Fəxri oxucunun şəhidlərə
həsr olunmuş kitabı kitabxanalara hədiyyə olundu
17 noyabr Milli
Dirçəliş Günündə
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının
Fəxri oxucusu, şair, publisist Azadə Novruzovanın “Zəfər aşiqləri:
Qarakilsə şəhidləri”
kitabı kitabxanada həyata keçirilən
“Şəhidlər ölməz,
Vətən bölünməz”,
“Yaradıcı oxucularımız”
və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində nəşr olunub və kitabxanalara hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
portalına Kitabxanadan
verilən məlumata görə, böyük Zəfərimizin beşinci
və Dövlət Suverenliyi Gününün
ildönümünə həsr
olunmuş bu kitab ölkəmizin ərazi bötüvlüyü
və suverenliyinin təmin olunmasında şəhid olan qəhrəman övladlarımızın
əziz ruhlarına ithaf olunub.
“Zəfər
aşiqləri: Qarakilsə
şəhidləri” ensiklopedik
topluda əslən Zəngəzur mahalının
Qarakilsə rayonundan olan Azərbaycanın ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə həlak
olmuş və itkin düşmüş Qərbi Azərbaycanın
Zəngəzur mahalının
Qarakilsə rayonunun Ağudi, Comərdli, Urud, Şıxlar, Şəki, Qızılcıq,
Sofulu, Ərəfsə,
Dəstəyird, Murxuz,
Vağudi, kəndlərinin vətənpərvər
döyüşçülərinin bioqrafik məlumatları və fotoları, eyni zamanda müəllifin
“Şəhidim: ovunmayan
həsrət” başlıqlı
məqaləsi də oxuculara təqdim olunur.
Kitabın ön
sözündə Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
Müvəkkili (Ombudsman),
hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva qeyd edir ki,
ötən əsrin əvvəllərində erməni
millətçilərin azərbaycanlılara
qarşı törətdikləri
amansız soyqırımı
hadisələri barədə
həqiqətlərin dünyaya
çatdırılması və bu məsələyə
siyasi-hüquqi qiymətin
verilməsi xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli
Milli Ordumuzun İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin
ərazi bütövlüyünü
və suverenliyini tam bərpa edilib. Ombudsman əldə olunmuş parlaq Zəfərdən sonra dövlətimizin həyata keçirdiyi sülh siyasəti nəticəsində Ermənistandan
qaçqın düşmüş
azərbaycanlıların öz
ata-baba yurdlarına qayıdışı, onların
hüquqlarının təmin
olunması ilə bağlı da şəraitin yarandığı,
bu kontekstdə qaçqın həyatı
yaşamağa məcbur
olmuş azərbaycanlıların
və onların varislərinin qayıdış
hüququnun təhlükəsiz
formada təmin edilməsi, vurulmuş zərərə görə
kompensasiya alması onların beynəlxalq sənədlərdə təsbit
olunmuş fundamental hüquqları olduğu vurğulayıb.
Kitabın redaktorları AMEA-nın
A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, t.ü.f.d., dosent Cəbi Bəhramov, t.ü.f.d., dosent, Fəxri mədəniyyət işçisi
Lətifə Məmmədova.
rəyçilər t.ü.f.d.,
dosent Elmar Məhərrəmov və
t.ü.f.d., dosent Bəxtiyar Həsənovdur.
Ombudsman Aparatının
əməkdaşı, şair,
publisist Azadə Novruzovanın müəllifi
olduğu ensiklopedik toplu tarixi yaddaşımızın
qorunub saxlanılması,
gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb
edir.
Kitab tədqiqatçılar
və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
Kitabı
Yasamal rayonunun kitabxanalarında oxumaq olar.
Təranə
Heydərova
Âûøêà .- 2025.- 28 íîÿáðÿ
(¹45). - Ñ.6.