yaradıcısı kimi böyük qiymət verib.Öz
doğma anası ilə qoynunda doğulduğu,
böyüdüyü, yaşadığı doğma vətən
arasında heç bir fərq qoymadan, yolunda hər an qurban
getməyə hazır olan Cabbarlı “Ana ” ilə “Vətən”
kəlmələrinin vəhtətindən “Ana Vətən”
şerini yaradıb. Çox fərəhli
haldır ki, müasir ədəbiyyat tarixində bu şeir qədər
dolğun, məzmunlu, təsirli analoq yoxdur. Bu şeir Azərbaycan
ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir:
Cahanda yox
elə bir qüvvə baş əyim ona mən,
Fəqət
nə güclü, zəif bir vücud var, yahu,
Ki,
hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə
səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə
bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Cabbarlı şair, Cabbarlı nasir, Cabbarlı dramaturq,
Cabbarlı rejisor, Cabbarlı ssenarist. Cabbarlı
teatrşunas, jurnalist, tərcüməçi, musiqi
biliçisi. Bu siyahını artırmaq
da olar. O, çox şaxəli
yaradıcılığı ilə səhnəmizə böyük
bir aktiyor nəsli, dilimizə yeni sözlər, yeni adlar, kino
salnaməmizə Azərbaycan nəfəsi gətirib. Milli teatr və kino tariximizi yad nəfəslərdən
qoruyub. ən nəhayyət, o öz
yaradıcılığı,şəxsiyyəti ilə
neçə-neçə sənətkarın ilham mənbəyinə
çevrilib.
Cabbarlı dühası təkcə şairləri,
aktyorları, rəssamları ruhlandırmayıb. Bəstəkarlarımızın,
musiqiçilərimizin yaradıcılığına qol-qanad
verib. Görkəmli bəstəkar və
musiqi xadimi Əfrasiyab Bədəlbəyli-Cəfər
dostluğu sənət tariximizin ən qiymətli səhifələridir.
Dahi Fikrət Əmirovun musiqisi ilə “Sevil”
operası dünya səhnə və ekranlarını
dolaşıb. Təkcə, bu iki qüdrətli sənətkarın
yox,bütünlükdə Azərbaycan
adlı bir diyarın mənəvi zənginliklərindən xəbər
verib.
Cabbarlı qəhrəmanlarının, hətta tiplərinin
də sözləri bu gün qəlbimizdə zərb məsələ
çevrilib.
Bu fikirlər o qədər müdrik, o qədər təbiidir
ki, bəzən bunların ilkin mənbəyi-müəllifinin
kim olduğu da unudulur,
folklora çevrilir. “Ah, qurban olum Məhəmmədin
şəriətinə”, “Hər binanın bir ustadı
var, ya yox?”, “Mən bu saat
sübutalnı-dokumentalnı hər şeyi başa salaram”,
“Qoc döyüşünə aslan pəncəsi gərəkdir”, “Orada hər şey süni, fəqət
mənim qəlbim, o ki, süni deyil!”, “Atan kazaklardır”, “ Xoş, gördük köhnə
dostlar, siz hələ sağmısınız?”... Bu
siyahını artırmaq da olar.
Cabbarlının bütün qəhrəmanları bu
gün də bizə dövrün bəlalarından, əsrin
problemlərindən, söz açır. Bəzən
onu təftiş etmək istəyənlər də
tapılır. Amma böyük sənətlər,
böyük sənətkarlar məhək daşı kimi
bütün fiziki və mənəvi hücumlardan sağ
çıxır. Cabbarlı
dühası, Cabbarlı sənəti bu gün də bizi
ayıq-sayıq, səfərbər olmağa
çağırır.
Ədibin qəhrəmanları tişə
ustalarını, rəssamları, şair və
dramaturqları yaradıcılığa ruhlandırıb. Ona neçə-neçə əsər, mahnı həsr
olunub. Onun yaradıcılığına həsr
edilən dissertasiyalar müdafiə olunub. Bu
gün C.Cabbarlının vaxtilə arzuladığı
çox gözəl bir dövranda yaşayırıq. Doğma respublikamız, paytaxtımız
gülüstana, laləzərə çevrilib. Həyatımızın bütün sahələrində
tərəqqi, yenilik müşahidə olunmaqdadır. Xalqımız azad,
firəvan, xoşbəxt gələcəyə inamla irəliləyir.
Bu bir həqiqətdir.Bu bir gerçəklikdir. Unudulmaz Cəfərin
“Firuzə” hekayəsinin qəhrəmanı vaxtilə,
Bakının günü-gündən artan gözəlliyinin
qarşısında beləcə heyrətlənmişdi.
Bu gün biz Sizinlə həqiqətən,
çox sürətlə dəyişən, müasir tipli
xiyabanlar, parklar, abidələr, fəvvarələr şəhərinə
çevrilən, İslam mədəniyyət mərkəzinə
çevrilən bir diyarda yaşayırıq.
Cabbarlı öz yaradıcılığında tarixi
mövzulara həsr olunmuş bir neçə romantik əsər
yaradıb.
