Se
Siz gedin, mən də gələcəyəm”
Azərbaycanın məşhur
taxılçısı, Sosialist
Əməyi Qəhrəmanı
Baba Səmədov 31 il əvvəl – 1992-ci ilin noyabrında Şəkidən Naxçıvana
gedərək, orada Ulu öndərlə görüşmüş, YAP-n təsis konfransında iştirak etmişdi
Şəkinin Turan-Sarıca çöllərinin
bahadırı olan Baba Səmədovun əməyi Ulu öndər Heydər Əliyev tərəfindən
həmişə yüksək
qiymətləndirilmiş, əmək
adamı kimi o, daim respublika rəhbərinin diqqət və qayğısını
görmüşdür. SSRİ-Almaniya müharibəsinin başa çatdığı
1945-ci ildən - 11 yaşından
işləməyə başlayan
Baba Səmədovun taxılçılıq sahəsində
böyük, fədakar
əməyi ilk dəfə məhz Heydər Əliyev tərəfindən layiqincə
qiymətləndirilmişdir. Ulu öndər 1969-cu ildə ilk dəfə
Azərbaycan hakimiyyətinə
gəldikdən cəmi
3 il sonra - 1972-ci ildə o, sovetlərin ən yüksək ordeni olan "Lenin ordeni" ilə təltif edilmişdir. 1975-ci ildən
başlayaraq isə Baba Səmədov üç dəfə ardıcıl olaraq Azərbaycan Ali Sovetinin, sonralar həm də SSRİ Ali Sovetinin deputatı,
Azərbaycan KP Mərkəzi
Komitəsinin üzvü,
Moskva qurultaylarına nümayəndə seçilmiş,
1978-ci ildə isə taxılçılıq sahəsində
əldə etdiyi xüsusilə yüksək
nailiyyətlərə görə
“Sosialist Əməyi Qəhrəmanı” adına
layiq görülmüşdü.
Azərbaycanın adlı-sanlı
əmək adamı kimi onun taleyinə
Bakıda və Moskvada keçirilən müxtəlif rəsmi tədbirlərdə - ali məclis və qurultaylarda Heydər Əliyevlə görüşmək,
yaxın təmasda olmaq da düşmüşdü.
Məşhur kombaynçı-mexanizator Baba
Səmədov bu gün də Ulu öndəri ehtiramla, minnətdarlıqla,
məhəbbətlə yad
edir. Onun Heydər Əliyevi görmək, ona dəstək olmaq üçün respublikanın
ictimai-siyasi baxımdan
ağır dövründə
- 1992-ci ilin noyabrında
Naxçıvana getməsi,
Yeni Azərbaycan Partiyasının təsis
konfransında fəal
iştirakı ilə
bağlı söylədikləri
Ulu öndərə böyük sevginin, onun vətənpərvərlik
ideyalarına sədaqətin
nümunəsidirBaba dayı
deyir:-
Ağır, çaxnaşıqlı
dövr - 1992-ci ilin noyabr ayı idi. Cəmi bir il idi
ki, müstəqillik əldə etmiş respublikamız Şuşanın
işğalının kədərini
yaşamaqla yanaşı
“Xalq cəbhəsi”nin
hakimiyyətə gəlişi
ilə ölkəmizdə
baş qaldırmış
hərc- mərcliyə,
özbaşınalıqlara əsir olmuşdu. Ölkənin yeni, siyasi təcrübəsi kifayət qədər olmayan prezidenti Əbülfəz Elçibəyin
mülayim xarakterindən
istifadə edənlərin
qılıncının asıb-kəsən
vaxtı idi. Əhali arasında sabaha ümidsizlik, qeyri-müəyyənlik hökm
sürürdü. Belə
bir vaxtda xalqımızın yeganə
ümidi dünya şöhrətli siyasətçimiz
Heydər Əliyev idi. Hamı onun hakimiyyətə gəlişini arzulasa
da, Moskvada 5 illik yüksək rəhbər vəzifəsindən
sonra onun Azərbaycana qayıtmasına
qadağa qoyulmuşdu.
Lakin 1991-ci ilin sentyabrında Heydər Əliyevin Naxçıvan
Ali Məclisinin sədri seçilməsi onun tezliklə respublika hakimiyyətinə
gələcəyinə böyük
ümidlər oyatmışdı.
Ancaq adı “cəbhəçilər” olan,
özləri isə müharibənin davam etdiyi əsl cəbhədən çox
uzaq olan yeni hakimiyyət xalqın Heydər Əliyevlə əlaqə
yaratmasına mane olur, Naxçıvanı sərt blokadada saxlamağa çalışırdı.
