Xalqın sevdiyi sənətkarlar unudulmur
Öz orijinal dəsti-xəttilə
hələ gənclik
illərindən başlayaraq
bütün ömrü
boyu olduqca maraqlı, qeyri-adi, kamil sənət əsərləri yaratmış
böyük Ustad, Azərbaycanın Xalq rəssamı, Vətəninin
vurğunu olan Cəmil Müfidzadə özündən sonra böyük bir məktəb qoyub getdi
Heyf ki,
Azərbaycanın qeyri-adi
istedadlı, böyük
rəssamlarından olan
Cəmil Müfidzadə
ilə sağlığında
görüşmək mənə
qismət olmayıb. Ancaq xatırlayıram ki, onunla hələ
50 il əvvəldən
- 1970-ci illərdən tanış
idim. Vaxtilə onun populyar jurnallar
olan "Ulduz" və "Qobustan" jurnallarında verilmiş maraqlı rəsm əsərlərinə heyranlıqla
baxırdım. Rəsmlərindəki qeyri-adiliklə yanaşı
soyadının da o vaxt mənim üçün yeni, xoşagələn olması
o böyük rəssamı
mənə xüsusilə
yaddaqalan etmiş, sevdirə bilmişdi. Çox illər sonra - ötən il eyni soyadlı
görkəmli bir energetik - Azərbaycanın
Əməkdar mühəndisi,
100 illik yubileyinə
hazırlaşdığımız Həmid Müfidzadə haqqında yazmaq istərkən düşündüm
ki, yəqin bunlar eyni soydan,
eyni kökdəndirlər.
Və biləndə ki, sənətinə çoxdan vurğun olduğum o böyük rəssam Həmid müəllimin kiçik qardaşıdır, çox
xoşhal oldum. Deməli, istedadlar bir ailədə tək-tək yox, bəlkə də qoşa gəlirlər dünyaya...
Cəmil Müfidzadə 1934-cü il fevralın 24-də Ordubadda dünyaya gəlmiş, ilk ixtisas təhsilini
1948-1955-ci illərdə Əzim
Əzimzadə adına
Bakı Rəssamlıq
Məktəbində almışdı.
Rəssamın ilk diplom işi Ümumittifaq sərgisinə
eksponatların yola salınması adlı əsəri olub. O, daha sonra (1955-1956-cı illərdə) Ukraynada Kiyev Orta Rəssamlıq
Məktəbini, 1959-1962-ci illərdə
isə Xarkov Dövlət Rəssamlıq
İnstitutunun "Qrafika"
fakültəsini bitirmişdi.
Cəmil Müfidzadənin
növbəti diplom işi isə o zaman "Neft daşları" mövzusunda
çəkdiyi rəngli
ofortlar silsiləsi olmuşdu.
Cəmil Mufidzadə
tələbəlik illərində
həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak
edib. Rəssamın işlədiyi Doğma düzənlər ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüyü çərçivəsində
təşkil olunmuş
təsviri sənət
sərgisində nümayiş
olunmuşdu. O, 1961-ci ildə
Moskvada keçirilən
III Ümumittifaq sərgisində
Qaldırıcı kranlar
təmirdə adlı
ofort işi ilə iştirak edib.
Cəmil Mufidzadə
qrafika sənətinin
fərqli texnikalarından
daim yaradıcılıqla
istifadə edib. Onun qarışıq rəngkarlıq texnikasında
işlədiyi ilk 4 əsəri 1967-ci ildə
Bakıda təşkil
olunmuş respublika sərgisində Azərbaycanın
qədim memarlıq abidələri adı ilə nümayiş edilib. Cəmil Müfidzadənin qarışıq
texnikada çəkdiyi
Abşeron nefti silsiləsi 1967-1975-ci illəri
əhatə edir. Bu silsiləyə rəssamın "Bakı-neft
paytaxtıdır", "Abşeron nefti", "Çənlər parkı",
qarışıq texnikada
isə "Neft ehramı", "Neft saxlancı", "Neft mədənlərində" əsərlərini
misal göstərmək
olar.
Rəssam ksilloqrafiya
texnikasında da Bakı albomu (1962-1966), Neft Daşları (1965), Qala divarları(1966), Parkda (1966), Qız qalası (1966), Xəzər
üzərində axşam
(1966), Romantiklər (1966), Damda (1966) və s. kimi maraqlı, gözəl əsərlər
yaratmışdır.
Bütün varlığı ilə doğma vətəni Azərbaycana,
neft Bakısına, onun qədimiliyi və dünyada analoqu olmayan, milli memarlığı ilə seçilən İçərişəhərə vurğunluğu yaratdığı
unikal, orijinallığı,
monumentallığı ilə
seçilən "Əcdadlarımızın
yaşayış yerləri"
(1968), "Göy pəncərəli
evlər" (1968), "Babaların yurdu" (1968), "Azərbaycan
qadını keçmişdə"
(1971), "Xan sarayı"
(1977,1992), "Köhnə evlər" (1977), "Qədim
Bakı" (1977), "Yeni
Məscid" (1977), "Türbə"
(1984), "Dəvələr" (1985),
"Təndir" (1992), "Suçular" (1993), "Şirvan
qapıları" (1993), "Bakı-neft paytaxtıdır"
(1967-1970), "Namaz" (1993), "Tut ağacı", "Karvansaray" (2003) və
digər əsərlərində
daha aydın, bütün qabarıqlığı
ilə duyulur.
Rəssamın yaradıcılığında "İçərişəhər"
(1965-2000) silsiləsi xüsusi
yer tutur. "Köhnə Bakı"
(1970), "Qız qalası"
(1985), "İçərişəhər"
(1991), "Şirvanşahlar sarayı" (1971) əsərləri
bu baxımdan diqqəti xüsusilə cəlb edir.
