"Molla Nəsrəddin" lətifələri Kıbrısda

 

Bir neçə il qabaq "Molla Nəsrəddin" lətifələrinin Anadoluda "Hoca Nasreddin" və Qaqauziyada "Nastradin Hoca" fikirləri ilə oxşar və fərqli cəhətlərini nəzərdən keçirmiş, adlarını çəkdiyimiz regionlarda xalq arasında məşhur olan Molla Nəsrəddin lətifələrinin bəzi tərəfləri ilə bağlı mülahizələrimizi oxuculara çatdırmışdıq. Molla Nəsrəddin lətifələrinin yayılmasına nəzər yetirdikcə bu arealın daha geniş ərazi və xalqları əhatə etdiyini görürük. Araşdırmalar nəticəsində müəyyənləşdirmişik ki, bu lətifələr Kıbrısda da geniş yayılıb.

Kuzey Kıbrıs Türk folklorunun, etnoqrafiyasının, klassik ədəbi nümunələrinin yorulmaz araşdırmaçısı Harid Fədainin "Kıbrıs Türk Kültürü. Makaleler - 1" Samtay Vakfı tərəfindən 2004-cü ildə ödülə layiq görülmüş fundamental araşdırmalarında "Kıbrıstaki Hoca Nasreddin, ya da Aslani Hoca" adlı məqaləsi də təqdim olunub. Məqalədə göstərilir ki, "Hoca Nasreddin" və ya "Nasreddin Hoca" adı altında yaşayan bu fıkralar Anadoludan tutmuş Kıbrıs türkləri arasında geniş yayılıb. Hocanın bu fıkralarının başlıca qayəsi, bizdə olduğu kimi, insanlarda ali mədəni-mənəvi hissləri tərbiyə etmək məqsədi güdür. Harid Fədai yazır ki, fıkraların Nəsrəddin Hocaya aid olub-olmaması heç də başlıca şərt deyil, mühüm cəhət odur ki, onlar məhz onun adıyla bağlanıb. 1991-ci ildə İstanbulda nəşr olunmuş "Nasreddin Hoca" fıkralarını təqdim edən Alpay Kabacalının fikrincə, bunlar Nasreddin Hocanın fıkraları yox, Nasreddin Hoca fıkralarıdır.

Kıbrısda XX yüzilin 90-cı illərinə qədər Nəsrəddin Hoca fıkraları yazılı şəkildə yayılmasa da, xalqın yaddaşında və dilində-ağzında çox gəzib dolaşmışdı. Harid Fədai yazır: "Kahve-kulüp konuşmalarının, özəl söhbətlərlə ailə toplantılarının çağrısız konuğudur Nasreddin Hocamız".

Elə burada araşdırmaçı sual verir: "Hocamız yalnız Türklər arasında dolaşan bir fıkra tipimidir? Hayır. Kökeninə bakılmaksızın Rumlar arasında da mənimsəmiş, kendisini kabul ettirmiştir". Eyni zamanda Rumlar arasında bu fıkralar "Aslani Hoca" adı altında söylənilir. Rumların (yunanların) dilində Aslani Hoca fıkra tipi Hocanın qarşılığında "papaz"a çevrilərək söylənilir. Türk Hocası Rum "Papaz"a sahib çıxdıqda bunun tamamilə əksi olur ki, onun da təməlində tuhaflığın, komikliyin, muxtəlif xalqlardan (türklərdə və rumlarda) birində "Nasreddin Hoca", o birində isə "Papaz" kimi tanınmaqdadır.

Qeyd etmək lazımdır ki, Kıbrısda Nasreddin Hoca fıkralarının yaxın keçmişə qədər bir kitabda toplanıb nəşr olunması baş verməmişdi. Rumlar tərəfindən (yunanlar) Hoca Nasreddin fıkralarını hələ 1937-1939-cu illərdə müvafiq olaraq 16 və 8 səhifədən ibarət nəşr olunub və müxtəlif ad altında ("Nasreddin Hocanın Kahkahalarda Güldürən Hikayeleri. Stavrinidis Matbaası. - Lefkoşa, 1939; Nasreddin Hocanın Hikayeleri. Kiryagidis Matbaası. - Lefkoşa, 1939") üç dəfə işıq üzü görüb.