Lakin xalqımızın
o dahi, müdrik rəhbərə məhəbbəti
və inamı o qədər böyük idi ki, yerlərdə
hələ rəsmi olaraq təsis olunmamış Heydər Əliyev partiyasının
- Yeni Azərbaycan partiyasının özəkləri
yaradılırdı. Biz
də - bir-neçə
yaxın yoldaş Şəkinin Turan qəsəbəsində gizli
olaraq partiyanın Şəki, Qax, Zaqatala və Balakən rayonlarını
təmsil edən ilk təşkilatını
yaratmışdıq. Və
günlərin bir günü əslən bizim qəsəbədən
olan, o zaman Kənd Təsərrüfatı
Nazirliyində işləyən
Eldar Əliyev bizə gəlib sakitcə bildirdi ki, Baba dayı,
hazırlaş, sabah Naxçıvana, Heydər
Əliyevlə görüşə
gedirik, ancaq bu iş məxfidir,
heç kəs bilməsin. O, hər birimiz üçün qabaqcadan Bakı müəssisələrindən birində Naxçıvan
Konserv zavoduna ezamiyyət sənədlərimizi
də hazırlatmışdı.
Səhər pasportlarımızı
da götürüb, üç yoldaş – mən, Eldar və ilk təşkilatımızın
sədri, məktəbimizin
müəllimi Tehran müəllim Bakıya yola düşdük. Gecəni Eldargildə qalıb, səhər alaqaranlıqda getdik Binə Aeroportuna. Orda Tehran müəllim
sənədlərimizi götürüb
getdi ki, bilet alsın, lakin tez də
qayıtmalı oldu. Dedi ki, OMON qoymur,
icazə vermir Naxçıvana getməyimizə.
Nə edəcəyimizi
bilmədik. Birdən ağlıma Sosialist Əməyi Qəhrəmanı
imtiyazından istifadə
etmək gəldi. Ancaq sovetdənqalma bu titula OMONçular
tərəfindən nə
cür münasibət
göstəriləcəyini bilməsəm də, Tehran müəllimdən sənədləri alıb,
“Qəhrəman vəsiqəsi”ni
də ora əlavə edib, yaxınlaşdım onlara.
Baxdılar ki, həmin sənədlərdir,
ancaq “Qızıl ulduz” vəsiqəsi əlavə olunub, bir az döyükdülər.
Əllərində "Kalaşnikov"
avtomatlarını sanki
döyüşə hazır
vəziyyətdə tutub
soruşdular ki, Naxçıvanda nə işiniz var, nəyə gedirsiniz? Dedim ki, ezamiyyətə
gedirik. Düzü, daha soruşmadılar ki, ilin-günün bu vaxtı Naxçıvana
nə ezamiyyət? Əslində, yəqin ki, belə şeylərdən
başları çıxmazdı,
cavan idilər. Ancaq soruşsaydılar, bilməyəcəkdim ki, konserv zavodunda nə işimiz var. Sənədlərə
bir də ötəri baxıb, geri qaytardılar və avtomat əllərində kassirə
tapşırdılar ki,
verin bunlara biletlərini. Beləliklə,
özüm də inanmadan “qəhrəmanlıq
vəsiqəsi” burda karımıza gəldi....Təyyarəmiz Naxçıvan
aeroportunda yerə endikdən sonra təyyarədən düşəndə
gördük ki, trapın sağında, solunda əli avtomatlı iki OMONçu da burda dayanıb. Hamının pasportlarını
yoxlayıb, bir-bir qaytarsalar da, bizimkiləri qaytarmadılar.
Trapdan aşağı
enəndə bizi indiki deputatımız, Heydər Əliyevin o vaxtkı köməkçisi
Eldar İbrahimov qarşıladı. Məsələni
bilib, dedi ki, narahat olmayın,
indi pasportlarınızı
komandirdən alıb qaytararam sizə. Və pasportları
geri aldıqdan sonra o, bizi avtobusla
yola saldı. Naxçıvana çatanda
Eldar İbrahimov bizim qayğımıza qalaraq,
qonaqpərvərliklə mehmanxanada
yerləşdirdi, sonra
da nahara qonaq elədi.
Biz Heydər Əliyevlə görüşməyə tələsirdik.
Ancaq Eldar İbrahimov dedi ki, gecə saat 11-dir, indi Heydər müəllim Türkiyədən və
İrandan gəlmiş
yüksək səviyyəli
qonaqlarladır, ona görə də bəlkə sizi bu axşam qəbul
etməyə vaxtı
olmayacaq.