Azərbaycanın unikal yaşayış məskənlərindən olan,
unikal relyefi və təbiəti ilə seçilən Xınalığa həsr
etdiyi (1980-1990) silsiləi
rəsm əsərləri
də onun yaradıcılığında mühüm yer tutur.
Görkəmli rəssam öz yaradıcılığında Azərbaycanla yanaşı
digər ölkələrin
təbiətinə və
xalqlarına da maraq göstərərək,
bir çox maraqlı əsərlər
yaratmışdır. Onun Rusiya
şimalının mənzərələrini
əks etdirən, qrafika janrında işlədiyi "Şaxta
45 dərəcədir", "Şimalın adi günləri", "Bəyaz
gecələr", "Balıqçı
adası", "Şimal"
lövhələri, Misirdə
kətana köçürdüyü
"Misir təəssüratları"
(2004-2006) silsiləsinə daxil
olan "Tənha yolçu",
"Misir tarixi",
"İki dost",
"Daimi dostlar" tabloları bu qəbildəndir. Görkəmli
sənətkarın "Monqolustan
torpağında" (1982-1986) silsiləsinə daxil olan əsərləri də fərdi, qeyri-adi rəssam baxışı ilə böyük maraq doğurur. Həmin silsiləyə Qobi səhrasının dəvələrlə
bağlı mənzərələri
ilə yanaşı
"Axırıncı tikan",
"Qurumuş çeşmə
başında", "Əsrlərin
görüşü" və
"Naməlum səs"
əsərləri də
daxildir.
Müharibə dövrünün məhrumiyyətlərini, ağrı-acısını
görmüş bir insan kimi Cəmil
Müfidzadə özünü
və hamını dünyaya cavabdeh kimi görərək, böyük faciələrə,
dağıntılara səbəb
olan müharibələrə
yol verilməməsi üçün öz
rəssam etirazını
yaratdığı əsərlərdə
çox güclü,
təsirli ifadə etməyə çalışıb.
Onun hələ 1960-1970-ci illərin
gənclik yaradıcılığında
yer alan "Buhenvald" (1965-1967), "Sülhün
keşiyində" (1970-1972), eləcə də 1980-ci illərin əvvəllərində
Yaponiyaya səfərindən
sonra işlədiyi
"Bu bir daha təkrar olmamalıdır" (1982-1983) silsilə
əsərlərində müharibə
hərislərinə nifrəti
öz əksini kəskinliklə tapmışdır.
Təsadüfi deyildir ki, zamanın nəbzini əlində tutmağa çalışan və buna nail olan
görkəmli rəssam
Cəmil Müfidzadənin
hələ 38 yaşında
ikən - 1972-ci ildə
Polşada, sonralar Azərbaycanda (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiyada (1977), İranda
(1992, 2003), Fransada (1991) və
Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunmuşdu.
Cəmil Müfidzadənın qiymətli, orijinal əsərləri hazırda
Azərbaycan Dövlət
İncəsənət Muzeyində,
Azərbaycan Dövlət
Rəsm Qalereyasında,
Şərq xalqları
Dövlət İncəsənət
Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva),
P.Lüdviqin muzeyində
(Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və
digər ölkələrin
şəxsi kolleksiyalarında
qorunub saxlanılır.
Uzun illər
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında
Qrafika kafedrasına rəhbərlik etmiş, tələbələri tərəfindən
çox sevilən Cəmil Müfidzadə həm dəOfort adlı dərsliyin müəllifidir.
Azərbaycan təsviri sənətinin
inkişafındakı xidmətlərinə
görə görkəmli
fırça ustası
Cəmil Müfidzadə
1982-ci ildə "Azərbaycanın
Əməkdar rəssamı",
2002-ci ildə isə
"Azərbaycanın Xalq
rəssamı" fəxri
adlarına layiq görülmüşdü.
Böyük bir sənətkar
kimi həm yaşlı, həm də gənc nəsil həmkarları, həm də dərin, zəngin bilik və təcrübə
aşıladığı tələbələri, bütün
xalq tərəfindən
sevilən görkəmli
rəssam 20 dekabr
2019-cu ildə dünyasını dəyişmişdir.
Allah o görkəmli
sənətkara rəhmət
eləsin!
İnternet mənbələrindən
istifadə və
əlavələr etməklə materialı təqdim etdi:
Rəhman
ORXAN,
respublikanın Əməkdar
jurnalisti.
P.S. Tələbələri vida
olaraq Cəmil müəllimin səhifəsində
ürək ağrısı
ilə yazmışlar:
"Dahi rəssam, böyük, əvəzsiz
qrafik, Azərbaycanın
əsl Xalq rəssamı Cəmil müəllimə Allahdan rəhmət diləyirik! Əziz, unudulmaz, dost-doğma, sevimli müəllimimiz, mənəvi
atamız, Sizin
yoxluğunuzla barışa
bilmirik. Sanki bir
kabus ayırıb bizi Sizdən. Yaxşı,
gözəl insanlar heç vaxt ölmür. Siz daim bizim qəlbimizdə, yanımızda olacaqsınız.
Qrafikanı bizə Siz sevdirdiniz. Xoşbəxtik ki, bizim müəllimimiz Szi olmusunuz".
Digər
bir tələbə isə yazıb: "Qəlbimizdə əbədi
yaşayacaq əsl, böyük Ustad! Zərrə qədər belə yorulmadan, tələsmədən
biliklərini hər nöqtəsinə qədər
bizə çatdıran,
aşılayan mənəvi
dayağımız, əziz,
doğma insana çevrilən sevimli müəllimimiz, məkanınız
cənnət olsun!"
R. Orxan
Âűřęŕ.-2020.- 24 ˙íâŕđ˙.- Ń.9.