Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti
Beynəlxalq Muğam Mərkəzində
“Mirvarid Dilbazi Poeziya Məclisi”
İctimai Birliyinin və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı
ilə tanınmış
muğam ifaçısı, sevilən xanəndə,
müəllim Maya Cəbrayılovanın “Konstitusiya və
Suverenlik
İli” çərçivəsində
Zəfər Gününə həsr olunmuş
“Yaşa, Azərbaycan!” yubiley-hesabat konserti təşkil olundu.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva qonaqları salamlayaraq onları Zəfər Bayramı münasibəti ilə təbrik etdi.
Tədbirin əvvəlində Qarabağ
müharibələri şəhidlərinin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tarix üzrə fəlsəfə
doktoru, Fəxri mədəniyyət işçisi,
Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovanın təqdimatı
ilə tamaşaçılara
gözəl muğam ifaları təqdim edildi. M.Cəbrayılova tamaşaçılar və
şəhərimizin qonaqları
üçün muğam,
xalq və bəstəkar mahnıları
ifa etdi. Xanəndənin bir-birini tamamlayan gözəl ifaları və məlahətli səsi alqışlarla qarşılandı.
Əməkdar müəllim, muğam
ustası Qəzənfər
Abbasov tamaşaçıları
salamlayaraq xanəndəni
muğam ifası ilə təbrik etdi.
Konsertin
sonunda səsində muğama dərin hörmətin ifadəsi olan xanəndəyə Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin, Mahmud Kaşqari
adına Beynəlxalq Fondun, “Azərbaycan
Yazıçı Qadınlar
Cəmiyyəti”nin, “Təzadlar”
qəzeti və saytının, “Carçı”
jurnalının, “Kiçik
Dünya Uşaqları
Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin, Yasamal rayon MKS-nin və digər
qurumların Fəxri fərman və diplomları təqdim edildi.
Bayram konsertinin iştirakçılarına
Zəfər və xanəndə M.Cəbrayılovanın
səhnə fəaliyyəti
haqqında videoçarxlar
təqdim edildi.
Tamaşaçılar Zəfərimizi
əks etdirən rəsm sərgisi ilə tanış oldular.
Xeyriyyə konsertində xanəndənin
sənət dostları,
muğamsevərlər, şəhid
ailələri, qazi,
veteran və Qarabağ
müharibələri iştirakçıları,
Azərbaycanda akreditə
olunmuş diplomatik nümayəndəliklər, ziyalılar,
şair və yazıçılar, media nümayəndələri
və xanəndənin
ailə üzvləri
iştirak etdilər.
Zəhra Cabiyeva
Âûøêà. 2025.- 14-20 íîÿáðÿ (¹43). - Ñ.6.