Artıq
qışın soyuqları
başlamışdı, mehmanxanadakı
yerimiz də çox soyuq idi. Ona görə də yol yoldaşımız
Eldar Əliyev təklif etdi ki, onun qaynıgilə gedək. Orda bizi çox yaxşı, hörmətlə
qarşıladılar və
gecəni orda qalmalı olduq. Səhər məlum oldu ki, Heydər Əliyev Naxçıvan Milli Məclisinin
sədri kimi xarici qonaqları yola saldıqdan sonra onun qəbulunu
gözləyənləri də
gecə saat 3-ə kimi qəbul edibmiş. Mən onunla üzbəüz görüşmək fürsətini
əldən verdiyimizə
görə çox peşman oldum. Ancaq Əli Nağıyev dedi ki, narahat olmayın, sizi görüşdürəcəyəmƏtraflıTəsis
konfransının keçirildiyi
Naxçıvan Mədəniyyət
sarayına toplaşdıq.
YAP-ın məqsəd
və məramı haqqında danışıldıqdan
sonra partiyanın nizamnamə
və proqramı oxundu, təkliflər verildi, bəzi düzəlişlər edildi. Heydər Əliyev konfrans iştirakçılarının gur alqışları atinda tribunaya yaxınlaşaraq, Azərbaycanın
bugünü və sabahı ilə bağlı nikbinlik doğuran çox məzmunlu, maraqlı çıxış etdi.
Hamı onun çıxışının təsiri altında söz demək, fikir bildirmək istəyirdi.
Heydər Əliyev hamını diqqətlə
dinləyir, onun respublika rəhbərliyinə
qaytmasını arzu edənlərə təşəkkürünü
bidirirdi. Çıxış
edənlərin çox
olduğunu, yığıncağın
uzandığını, artıq
5 saata qədər davam etdiyini görən Heydər Əliyev təklif etdi ki, çıxışlar
dayandırılsın. Əli
Nağıyev səhnənin
ortasından o böyük
şəxsiyyətə müraciət
edib xahiş etdi ki, mümkünsə,
Şəkidən gələn
hörmətli qonağımız
Baba Səmədova da söz verilsin.
Heydər Əliyev nüfuzedici baxışları
ilə məni ilk sırada tapıb, gülümsündü
və dedi ki, “əlbəttə, Baba kişini hökmən dinləməliyik,
buyursun”. Lakin mən paltomu çıxardıb (blokada
şəraitndə olan
Naxçıvanda, əlbəttə
ki, zal çox
soyuq idi), səhnəyə qalxana kimi bir nəfər
faraş tərpənib,
özünü cəld
qabağa ataraq, tribunaya yaxınlaşdı.
Ulu öndər o qədər demokratik, diqqətli, qayğıkeş
insan idi ki, ona mane
olmadı, dedi ki, qoy o da
çıxış etsin.
Ondan sonra mən səhnəyə qalxdım. Heydər Əliyevi çoxdan idi ki görmədiyimdən
ilk olaraq ona yaxınlaşıb, ehtiramla salamlaşıb görüşdüm, sonra
tribunaya keçdim. Dedim ki, hörmətli
konfrans iştirakçıları,
hamınıza məlumdur
ki, hazırda Azərbaycanda vəziyyət
nə yerdədir. Ölkəmizin üstünü
hər yerdən qara buludlar alıb.
Bunları görürük,
ancaq daxildən üstümüzə yeriyən
qara buludlar da var ki,
onları aydın görə bilmirik, ancaq onlar da
çox təhlükəlidir.
Azərbaycanı bu ağır vəziyyətdən
çıxartmaq üçün
bizə yalnız müdrik ağsaqqalımız,
dünya şöhrətli
siyasətçimiz Heydər
Əliyev lazımdır,
ayrı cür mümkün deyil. Yoxsa, indiki vəziyyətdə
Azərbaycan yox ola bilər. Və üzümü zala tutub dedim
ki, bilirsiniz nə var? Siz
elə bilərsiniz ki, mən Naxçıvanın
özündənəm, ya
Naxçıvanın hansısa
rayonundan gəlmişəm.