Kıbrıs türklərinə gəlincə isə onlar 1929-cu ilin baharında Kıbrısda latın əlifbasından istifadə mümkün olduqdan sonra ibtidai məktəb şagirdləri üçün Nasreddin Hocanın kitabdan yalnız bircə fıkrasını oxumağa müvəffəq olurlar. 1931-ci ildə rum üsyanından sonra regionda kitab nəşri yasağı mövcud idi. Türkiyədən kitab gətirilməsəydi, tədris kitabsız aparılırdı. Bu illərdə türk liseyi müdiri İsmayıl Hikmət bəy ibtidai məktəbin hər sinfi üçün oxu kitabları hazırlayıb şagirdlərin köməyinə yetişmişdi. (prof. İsmayıl Hikmət Ortaylan 1899-1967-ci illərdə yaşayıb). 5-ci sinif şagirdləri üçün dərslikdə "Hocanın kuzusu" adlı fıkranın bir variantı müxtəsər və uşaqların anlaya biləcəkləri şəkildə təqdim olunub.

Nəsrəddin Hocanın fıkraları Kıbrısda mənzum şəkildə Türkiyədən gəlmiş pedaqoqair İbrahim Zəki Burdurlu (1922-1984-cü illərdə yaşayıb) tərəfindən yayılıb. Bu fıkralar (cəmi 33 ədəd) Lefkoşada təxminən bir il ərzində (noyabr 1951-oktyabr 1952) "Bozkurt qazetesi"ndə ardıcıl olaraq oxuculara çatdırılsa da, ayrıca kitab kimi nəşr olunmayıb. Burdurlu fıkraların toplanması və nəşri üzərində işi sonra da davam etdirib. Sonra Hoca Nəsrəddinin qırx ədəd fıkrasından ibarət olan bu kitabmürsün Nasreddin Hocam" adıyla İzmirdə 1965-ci ildə işıq üzü görüb. Ancaq buna kimi 1954-cü ildə Sinasi Tekman "Nasreddin Hoca Şiirleri"ni Lefkoşada nəşr etdirib. Bu kitabdakı 21 fıkradan ikisi nağıl şəklində verilib. Fıkralardan birinin adı "Hoca ilə Papazlar" adlanır. Bu fıkrada Hocanın üç papazla mərc qurduğu (sınav) və bu sınaqdan üstün çıxması anladılır. Kitabçada fıkralara Ahmet Hizer səkkiz rəsm çəkib. Üz qabığını Bener Hakkı Hakeri hazırlayıb. Bundan sonra Bener Hakkı Hakeri Hocanın fıkralarını mənzum şəkildə Lefkoşada nəşr etdirib. 1971-ci ildə Lefkoşada "Nasreddin Hoca və Kıbrıs" adlı kitabça şəkilli nəşr olunub. Şəkildə Hoca əldə quyruq tutaraq eşşəyi tərsinə minmiş Makariosun bağrından xəncərlənən türk gəncinin, çadırdakı insanların, yanıb külə dönmüş camilərin, partlayan bombaların, tel örgülərin rəsmləri var.

