Səs Yazıları Arxivi rəqəmsal sistemə keçir

 

Yaqub Mədətov: "Sənədlərin qorunması üçün burada artıq ideal şərait var"

 

Dövlət Səs Yazıları Arxivinin bütünlüklə rəqəmsal sistemə keçməsi üçün ardıcıl aparılır. Arxivdəki bütün fono videomaterialların rəqəmsallaşdırılması sabahımız üçün son dərəcə gərəkli bir işdir. Arxivin millət dövlət üçün əhəmiyyəti misilsizdir. Sözügedən arxivdə Azərbaycanın ictimai mədəni həyatının bütün sahələri, habelə tanınmış şəxsiyyətlərlə bağlı qiymətli soraqlar saxlanılır. Bu mənəvi sərvət bizim bir millət dövlət olaraq qədimliyimizi yaşarı olmağımızı təsdiq edir. Arxivin direktoru Yaqub Mədətov bildirir ki, artıq arxivdəki materialların 35 faizi rəqəmsallaşdırılıb. Yarandığı vaxtdan arxiv ölkəmizin ictimai, siyasi, mədəni həyatını əks etdirən səs video yazılarını toplayıb saxlamaq kimi gərəkli bir işlə məşğuldur. Arxiv ötən onillərdə xeyi uğurlar əldə edib. Zəngin bir xəzinə yaradılıb.

Arxivin fondlarında 70 min sənəd saxlanılır. 50 minə yaxın səs yazılarına qrammafon valları, SD disklər maqnitofon lent yazıları, 20 minə yaxın səslərə isə 700-dən artıq video süjetlər daxildir. Habelə ilk növbədə bu video süjetlərin köçürülməsi gərəklidir. Ümumiyyətlə, arxiv işçiləri hər bir sənədin köçürülməsi, etibarlı şəkildə sabaha çatdırılması üçün əllərindən gələni edirlər. Əslində arxiv işçilərini fanatlar adlandırmaq olar. Xüsusi diqqət tələb edən bu sahədə çalışmaq hər kəsin işi deyil. Saatlarla bir səsin köçürülməsi, işin uğurla başa çatdırılması üçün cəhdlər etmək istəyə nail olmaq, eləcə bu qiymətli səsi sənədləşdirmək əslində milli-mənəvi tarixi yazmaq ənənəsidir. Etiraf edək ki, tarixən biz yaratdıqlarımızı qorumaq ənənəmizi yaratmamışıq. Yiyə olmamağımızdandır ki, bu gün çoxlu qiymətli soraqlarımızı itirmişik. Bu mənada arxiv işçiləri sözün əsl mənasında fədakardırlar. Bir görürsən, tanınmış bir sənətkar öləndən sonra onun çoxlu ifaları itir-batır, sanki bu adam yoxmuş. Arxiv işçiləri uzaq illərdə buraxılan bir plastinkanın dalınca uzaq rayonlara belə gedir, onu əldə etməyə çalışırlar. Bu ənənəni artırmaq, qorumaq gərəkdir. Qoy adamlar arxiv işinin necə qiymətli əvəzsiz olduğunu anlasınlar. Arxiv rəhbərliyi uzun illər ərzində böyük bir əziyyətlə toplanmış qiymətli səs video soraqlarını daha etibarlı qorumaq gələcək nəslə keyfiyyətli, olduğu kimi çatdırmaq amacındadır.

Son illərdə arxiv olduqca maraqlı, gərəkli bir işi həyata keçirib. ABŞ vətəndaşı, əslən türk soydaşımız olan Seyid Onur Şenarslanla birlikdə maraqlı bir layihə üzərində çalışıb, İngiltərənin "Kral" kitabxanasının layihəsində iştirak edib, layihəni qazanıb. "Kral" kitabxanasının ayırdığı qrant hesabına Şenarslan Amerikadan xüsusi qiymətli səs yazı avadanlıqları alıb. Arxivdə illərdən bəri qorunub saxlanılan aşıq yaradıcılığı nümunələri toplanaraq köçürülüb. Qarşıya qoyulan məqsədə yetilib, layihədə nəzərdə tutulan 50 aşıq dastanı yüksək səviyyədə təmizlənib, bərpa edilib disklərə köçürülüb. İlk növbədə arxivdəki dastanlar bərpa prosesindən keçib.

Audio video yazılar ardıcıl olaraq bu qayda ilə bərpa edilməkdədir. Yaqub müəllim deyir, arxivdə quraşdırılan son avadanlıqlar müxtəlif vasitələrlə yazılmış audio yazıları oxutmaq üçün bundan sonrakı mərhələlərdə daha çox köməyə gələcək: "Habelə köhnə valları təmizləmək üçün xüsusi məhlullar var ki, bu, 100 il əvvəl yazılmış hər hansı bir plastinkanın əvvəlki keyfiyyətini ən azı 80 faiz bərpa etmək imkanı verir. Müxtəlif sürətlərdə yazılmış plastinkaların hər birinə aid ayrıca səstəmizləyici məhlullar əldə edilib. Məhlullar vasitəsilə təmizlənən plastinkalar xüsusi qurğu vasitəsilə qurudulur, sonrakı prosesdə isə köçürülür. Hələ dünyada elə bir avadanlıq yaradılmayıb ki, bu ya digər audio vasitəni 100 faiz bərpa edə bilsin. Hər halda köhnə səs yazılarının bu səviyyədə bərpa edilməsi çox böyük irəliləyişdir. Qeyd edim ki, ötən yüzilin əvvəllərində məşhur Azərbaycan xanəndələrinin xeyli sayda qrammofon valları yazılıb, hazırda həmin plastinkaların 500-ü arxivimizdə saxlanılır. İndi həmin plastinkaların da üzərində gedir. Layihə üzrə köçürülən 50 aşıq dastanının hər birinin nüsxəsi İngiltərənin "Kral" kitabxanasının fonduna daxil edilib".

