Diabet bütün bəşəriyyət
üçün qlobal
təhlükədir
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatında şəkərli
diabet dünya əhalisi arasında sürətlə yayılmasına
görə XXI əsrin
qeyri-infeksion epidemiyası
kimi tanınır. Harada yaşamasından - Şərqdə və ya Qərbdə, dilindən, cinsindən, irqindən, milliyyətindən,
dini mövqeyindən,
varlı və ya kasıb olmasından
asılı olmayaraq
"şəkər" bütün
insanların tutula biləcəyi bir xəstəlikdir. Şəkərli
diabet xroniki, son dərəcə "bahalı" bir xəstəlikdir və ortaya çıxan bir sıra fəsadlarla
müşayiət olunur
və ailələr, ölkələr və bütövlükdə dünya
üçün ciddi
təhlükə yaradır
ki, bu da
xəstəliyin kəskin
sosial əhəmiyyətindən
xəbər verir.
Şəkərli diabet qədim zamanlardan məlumdur. Bəşəriyyət diabet
haqqında 3,5 min ildir ki, məlumatlıdır.
Bu xəstəliyi təsvir edən ilk traktat - qədim
misirlilərin tibbi ensiklopediyası olan Misir papirusu Ebers eramızdan əvvəl 1500-cü ilə
aiddir. Qədim Yunanıstanın və Romanın məşhur həkimləri bu sirli xəstəlik haqqında yorulmadan düşünürdülər. Təbib Areteus bu xəstəliyə
"diabet" adını
qoymuşdur - yunanca
"axıram, keçirəm"
mənasını verir.
Hər il
noyabrın 14-də Ümumdünya
Diabet Günü qeyd olunur. Onun
məqsədi diabet haqqında qlobal məlumatlılığı artırmaqdan
- dünyada artan insidentlər və diabetin qarşısının
alınmasından ibarətdir.
Bu tarix təsadüfən seçilməyib
- kanadalı həkim və fizioloq Frederik Bantinq bu gün anadan
olmuşdur. O, Con Makleod və Çarlz Bestlə birlikdə insulini kəşf etmiş, onu öz üzərlərində
sınaqdan keçirmişlər
və buna görə 1923-cü ildə
Nobel mükafatına layiq görülmüşlər.
Onlar patenti bir dollara Toronto
Universitetinə satmışdılar
və nəticədə
dünyada bütün
diabet xəstələri
ondan yararlanıb şəfa tapmışlar.
Bu gün insulin praktiki olaraq diabet xəstəsinə
xəstəliyi unutmağa
imkan verir.
İnsan uzun
müddət xəstə
olduğundan xəbərsiz
ola da bilər
ki, bu da
nəticə etibarilə
onun proqressivləşməsinə
və xəstəliyin
ağırlaşmalarına səbəb olur.
COVID-19-un yayılması kontekstində şəkərli
diabet və koronavirusun birləşməsinin
insan həyatı üçün təhlükə
yaratdığını xatırlayırıq.
Diabetli xəstələr
COVID-19-a yoluxduqları təqdirdə
ciddi fəsadların inkişaf riski əhəmiyyətli dərəcədə
yüksək olmuşdur.
Klinik müşahidələr
koronavirus və diabetin qarşılıqlı
təsirini ortaya çıxarmışdır. Şəkərli
diabetin mövcud olması COVID-19 xəstələrində
ölümə qədər
ciddi ağırlaşma
riskinin artması deməkdir. Statistika göstərir ki, koronavirusdan ölənlərin
20-30 faizi şəkərli
diabetdən əziyyət
çəkənlər idi.
2030-cu ilə qədər diabetin bütün dünyada ölümün ilk on səbəbi arasında yer alacağı proqnozlaşdırılır.
Statistik məlumata görə, son 20-30 il ərzində bütün ölkələrdə
şəkərli diabet
xəstələrinin sayı
dayanmadan artır və artmaqda davam edir. Beynəlxalq
Diabet Federasiyasının
məlumatına görə,
əgər 2019-cu ildə
dünyada şəkər
xəstələrinin sayı
463 milyon nəfər təşkil edirdisə, hazırda bu rəqəm 537 milyondur. Federasiyanın hesablamalarına
görə, bu tendensiya dayandırılmasa,
2030-cu ilə qədər
dünyada bu insanların sayının
578 milyon nəfərə,
2040-cı ilə qədər
642 milyon nəfərə,
2045-ci ilə qədər
isə 700 milyon nəfərə çatacağı
proqnozlaşdırılır. Vəziyyət fəlakətə
yaxındır.
