Türk xalqlarından olan xakasların mədəniyyəti

 

 Əli Kərimbəyli: "Xaycı-nımaxçılar bizim aşıqlar kimi əhali arasında böyük hörmətə malikdir"

 

1-ci yazı

 

Türk xalqlarının tarixinin araşdırılması sahəsində irəliləyişlər olsa da, hələ çox işlər görülməlidir. Bu mənada araşdırmaçı Əli Kərimbəylinin xakasların qədim mədəniyyəti, düşüncə tərzi ilə bağlı araşdırmaları diqqəti cəlb edir. İlk öncə "xakas" etnoniminə diqqəti çəkən araşdırmaçı deyir: "Sibir bölgəsi, xüsusilə Altay-Sayan-Alatau dağlarının yaşıl qucağında aylı gecələrin gümüş kəməri Yenisey çayı sahillərində yerləşən Rusiya Federasiyasına bağlı Xakas Respublikası çağdaş xakas xalqının tarixi vətənidir. Minillərin tarixi keşməkeşindən keçib gəlməyi bacaran xakaslar bəzi salnamələrdə, mənbələrdə qırğız ya "Yenisey qırğızları" adı ilə qeyd olunub. Bizim eradan əvvəl 2-ci yüzildə qədim çin qaynaqlarında ilk dəfə "xakas" etnonimi türk tayfa adı kimi keçib. Xakas türk xalqının etnogenezisində kiçik ketdilli samoyid uqor tayfalarının bu ya digər dərəcədə iştirakı olub. Ancaq qədim prototürk tayfalarının köç hərəkatının xəritəsini dərindən izləsək açıq görərik ki, əslində ketdilli samoyid uqor tayfaları kimi keçən bu tayfalar prototürk (protohun) zamanından qalmış Altay ailəsinə məxsus türkmənşəli tayfaların Tayqanın dərinliyində məişət səviyyəsində qalmış bugünkü qalıqlarıdır. Dolayısıyla bu, mənim qədim köç xəritələri üzərində vizual müşahidəmdən gəldiyim şəxsi qənaətimdir. "Qırğız" "xakas" etnoniminin mənşəyi semantik məzmununda iki türk qəbiləsinin adı fonetik təhriflərə məruz qalsa da, özünün türk mənşəyini aydın göstərməkdədir. "Qır"-"qor" "qor"un ("Tan", "Tenqri": bu da "tan" "qor"-dur) "gün", "günəş", "od" fonetik variantıdır. "Ğız" isə "kas"ın fonetik təhrifə məruz qalmış variantıdır ("kas" - "göy sak"-dan gəlir). Göy Türk boylarından GöyKayXayHayHa-Xa; Göy Sak Türk boylarından isə səs düşümü hadisəsi nəticəsində, "göy+sak" kar cingiltili səslərin ahənginin təsirilə "kas" olub, sonralar "kas" "ha" ilə birləşərək "ha" ("xa")-"kas" adı alıb. Etnik türk tayfa-qəbilə adlarının yaranması prosesində hər zaman mifik təsəvvürlər, kosmoqonik astral düşüncələrin üstün mövqedə dayanmasını nəzərə almaq gərəkdir. Bu zaman astral kosmoqonik şüur formalarının özünəməxsus metodla kainat sirrlərini gizləmək ya şər ruhdan qorumaq məqsədilə adlar ya bəzi sözləri güzgü əksetməsi metodu ilə əksinə yazıb, söyləyib, oxuyublar; qam-maq; kas-sak, şumerlərdə tanrı adı An (ana)-Na(nana-nənə) ya Anna s."