Kıbrısda yaşanılan çarpıklı - tutarsızlıkları Başpiskopos Makariosun kişiligində Hocanın fıkra qəliblərinə tökərək dilə gətirir. Fıkralarda Kıbrısı Yunanıstana bağlamaq fikri ilə yola çıxan Makariosun 1974-cü il hərəkatıyla gələn ortamda mənzum halda tragikomik anlamı var. Burada əzəli hoca-papaz ikiləmində bu an Nəsrəddin Hocanın qarşısına Başpiskopos Makariosun çıxarıldığını görürük. Araşdırmaçı Kutlu Adalı bu kitabçanın 1989-cu ildə Ankarada düzənlənən Birinci Milletlerarası Nasreddin Hoca Sempoziyumu Bildirilerinin materiallarında müvafiq nümunələrlə verib. Orada verilmiş nümunələrdən birində aşağıdakıları oxuyuruq: "Bizim Kıbrıs adası da tarih boyunca doğuran bir kazandır"! Çerçi Kıbrıs için Akdenizin batmayan uçak gemisi denir ama, aslında o bir doğurğan Nasreddin Hoca kazanıdır. Bu kazanın içine bugüne degin Doğu Akdenize ve Ortadoğuya kimler olmuşsa girmişlerdir. Ve bu kazanın içinde tencereler doğurmuşlardır!"

Göründüyü kimi, Molla Nasreddin lətifələri son dərəcə geniş bir arealda yayılıb. Yeri gəlmişkən, qeyd edək ki, bu lətifələr həm də Şimali Qafqazda yaşayan türklər - qaraçaylar, malkarlar və noğaylar arasında "Nasr Xoca" lətifələri adı altında söylənilir. Gələcəkdə biz bu regionlarda söylənilən Molla Nəsrəddin lətifələrinin ideya-məzmun xüsusiyyətlərinə də toxunmaq fikrindəyik.   

 

"Molla Nəsrəddin" lətifələri Kıbrızda

 

Nizami Tağısoy,

filologiya elmləri doktoru,

Bakı Slavyan Universitetinin professoru

 

 

Bir neçə il qabaq "Molla Nəsrəddin" lətifələrinin Anadoluda "Hoca Nasreddin" və Qaqauziyada "Nastradin Hoca" fikirləri ilə oxşar və fərqli cəhətlərini nəzərdən keçirmiş, adlarını çəkdiyimiz regionlarda xalq arasında məşhur olan Molla Nəsrəddin lətifələrinin bəzi tərəfləri ilə bağlı mülahizələrimizi oxuculara çatdırmışdıq. Molla Nəsrəddin lətifələrinin yayılmasına nəzər yetirdikcə bu arealın daha geniş ərazi və xalqları əhatə etdiyini görürük. Araşdırmalar nəticəsində müəyyənləşdirmişik ki, bu lətifələr Kıbrısda da geniş yayılıb.

Kuzey Kıbrıs Türk folklorunun, etnoqrafiyasının, klassik ədəbi nümunələrinin yorulmaz araşdırmaçısı Harid Fədainin "Kıbrıs Türk Kültürü. Makaleler - 1" Samtay Vakfı tərəfindən 2004-cü ildə ödülə layiq görülmüş fundamental araşdırmalarında "Kıbrıstaki Hoca Nasreddin, ya da Aslani Hoca" adlı məqaləsi də təqdim olunub. Məqalədə göstərilir ki, "Hoca Nasreddin" və ya "Nasreddin Hoca" adı altında yaşayan bu fıkralar Anadoludan tutmuş Kıbrıs türkləri arasında geniş yayılıb. Hocanın bu fıkralarının başlıca qayəsi, bizdə olduğu kimi, insanlarda ali mədəni-mənəvi hissləri tərbiyə etmək məqsədi güdür. Harid Fədai yazır ki, fıkraların Nəsrəddin Hocaya aid olub-olmaması heç də başlıca şərt deyil, mühüm cəhət odur ki, onlar məhz onun adıyla bağlanıb. 1991-ci ildə İstanbulda nəşr olunmuş "Nasreddin Hoca" fıkralarını təqdim edən Alpay Kabacalının fikrincə, bunlar Nasreddin Hocanın fıkraları yox, Nasreddin Hoca fıkralarıdır.

