Erməni saxtarkarlığı vandalizmi

 

Abel Məhərrəmov: "Faciələrimizi dünyaya tanıtmaq üçün ciddi tədbirlər planı qurmalıyıq"

 

Elçin Mirzəbəyli: "Bu prosesin peşəkar şəkildə həyata keçirilməsi üçün Soyqırım Faktlarının Araşdırılması Mərkəzinin yaradılmasına ehtiyac var"

 

Ötən gün Bakı Dövlət Universitetinin mətbuat informasiya şöbəsinin təşəbbüsü təşkilatçılığı ilə "Erməni saxtakarlığı vandalizmi: Azərbaycan jurnalistləri bu barədə düşünür?" mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masanı giriş sözü ilə açan universitetin rektoru, millət vəkili Abel Məhərrəmov bildirdi ki, ermənilər təxminən 200 il bundan əvvəl Qafqaza köçürülüb bu fakt bütün tarixçilərə məlumdur: "Bütün bunlara baxmayaraq, ermənilər dünyada saxta soyqırımlarının təbliğatını aparırlar. Hər zaman qədimdən bu torpaqlarda yaşadıqlarını iddia edirlər. 24 apreli ermənilər dünyanın hər yerində soyqırım günü kimi tanıdırlar. Bizim bəzən söylədiklərimiz Biləcəridən o tərəfə çıxmır. Bu səbəbdən belə düşünürəm ki, bununla bağlı vahid konsepsiya hazırlanmalı həyata keçirilməlidir. Bu xətti irəli aparan siyasət formalaşmalı bu işi siyasətçilər aparmalıdırlar. Bu işdə biz xüsusi dönüş yaratmalıyıq, başımıza gətirilən faciələri dünyaya tənıtmaq üçün ciddi tədbirlər planı qurmalıyıq. Bunun üçün bu sahədə mütləq dövlətin, siyasətçilərin strateji xətti olmalıdır. Faciələri biz yaşamışıq, bütün bu vəhşiliklər bizim başımıza gətirilib. Amma təəssüflər olsun ki, dünya bizim həqiqi Quba, Xocalı millətimizə qarşı həyata keçirilən digər soyqırım faktlarını yox, saxta erməni soyqırımını qəbul edir. Biz faciəmizi dünyaya çatdırmaq üçün dünyaya açılmalıyıq. Bunu hazırda ölkədə inkişaf edən internet vasitəsilə həyata keçirmək mümkündür. Ötən əsrdə dəfələrlə azərbaycanlılar ermənilər tərəfindən deportasiya soyqırıma məruz qalıb".

Daha sonra universitetin professoru Anar İsgəndərov "1915-ci il həqiqətləri saxtakarlıq" mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə, 1915-ci ildə heç bir erməni soyqırımı baş verməyib, ermənilərin təhlükəsizliyinin təmin olunması üçün onlar Osmanlı dövləti tərəfindən bir yerdən başqa yerə köçürülüblər: "Yalnız həmin dövrdə aprelin 25-də Osmanlı dövləti Anadoluda həqiqətən 1500-ə yaxın Daşnaksütün dəstəsinin üzvü törətdiyi cinayətə görə həbs olunub. Erməni soyqırımı məsələsi yalnız Sovet hakimiyyəti dağıldıqdan sonra gündəmə gəldi. Bundan sonra erməni yalanı dünyada ayaq açaraq yeriməyə başladı. Bunun nəticəsidir ki, onların bu yalanını artıq bir çox Avropa ölkəsi tanıyır".

Çıxışı davam etdirən millət vəkili Sabir Rüstəmxanlı vurğuladı ki, universitetin bu sahədə atdığı addımı alqışlayır: "Bu bir siyasətdir ki, hazırda Avropa yalan olan erməni soyqırımını tanıyır, bizim dəhşətli faciələrimizə isə göz yumurlar. Burada günah daha çox bizim özümüzdədir. Çünki biz öz tarixi həqiqətlərimizi dünyaya çatdıra bilmirik. İlk növbədə əlimizdə olan faktları başqa dillərə tərcümə edib dünyaya yaymalıyıq. Bundan başqa, Azərbaycanda təəssüflər olsun ki, bu gün bir dənə olsun soyqırımlarımıza aid muzey fəaliyyət göstərmir ki, əlimizdə olan sənədləri bir yerə toplayaq. Hər zaman demişəm ki, ermənilər çox qəribə bir xalqdır, onların ölüləri torpağın altında artıb çoxalırlar".

Millət vəkili Fazil Qəzənfəroğlu isə öz növbəsində qeyd etdi ki, biz keçmişimizi unutmamaqla, fikrimizi gələcəkdə ermənilərin bizə qarşı həyata keçirmək istədikləri məkirli tədbirlərə yönəltməliyik. Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, erməni təhlükəsi olduqca ciddi bir problemdir: "Ermənilərin bu yalanının qarşısını almaq üçün elə onların metodlarından istifadə etmək lazımdır. Erməni dilinin öyrənilməsi üçün bu dilin universitetlərdə fakültəsi fəaliyyət göstərməlidir".

Tədbirdə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıyla bağlı vahid konsepsiyanın hazırlanmasının həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: "Bu konsepsiya isə əsasən üç istiqamət üzrə hazırlanmalıdır: Tarix, hüquqi bu istiqamətlərin bədii vasitələrlə dünyaya təqdim edilməsi. Tarixi istiqamət üzrə biz Azərbaycan xalqına qarşı həyata keçirilən bütün soyqırım faktları barədə materialları toplamalı həp kəsin istifadə edə biləcəyi vahid bir məlumat bazası yaratmalıyıq. Hüquqi istiqamətdə beynəlxalq konvensiyalara söykənərək Ermənistanın ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım deportasiya siyasətinə görə müvafiq məhkəmə instansiyalarına müraciət etməli, hüquqi müstəvidə mübarizəmizi davam etdirməliyik. Eyni zamanda Ermənistanın ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasətini bədii vasitələrlə dünya isctimaiyyətinə çatdırmalıyıq. Hesab edirəm ki, bütün bu prosesin peşəkar şəkildə həyata keçirilməsi üçün konkret bir mərkəzin yaradılmasına ehtiyac var. Bu Soyqırım Faktlarının Araşdırılması Mərkəzi, yaxud komitə, komissiya formasında da ola bilər. Eyni zamanda düşünürəm ki, Milli Məclisdə soyqırım haqqında qanunun qəbulu da əhəmiyyət kəsb edir.

Toplantıda "Səs", "Bakı-xəbər" "İki Sahil qəzetlərinin baş redaktorları Bəhruz Quliyev, Aydın Quliyev Vüqar Rəhimzadə çıxış edərək səslənən fikirləri irəli sürülən təklifləri dəstəklədiklərini bildirdilər.

Tədbirdə ermənilərin Qafqaza köçürülməsi ilə bağlı tarixi sənədləri əks etdirən slayd nümayiş etdirildi.    "Türkiyə ilə viza rejimi ləğv edilsin"

 Qüdrət Həsənquliyev: "Müharibə veteranlarının batmış əmanətləri geri qaytarılsın"

Milli Məclisin dünənki iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi təklifilə çıxış edib.

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2010.- 21 aprel.- S.11.