Xay (hay) - xakaslar boğazın dərinliyindən, udlaqda, qırtlaqdan keçərək formalaşıb gələn səsə belə deyirlər: "Xaycı bu səslə oxuyan şəxsə deyirlər. Xakasların epik ənənəsində qəhrəmanlıq dastanlarının hamısı bir qayda olaraq nəzmlədir, o dastanlarda nəsr hissəsi olmur. Xakas xayçıları da çatxan komıs adlı kiçik həcmli musiqi alətlərinin müşayətilə xay (hay) söyləyir, çatxanda ifaçı rolu oynayır, xayda isə söyləyici olaraq bütöv sənətkar obrazında auditoriya qarşısında çıxış edir. Dolayısıyla mənəvi mədəniyyətin müxtəlif mürəkkəb sənət növü yaradır. Xay səslə oxumaq ya xaycı olmaq xüsusi istedad qabliyyət tələb edir. Xaycı fenomenal yaddaşa sahib olmalıdır; həm minlərlə misradan ibarət olan dastanı obrazlaşdırmaqla emosiyalarla əzbərdən söyləməli, həm udlaq-boğaz səslə ahəngdar ritmdə oxumalıdır. Bundan başqa, xaycı bizim aşıqlar kimi çatxan adlı kiçik simli musiqi alətilə özü-özünü oxuyarkən müşayət etməlidir. Ancaq sazın forması həcmilə çatxan müqayisə olunmaz, çox kiçikdir. Qədimdə xakaslar qəhrəmanlıq dastanlarını ifa edərkən xomısdan istifadə etmişdilər. Xomıs da çatxan kimi kiçik iki simli musiqi alətidir. Xomısa Azərbaycanda qopuz, Qax-Balakən regionunda yerli şivədə ona dombra da deyirlər. Xomıs qopuz ad ümumilikdə birləşsələr , hər ikisi simli musiqi aləti olsa da, şəkli formasına görə ciddi fərqlənir; qopuz qismən saza, uda bənzədiyi halda, Xomıs sazın, tarın ya udun qolundan ayrılmış - 30-35 sm-lik bir parçaya bənzəyir. Xakaslar belə bir musiqi alətinin ritmik sədaları altında bahadırlıq dastanlarını ifa edirlər. Xakaslar belə dastan ifaçısına qəhrəmanlıq mövzusunda dastan hayladıqlarına-söylədiklərinə görə "xaycı-nımaxçı" deyirlər. Azərbaycanda aşıqlar dastan ifa edərkən nəğməni, musiqini rəqsi birlikdə ifa edir, artıq təkmilləşmiş bir sinkretik sənət nümunəsi yaradırlar, ancaq xakas xayçı-nımaxçıları dastan ifa edərkən rəqs etmir. Ciddi müşahidə etdikdə, paralellər təhlilləri vizual şəkildə apardıqda belə xayçılıq aşıqlıq sənətinin eyni kökdən-şaman mədəniyyətindən gəldiyi açıq-aşkar görünür. Bu sıraya muğamı da aid etmək olar. Maraqlıdır ki, xakas xayçı-nımaxçıları çatxanla ya komısla qəhrəmanlıq dastanlarını ifa edərkən, əsasən "Şur" muğamının ladı üzərində oxuyurlar. Xayçı-nımaxçıların oxuyarkən səs çalarları improvizasiya üsullarını əks edən not yazısında şur ladı qeyd olunub. Bu sadə faktın özü belə bir zamanlar Azərbaycana muğamın farsdan, ərəbdən, hinddən gəldiyini iddia edən kosmopolitlərin əsassız olduqlarını sübut edir. Demək, muğamın da ortaq Xayçılıq, Baxşılıq, Aşıqlıq, Ozanlıq s. kökü-birbaşa, bir mənalı şəkildə ümumən Şaman mədəniyyətinə bağlanır. Sonralar bu sənət növləri dəyişik adlar şəkillərdə şaman kökündən üzvlənib ayrılıb, müstəqil inkişaf yolu tapıb".

Ə.Kərimbəyli deyir ki, xaycı-nımaxçılar bizim aşıqlar kimi əhali arasında böyük hörmətə malikdir: "Bizim aşıqlar, əsasən toylarda, el şənliklərində, məclislərdə oxuyur, dastan söyləyilər. Xakaslarda isə bu məsələ bir az fərqli olur. Xayçı-nımaxçıları dinləmək üçün xüsusi gecələr təşkil edilir, xayçı səhərə qədər xay söyləyir-qəhrəmanlıq nəğmələri oxuyur, ora toplanan xay həvəskarları isə onları böyük zövqlə dinləyir. Dastanı söyləməyin bir başqa forması-onu çatxansız ya xomıssız söyləməkdir. Bunu adətən qadın xaycı-nımaxçılar edir. Dastanın bu qaydada söylənməsinə-çazaq (piyada) deyirlər, yəni musiqinin müşayəti olmadan sadə ifa edilir. Xakas epik nəğmə-dastan söyləyiciliyi-xayçılıq sənət növü kimi tarixini zamandan başladığı məlum deyil. Nəsildən-nəsilə ötürülən bu sənətin kökünün hər halda şamanizmdən gəlməsi şübhəsizdir. Məlum olan konkret tarix isə budur ki XIX yüzilin II yarısı-XX yüzilin I rübündə Qızıl tayfasından çıxmış məşhur xayçı-nımaxçı Qara Matpıy Balaxçin "Altın Arıq" qəhrəmanlıq eposunu gözəl ifa edib, xalq arasında geniş hörmət qazanıbmış. Ondan bir az sonra yenə Qızıl tayfasından çıxmış Nestü adlı bir xayçı-nımaxçı "Altın Arıq"ın gözəl ifaçısı olub. Hər iki ifaçı-sənətkar yaxın zamanlarda yaşasalar da onların mühiti haqda geniş tarixi bilgi əldə etmək mümkün olmayıb. Bununla belə XX yüzilin ortalarında II yarısında Qızıl qəbiləsi içərisindən bahadırlıq dastanının istedadlı xayçıları çıxıb, nəhayət, bu dastanın yazıya alınmasında tarixi xidmət göstəriblər. Qızıl qəbiləsinin xayçıları sırasında Xara Çakım Abdorin, Slo Kadışev, Yeqor Kondeev, Petıx İtemenev P.V.Sulekovun adları xüsusilə qeyd olunmalıdır. Bunlardan iki sonuncusu- Petıx İtemenev P.V.Sulekov öz repertuarlarında dastanın adını "İçen, Piçen-iki bacı"olaraq qeyd edirdilər. Əslində İçen Piçen bacıları "Altın Arığ" dastanının obrazlarından yalnız ikisidir".

 

 

(Ardı var) 

 

Elçin Qaliboğlu

               

Xalq Cəbhəsi.-2010.- 15 aprel.- S.14.