Kıbrısda XX yüzilin 90-cı illərinə qədər Nəsrəddin Hoca fıkraları yazılı şəkildə yayılmasa da, xalqın yaddaşında və dilində-ağzında çox gəzib dolaşmışdı. Harid Fədai yazır: "Kahve-kulüp konuşmalarının, özəl söhbətlərlə ailə toplantılarının çağrısız konuğudur Nasreddin Hocamız".

Elə burada araşdırmaçı sual verir: "Hocamız yalnız Türklər arasında dolaşan bir fıkra tipimidir? Hayır. Kökeninə bakılmaksızın Rumlar arasında da mənimsəmiş, kendisini kabul ettirmiştir". Eyni zamanda Rumlar arasında bu fıkralar "Aslani Hoca" adı altında söylənilir. Rumların (yunanların) dilində Aslani Hoca fıkra tipi Hocanın qarşılığında "papaz"a çevrilərək söylənilir. Türk Hocası Rum "Papaz"a sahib çıxdıqda bunun tamamilə əksi olur ki, onun da təməlində tuhaflığın, komikliyin, muxtəlif xalqlardan (türklərdə və rumlarda) birində "Nasreddin Hoca", o birində isə "Papaz" kimi tanınmaqdadır.

Qeyd etmək lazımdır ki, Kıbrısda Nasreddin Hoca fıkralarının yaxın keçmişə qədər bir kitabda toplanıb nəşr olunması baş verməmişdi. Rumlar tərəfindən (yunanlar) Hoca Nasreddin fıkralarını hələ 1937-1939-cu illərdə müvafiq olaraq 16 və 8 səhifədən ibarət nəşr olunub və müxtəlif ad altında ("Nasreddin Hocanın Kahkahalarda Güldürən Hikayeleri. Stavrinidis Matbaası. - Lefkoşa, 1939; Nasreddin Hocanın Hikayeleri. Kiryagidis Matbaası. - Lefkoşa, 1939") üç dəfə işıq üzü görüb.

Kıbrıs türklərinə gəlincə isə onlar 1929-cu ilin baharında Kıbrısda latın əlifbasından istifadə mümkün olduqdan sonra ibtidai məktəb şagirdləri üçün Nasreddin Hocanın kitabdan yalnız bircə fıkrasını oxumağa müvəffəq olurlar. 1931-ci ildə rum üsyanından sonra regionda kitab nəşri yasağı mövcud idi. Türkiyədən kitab gətirilməsəydi, tədris kitabsız aparılırdı. Bu illərdə türk liseyi müdiri İsmayıl Hikmət bəy ibtidai məktəbin hər sinfi üçün oxu kitabları hazırlayıb şagirdlərin köməyinə yetişmişdi. (prof. İsmayıl Hikmət Ortaylan 1899-1967-ci illərdə yaşayıb). 5-ci sinif şagirdləri üçün dərslikdə "Hocanın kuzusu" adlı fıkranın bir variantı müxtəsər və uşaqların anlaya biləcəkləri şəkildə təqdim olunub.