İlk dəfədir Azərbaycanla bağlı "Kral" kitabxanasında belə bir fond açılırdı: "İngiltərədə Azərbaycanla bağlı bu cür soraqlara böyük maraq var. Onlar qeyd edirlər ki, İngiltərədə Azərbaycanın folklor nümunələrinə, muğamlara, aşıq sənətinə böyük şövqlə qulaq asılır, mütəxəssisləri heyran edir. Kitabxana həm elmi-tədqiqat mərkəzidir. Qərbli mütəxəssislər burada Şərq mədəniyyətini, incəsənətini tədqiq edir, bu nümunələri diqqətlə araşdırırlar".

Habelə Azərbaycan aşıq sənətinin, saz-söz havalarının toplanılaraq disklərə köçürülməsi mərhələsində təkcə arxiv materialları ilə kifayətlənilmir, eləcə bölgələrdə saxlanılan, əllərdə olan, sinələrdə yaşayan mənəvi sərvət nümunələri mümkün qədər toplanılacaq, sabaha çatdırılacaq: "Arxiv dünya standartları səviyyəsində fəaliyyət göstərir. Sənədlərin qorunması üçün burada artıq ideal bir şərait var".

Azərbaycan aşıq sənətinin dünya miqyasında daha geniş səviyyədə tanıdılması yönündə işlər bəhrəsini verməkdədir.

Türkün yenilməz, bənzərsiz ruhunun ifadəsi olan aşıq sənətinin bu mənada tanıdılmasının yeni üfüqlərinin yaradılması xəlqi qədimliyimizə, bir xalq olaraq mənəvi cəhətdən zənginliyimizə dəlalət edən məsələdir: "YUNESKO-da Azərbaycan aşıq sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi buna sübutdur". Arxivdə aşıq sənətinə aid xeyli soraqların qorunduğunu, bu qiymətli nümunələrin yeni səviyyədə, imkanlarla üzünün köçürülərək sabah üçün saxlanıldığını bildirir: "Arxiv yaradıldığı vaxtdan folklor, xüsusən aşıq sənəti soraqlarının toplanılması arxiv əməkdaşlarının daim diqqət mərkəzindədir. Xalqımızın qiymətli yaradıcılıq yadigarları arxivdə diqqətlə qorunur. Bu sahədə uğurlarımız çoxdur. Arxivimizdə hazırda 1200-ə qədər qiymətli folklor nümunələri, dastanlar toplanıb".

Arxivdə Azərbaycan aşıq sənətinin ötən yüzilin 30-cu illərinə aid səs nümunələri saxlanılır. Yaqub müəllim deyir: "Bu qiymətli nümunələrin ilk növbədə yeni, çağdaş səs daşıyıcılarına köçürülməsini əsas işimiz hesab etmişik. Ötən yüzilin sonlarında bu nümunələri maqnitofon lentlərinə köçürməklə xilas edə bildik. Bir müddət sonra isə elmi-texniki inkişafın son nailiyyətlərindən olan kompüter əldə olundu. Bu nümunələrin artıq ardıcıl şəkildə yeni səs daşıyıcıları olan SD disklərinə köçürülməsinə başlanıldı. Arxivin fondlarındakı video süjetlər arasında aşıq sənətinə aid soraqlar da toplanıb".

1947-ci ildən 1967-ci ilə kimi olan müddətdə yazılan maqnitofon lentləri üzərində arxiv işi artıq başa çatıb. 1902-1914-cü illər ərzində istehsal olunan plastinkalar üzərində işlərə başlamaq üçün hazırlıq görülür. İlk mərhələdə bu qiymətli materialların bərpası, sonra isə üzünün köçürülməsi gərəkdir. 1914-cü ildən 1950-ci ilə kimi olan materiallar əsasən köçürülüb. İşlər isə çoxdur. Son nəticədə görülən işlərin nəticəsi olaraq zəngin elmi-məlumat aparatının yaradılması ilə bağlı ideya tam gerçəkləşəcək.

Arxivin xəlqi soraqların qorunmasındakı əvəzsiz rolu getdikcə daha artıq bilinməkdədir. Son illərdə AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılovun onlarla fono-video-diskdən ibarət zəngin irsi arxivə qəbul olunub. Burada habelə Azxərbaycan aşıq sənəti ilə bağlı xeyli tədbirlər, müxtəlif mövzulu çıxışlar var. Eləcə xalq artisti, professor Tofiq Bakıxanov özünün atası, tarzən Əhməd Bakıxanovun irsini arxivə təqdim edib. Tanınmış folklorşünas Elxan Məmmədli, Maşalah Xudubəyli, qarmonçalan Zakir Mirzəyev, xalq artistləri-xanəndə Canəli Əkbərov, tarzən Ramiz Quliyevin, bəstəkar Eldar Mansurov başqaları səs yazılarını arxivə təqdim ediblər.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 17 aprel.- S.14.