Bu xəstəliyə
qarşı mübarizədə
bütün ölkələrin
səylərinin birləşdirilməsinin
aktuallığı BMT Baş
Assambleyasının şəkərli
diabet probleminə dair 2006-cı il 20 dekabr tarixli qətnaməsində müəyyən
edilmişdir. Həmin
qətnamədə şəkərli
diabetin təkcə insanların rifahı üçün deyil, həm də dünya birliyi dövlətlərinin sosial-iqtisadi
inkişafı üçün
təhlükə yaradan
xroniki xəstəlik olduğu qəbul edilib.
Azərbaycan dövləti bu xəstələrlə bağlı
2003-cü il 23 dekabr tarixdə "Şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı
haqqında" Azərbaycan
Respublikası Qanununu qəbul etmişdir. Bu qanun Azərbaycan
Respublikasında şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısının
təşkilati-hüquqi əsaslarını
müəyyən edir,
bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində
yaranan münasibətləri
tənzimləyir.
Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən
2016-cı il 28 yanvar tarixdə "2016-2020-ci illər
üçün şəkərli
diabet xəstəliyi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin proqramın məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının
və müalicəsinin
təkmilləşdirilməsi yolu ilə xəstələnmə,
əlillik və ölüm hallarının
azaldılmasından ibarətdir.
"Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə
göstərilən illik
tibbi yardımın (o
cümlədən zəruri
olan müayinələrin)
həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman
preparatlarının, özünənəzarət
vasitələrinin siyahısı
və miqdarı"nın
və "Şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərin
insulin və digər şəkərsalıcı
dərman preparatları,
inyeksiya və özünənəzarət vasitələri
ilə təminatı
Qaydası"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 13 may tarixli qərarına əsasən, şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərə
göstərilən illik
tibbi yardımın (o
cümlədən zəruri
olan müayinələrin)
həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman
preparatlarının, özünənəzarət
vasitələrinin siyahısı
və miqdarı müəyyən edilmişdir.
Bu günə
qədər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində
və pərakəndə
şəkildə idi.
Amma TƏBİB tərəfindən
tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta
məlumatlarını özündə
cəmləşdirən elektron
informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq
kartı sisteminə daxil edilən məlumatlar TƏBİB-in
informasiya sistemində
cəmləşdirilir. Sağlamlıq
kartında olan məlumatlar (xəstəlik
tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə
tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu müasir standartlara uyğun informasiya sistemidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 14.2-ci bəndi dövlət tərəfindən dərman
vasitələri ilə
təmin olunan xəstələrə şəxsi
məlumatları, onların
qeydiyyatı və aldığı dərmanlar
barədə, 14.7-ci bəndi
isə dərman vasitələri haqqında
məlumatın verilməsini
nəzərdə tutur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarına
əsasən, şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərə
21 adda dərman vasitələri müəyyən
edilmişdir (bu məndə olan məlumatlardır, ola bilər ki, bu dərmanların sayı artıq və ya az
da ola bilər).
Bu dərman vasitələrinin çoxu
şəkərin aşağı
salınmasına o qədər
də müsbət təsir göstərmir.
"Yanumet", "Synjardy"
kimi təsirli dərmanı müalicə
həkimindən xahiş
etdikdə, onun bu siyahıda nəzərdə tutulmadığını
bildirir. Yaxud həmin qərarda qanda elementar olaraq şəkəri təyin etmək üçün 1 qutuda
50 ədəd olmaqla ayda 1 qutu vizual nəzərdə
tutulmuş test-çubuqları
da əldə etmək hər şəkər xəstəsinə
qismət olmur. Odur ki, bu
sahədə olan boşluqlar aradan qaldırılmalıdır.
Eldar ƏSGƏROV
Вышка .- 2025.- 28 ноября (№45). - С.5.