Nəsrəddin Hocanın fıkraları Kıbrısda mənzum şəkildə Türkiyədən gəlmiş pedaqoq-şair İbrahim Zəki Burdurlu (1922-1984-cü illərdə yaşayıb) tərəfindən yayılıb. Bu fıkralar (cəmi 33 ədəd) Lefkoşada təxminən bir il ərzində (noyabr 1951-oktyabr 1952) "Bozkurt qazetesi"ndə ardıcıl olaraq oxuculara çatdırılsa da, ayrıca kitab kimi nəşr olunmayıb. Burdurlu fıkraların toplanması və nəşri üzərində işi sonra da davam etdirib. Sonra Hoca Nəsrəddinin qırx ədəd fıkrasından ibarət olan bu kitab "Ömürsün Nasreddin Hocam" adıyla İzmirdə 1965-ci ildə işıq üzü görüb. Ancaq buna kimi 1954-cü ildə Sinasi Tekman "Nasreddin Hoca Şiirleri"ni Lefkoşada nəşr etdirib. Bu kitabdakı 21 fıkradan ikisi nağıl şəklində verilib. Fıkralardan birinin adı "Hoca ilə Papazlar" adlanır. Bu fıkrada Hocanın üç papazla mərc qurduğu (sınav) və bu sınaqdan üstün çıxması anladılır. Kitabçada fıkralara Ahmet H.Çizer səkkiz rəsm çəkib. Üz qabığını Bener Hakkı Hakeri hazırlayıb. Bundan sonra Bener Hakkı Hakeri Hocanın fıkralarını mənzum şəkildə Lefkoşada nəşr etdirib. 1971-ci ildə Lefkoşada "Nasreddin Hoca və Kıbrıs" adlı kitabça şəkilli nəşr olunub. Şəkildə Hoca əldə quyruq tutaraq eşşəyi tərsinə minmiş Makariosun bağrından xəncərlənən türk gəncinin, çadırdakı insanların, yanıb külə dönmüş camilərin, partlayan bombaların, tel örgülərin rəsmləri var.

Kıbrısda yaşanılan çarpıklı - tutarsızlıkları Başpiskopos Makariosun kişiligində Hocanın fıkra qəliblərinə tökərək dilə gətirir. Fıkralarda Kıbrısı Yunanıstana bağlamaq fikri ilə yola çıxan Makariosun 1974-cü il hərəkatıyla gələn ortamda mənzum halda tragikomik anlamı var. Burada əzəli hoca-papaz ikiləmində bu an Nəsrəddin Hocanın qarşısına Başpiskopos Makariosun çıxarıldığını görürük. Araşdırmaçı Kutlu Adalı bu kitabçanın 1989-cu ildə Ankarada düzənlənən Birinci Milletlerarası Nasreddin Hoca Sempoziyumu Bildirilerinin materiallarında müvafiq nümunələrlə verib. Orada verilmiş nümunələrdən birində aşağıdakıları oxuyuruq: "Bizim Kıbrıs adası da tarih boyunca doğuran bir kazandır"! Çerçi Kıbrıs için Akdenizin batmayan uçak gemisi denir ama, aslında o bir doğurğan Nasreddin Hoca kazanıdır. Bu kazanın içine bugüne degin Doğu Akdenize ve Ortadoğuya kimler olmuşsa girmişlerdir. Ve bu kazanın içinde tencereler doğurmuşlardır!"

Göründüyü kimi, Molla Nasreddin lətifələri son dərəcə geniş bir arealda yayılıb. Yeri gəlmişkən, qeyd edək ki, bu lətifələr həm də Şimali Qafqazda yaşayan türklər - qaraçaylar, malkarlar və noğaylar arasında "Nasr Xoca" lətifələri adı altında söylənilir. Gələcəkdə biz bu regionlarda söylənilən Molla Nəsrəddin lətifələrinin ideya-məzmun xüsusiyyətlərinə də toxunmaq fikrindəyik.    Əməkdar artistlər...

Birinin dövlət himnindən xəbəri yoxdur, digəri də vurma cədvəlini bilmir

Həftənin son iki günü ATV kanalında tamaşaçılara təqdim olunacaq "El içində" verilişinin anonsunu dönə-dönə izlədim. Bir daha əmin oldum ki, Azərbaycan musiqisinə və sənətinə düşmənimiz ermənilərlə birgə əməkdar artist Səməd Səmədov kimilər də zərbə vururlar. Necəsini indi izah edəcəyəm. "Eli içində" verilişinin müəllifi və aparıcısı Elçin Əlibəyli heca vəzniylə balğı "toylar kralı" Səmədə sual verəndə gülməli bir mənzərə yarandı.

 

 

Tağısoy Nizami

 

Xalq Cəbhəsi.- 2010.- 9 aprel.- S.14.