”Od gəlini”, ”Trablis müharibəsi”, ”Ədirnə
fəthi” və s.dramaturqun bu səpkidə
yazdığı qiymətli sənət inciləridir. Bu əsərlərdə Cabbarlı qəhrəmanlarındakı
ehtiraslı döyüşkənlik və üsyankarlıqla
bərabər, milli ideallara, xalqa xidmət və ehtiram da
çox böyükdür.
Azərbaycanda
milli hisslərin alovlandırıldığı 1918-19-cu illərdə
yaranmış milli tərəqqiyə nikbin hisslər
aşılanmış
“Ədirnə fəthi” əsəri Cabbarlının
türkçülük ideallarına, millətin
ideallarına, Azərbaycanda demokratik quruluşun
yaradılmasına həsr olunmuş, seçilən nümunələrdəndir.
O, sənət
aləmində əsl dönüş yaratdı. ”Hey sən, əski
dünya təslim ol, Sənə qarşı yüruş
var”dedi. Bu üsyankarlığına görə
başı min bir bəla çəkdi. Əsərləri
repertuarlardan çıxarıldı. Qəhrəmanları
ədəbi məhkəmələrə çəkildi.
Özü isə tənqid və mühakimələrə
tuş oldu. Amma istədiyinə nail oldu. Deyə bilmədiklərini
qəhrəmanlarının, obrazlarının dili ilə dedi.
Bu gün teatrlarımız həmişəyaşar
Cabbarlı sənətinə dönə-dönə müraciət
edirlər. ”Aydın”, ”Dönüş”, ”Oqtay Eloğlu”,
”Solğun çiçəklər” və s. bu gün də
repertuarlarda özünə möhkəm yer tutur. Bu teatrların sırasında təkcə Akademik
Milli Dram teatrı deyil, həmçinin, ədibin adını
daşıyan Gəncə Dövlət Dram teatrı və digər
teatrlarımız da vardır. Bu əsərlərdə
də şəxsiyyət azadlığı və milli
azadlıq idealları tərənnüm edilir. Cəfər Cabbarlı həmişə olduğu
kimi yeni nəslin, gəncliyin nümayəndəsi olaraq
qalır.
Cəfər Cabbarlının əsərləri bədii
sənətkarlıq məziyyətləri, güclü
xarakterlər, müsbət və mənfi obrazlar silsiləsi,
romantik, emosional, eyni zamanda, canlı, koloritli obrazlı dili ilə
seçilir.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
xüsusilə, coşqun ictimai və ədəbi fəaliyyəti
ilə də seçilən ən parlaq simalardan olub. Müstəqil
dövlətin yaranmasını ruh yüksəkliyi ilə
qarşılayan ədib “Sevdiyim” və “Azərbaycan
bayrağına” adlı iki şeirini müstəqil Azərbaycanın
milli bayrağına həsr edib:
Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə
böylə söyləmək:
Bu göy
boya, Göy Moğoldan qalmış bir türk nişanı,
-Bir
türk oğlu olmalı!
Yaşıl
boya islamlığın sarsılmayan imanı,
-Ürəklərə
dolmalı!
Şu al
boya azadlığın, təcəddüdün fərmanı,
-Mədəniyyət
bulmalı!
Səkkiz
uclu şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin
gecəsindən fürsət bulmuş quş kibi,
-Səhərlərə
uçmuşdur!
Şu
hilal da, türk bilgisi, düzgün sevgi nişanı,
-Yurdumuzu
qucmuşdur!
Allah, əməllərim
edib şu bayrağı intiqal,
Birər-birər
doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə
bir dilək var, o da doğru kəsilsin,
O gün
olsun bir göy bayraq Turan üstə açılsın!
Cabbarlının istiqlal dövründə
yazdığı şerlərdə milli azadlıq, Azərbaycanın
müstəqilliyi, türkləşmək, islamlaşmaq və
müasirləşmək, hətta turançılıq
ideyaları tərənnüm edilirdi.
Deyirlər qüdrətli sənətkarların ruhu
heç vaxt doğma səmaları tərk etmir. Mütləq
başqa üsyankarın ruhuna qovuşur, deyə bilmədiklərini
deyir, arzularını gerçəkləşdirir.
Böyük sənətkar Müşfiq Cəfər
haqqında deyirdi:” Fəqət ölən deyil onun sənəti,
bağlamış adına əbədiyyəti”.
Cəfər “axır səni buldum, ey dan ulduzu” deyirdi. O, Yeni dünyanın yeni
üfüqlərində azad, müstəqil, demokratik ruhlu Azərbaycanı
görürdü.
Böyük M.Müşfiqin təbirilə
desək:
“Böyük
Füzuliyə ruh verən ellər,
Özünü
tarixə göstərən ellər
İşini
vaxtında bitirəcəkdir
Hər
zaman Cəfəri yetirəcəkdir.”
Qafar Əsgərzadə
Əməkdar Jurnalist,
Pedaqoqika üzrə fəlsəfə
doktoru, dosent
Âûøêà.-2019.- 9 ìàÿ.-
Ñ.9.