“Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində videoçarxlar hazırlandı
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında
həyata keçirilən
“Milli Qəhrəmanlarımız”
layihəsi çərçivəsində
2025-ci ildə yubileyləri
olan Milli Qəhrəmanlar haqqında
il ərzində yeddi videoçarxdan ibarət silsilə material hazırlandı.
Videoçarxlarda 2025-ci ildə yubileyi olan 52 Milli Qəhrəmanın
gənclərə örnək
şərəfli ömür
yolu, göstərdikləri
qəhrəmanlıqlar, təltifləri
və xatirələri
haqqında məlumatlar
verilmişdir.
Videoçarxlarda haqqında məlumat verilən 33 Milli Qəhrəman Qarabağ müharibələrində, 13 Milli
Qəhrəman 1995-ci ildə
13-17 mart tarixlərində
dövlət çevrilişinə
cəhdin qarşısının
alınması zamanı,
1 Milli Qəhrəman
1991-ci il noyabrın
20-də Qarakənd faciəsində,
2 Milli Qəhrəman
1994-cü il Gəncə
şəhərindəki qiyamı
yatıran zaman, 1 Milli Qəhrəman 1999-cu ildə Qobustan həbsxanasında baş verən hadisə zamanı, 1 Milli Qəhrəman 1993-cü il
“Talış-Muğan Respublikası”
yaratmaq iddiası ilə çıxışın
dəf edilməsi zamanı, 1 Milli Qəhrəman 2009-cu ildə
sərhəd pozucuları
ilə döyüş
zamanı qəhrəmanlıq
göstərmişdilər.
Adları çəkilən
Milli Qəhrəmanlar
Vətənimizin işğal
olunmuş torpaqlarında
düşmənlə vuruşaraq
igidlik və misilsiz şücaət göstərmişdilər. Dörd
Milli Qəhrəman Füzuli, iki Milli Qəhrəman Xocavənd, iki Milli Qəhrəman Ağdərə, iki Milli Qəhrəman Laçın, üç
Milli Qəhrəman Ağdam, bir Milli Qəhrəman Qubadlı, dörd Milli Qəhrəman Xocalı, bir Milli Qəhrəman Xankəndi, bir Milli Qəhrəman Hadrut (h/hazırda Xocavənd rayonu), bir Milli Qəhrəman
Şuşa, bir Milli Qəhrəman Füzuli, Ağdam, Tərtər və Ağdərə, bir Milli Qəhrəman Ağdam və Qubadlı uğrunda gedən döyüşlərdə
misilsiz qəhrəmanlıq
göstərmişdilər, bir Milli Qəhrəman
Qazax rayonunun Yuxarı Əskipara kəndində ermənilərin
avtobusa hücumu nəticəsində, iki Milli Qəhrəman Tovuz rayonunun sərhədyanı bölgələrinə
ermənilərin hücumu
zamanı, bir Milli Qəhrəman Naxçıvan MR-nın Babək rayonu yaxınlığında dostlarını
mühasirədən çıxaran
zaman, bir Milli Qəhrəman Gədəbəy rayonunun Mutudərə kəndində
mühasirəyə düşən
zaman, bir Milli Qəhrəman Goranboy rayonunun kəndlərinin ermənilərdən
müdafiə edərək,
igidlik göstərmiş
və qəhrəmancasına
həlak olmuşdular.
Bir Milli Qəhrəman Tərtər
və Goranboy rayon, Yevlax şəhər
ərazilərinə nəzarət
etmiş və əhalini müdafiəyə
hazırlamışdır. Bir Milli Qəhrəman
Füzuli, bir Milli Qəhrəman Xocavənd və bir Milli Qəhrəman
Ağdam rayonları uğrunda gedən döyüşlərdə cəsarətlə
iştirak etmiş, igidliklər göstərmiş
və hal-hazırda da Vətənə xidmət edirlər.
Sözügedən Milli Qəhrəmanlar haqqında materiallar kitabxana tərəfindən
onların anadan olduğu və həlak olduğu ərazilərin şəhər,
rayon İcra Hakimiyyətlərinə və
Azərbaycan Respublikası
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatına təqdim
edilmişdir.
Videoçarxları kitabxananın YouTube kanalında izləmək olar:
Gunay Qululu
Âûøêà.-
2025.- 7-13 íîÿáðÿ (¹42). - Ñ.16.