Xeyr, mən öz dəstəmizlə
Azərbaycanımızın Şəki rayonundan gəlmişəm. Baxın,
görün vəziyyət
nə yerdədir ki, biz Şəkidən
Bakıya, ordan da yüzlərlə kilometr qət edib, Naxçıvana gəlmişik ki, bu çətin günlərdə Heydər
Əliyevə dəstək
olaq, onu Azərbaycan rəhbərliyinə
dəvət etdiyimizi,
ağır iqtisadi-siyasi
vəziyyətə düçar
olmuş ölkəmizi
xilaskar kimi yalnız ona etibar etdiyimizi bildirək.Bunu deyəndə
hamı çoxlu əl çaldı. Və mən bununla çıxışımı
tamamlayıb, tribunadan
düşdüm. Sonra
Əli Nağıyev
YAP-ın siyasi surasına seçilənlərin
adlarını oxudu. Gördüm ki, mən də o siyahıya düşmüşəm.
Bunu isə yəqin ki Ulu
öndər özü
məsləhət bilmişdi.
Konfrans işini
başa çatdırdıqdan
sonra YAP-ın sədri Heydər Əiyev başda olmaqla durub piyada
getdik Naxçıvanın
şəhidlər xiyabanına.
Artıq gecə, qaranlıq idi. Vətən yolunda şəhid olmuş igidlərimizi ziyarət edib, ruhlarına dualar oxuyub, geri qayıtdıq. Hamı yenidən Naxçıvan Ali Məclisinin binasına toplandı. Əslində ora ancaq YAP siyasi
şurasının üzvlri
yığılmalıydı, ancaq Ulu öndər
el atası kimi burda da
böyüklük, ağsaqqallıq
edərək dedi ki, hamı gəlsin,
çünki burda hamı qonaqdır. Heydər Əliyev rəyasət heyətindən
üzünü konfrans
iştirakçılarına tutub, uzaqdan-yaxından gəlmiş hamıya təşəkkürünü bildirdi və bizə məsləhətlərini
verdi. Dedi ki, “yerlərdə adamları partiyaya qəbul edin, ancaq könüllülük
prinsipinə əməl
edilsin. Kimisə partiyaya keçməyə
məcbur etməyin, zorla ərizə yazdırmayın. Və kim sonradan fikrini
dəyişib, partiyadan
çıxmaq istəyərsə,
qətiyyən təzyiq
göstərməyin, qoy
çıxsın. Partiya
üzvlük haqqını
kim vermirsə və ya verə
bilmirsə, eybi yoxdur, məcbur etməyin. Yəni camaatla belə, mehriban rəftarlıq eləyin”.
Bu arada
zalın qapısı
döyüldü, Naxçıvan
aeroportunun rəisi icazə alıb, içəri keçdi. Dedi ki, yoldaş
Əliyev, Bakıya uçmalı olan təyyarəni saxlamışıq
ki, bəlkə qonaqlardan Bakıya qayıtmaq istəyənlər
var. Sərnişinlər
uçuşun gecikməsindən
narahatdırlar. Ona görə gəldim ki, getmək istəyən varsa, sizin icazənizlə buyursunlar, gedək.
Heydər Əliyev
ayağa qalxıb, üzünü tədbir iştirakçılarına tutub
dedi:
- Ay hörmətli
yoldaşlar, bilirsiniz ki, xalqımızın çox gözəl bir adəti var – heç vaxt qonağa “get” demək olmaz. Ona görə
də kim qalmaq istətirsə, əlbəttə, qalsın,
gedənlərə isə
uğurlu yol, uğurlu fəaliyyət arzulayırıq.
Odur ki,
biz – üç nəfər Şəki nümayəndəsi ayağa
qaxdıq, xudahafizləşmək
üçün Heydər
Əliyevə yaxınlaşdıq.
O, mənimlə səmimi
görüşüb-öpüşüb
dedi ki, çox sağ olun ki, bu
çətin məqamda
Şəkidən durub
Naxçıvana gəlmisiniz.
Dedi ki, möhkəm olmaq lazımdır. Və mən cavab verdim ki, yoldaş
Əliyev, nə qədər ki Siz varsınız, biz həmişə möhkəm olacağıq.
Ayrılarkən bir də qucaqlaşdıq və astaca qulağıma pıçıldadı:
“Siz gedin, mən də gələcəyəm!”.
Dediyi kimi
də oldu. 7 aydan sonra – 1993-cü ilin 15 iyununda o böyük şəxsiyyət,
xalqımızın ümummilli
lideri Heydər Əliyev Bakıya Azərbaycanımızın qüdrətli
və qətiyyətli,
müdrik xilaskarı kimi qayıtdı. Odur ki, xalqımızın
bu dahi oğlunun
əziz və nurlu xatirəsi qədirbilən xalqımızın
qəlbində daim, hər zaman yaşayacaq.
Söhbəti qələmə aldı: Rəhman ORXAN
Əməkdar jurnalis
Вышка.-2023.-
1-7 декабря, №45 - С.9.