Bronxial astma xəstələrinin sayı artıb

 

Samir Yəhyazadə: "Heç bir xəstəlikdə özbaşına müalicə etmək düzgün deyil"

 

Bronxial astma - tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulması ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək xırıltıdan ibarətdir.

Bu xəstəliyə düçar olmanın səbəbi nədir? Bununla necə mübarizə aparmaq olar? Xəstəliyin müalicəsi varmı? Bu digər suallarımızı cavablandıran həkim-terapevt Samir Yəhyazadə bildirdi ki, bronxial astma tutması qısa uzun müddətli ola bilər. Onun sözlərinə görə, bu xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir: "Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti xarakteri dəyişilir. Bronxial astma xəstəliyi infeksion-allergik qeyri infeksion-allergik olmaqla iki qrupa ayrılır. Birinci - infeksion-allergik mənşəli bronxial astma tənəffüs sisteminin infeksion xəstəliklərinin (pnevmoniya, faringit, bronxit, angina) fonunda inkişaf edir. Bu halda allergen rolunda mikroorqanizmlər çıxış edir. Bronxial astma xəstəliyinin bu növü daha geniş yayılıb. Ümumi xəstəliyin 2/3 hissəsi bu formanın payına düşür. İkinci isə - qeyri infeksion-allergik mənşəli bronxial astma xəstəliyində allergen rolunda üzvi qeyri-üzvi olmaqla bir sıra maddələr rol oynaya bilər. Bitki, məişət tozları, lələk, yun, insan heyvan orqanizminə məxsus epidermal mənşəli kəpək, qida allergenləri (sitrus meyvələri, çiyələk, moruq s.), dərman maddələri (antibiotiklər, xüsusən penisillin, B1 vitamini, aspirin, piramidon s.), bir sıra kimyəvi maddələr, əksər hallarda formalin, pestisidlər, sianamidlər, ağır metalların qeyri-üzvi duzları s. bronxial astma xəstəliyinin bu formasının inkişaf etməsinə səbəb ola bilər. Onu da əlavə edim ki, xəstəliyin bu formasının inkişaf etməsində irsi faktor da mühüm rol oynayır".

Həkim vurğuladı ki, bronxial astma xəstəliyinin bir neçə əsas kliniki əlamətləri var: "Nəfəsvermə zamanı fitləyici xırıltılarla müşahidə olunan boğulma tutmaları. Bu zaman insan bu xəstəliyə xas məcburi bir vəziyyət alır. Oturaq vəziyyətdə əlləri ilə dizlərinə təkan edərək gövdəsini önə doğru əyir. Təngnəfəslik, tənəffüsün çətinləşməsi əksər hallarda gecə yuxu vaxtı müşahidə olunur. Xəstə yuxudan hava çatışmazlığı öskürəklə ayılır. Fiziki yük, psixo-emosional stress, tənəffüs havası ilə allergenlərin daxil olması s. bronxial astma tutmasına səbəb ola bilər. Əksər hallarda soyuqdəymə əlamətləri 10 gündən artıq davam edir xəstədə öskürəyin daha da dərinləşməsi kimi bir hiss yaranır. Bronxolitiklərin - bronx mənfəzini genişləndirən dərman preparatların qəbulundan dərhal sonra təngnəfəslik əlamətləri keçir. Kliniki əlamətlərin bu qədər aşkar şəkildə özünü büruzə verməsinə baxmayaraq əksər hallarda xəstəlik astmatik bronxit, obstruktiv bronxit kimi diaqnozlarla yanlış müalicə olunur. Bir çox hallarda isə xəstəliyə gecikmiş hallarda düzgün diaqnoz qoyulur".

S.Yəhyazada qeyd etdi ki, son illərdə bronxial astma xəstəliyinə baxış bucağı xeyli dəyişib təkmilləşdirilib: "Bu isə tənəffüs yolları selikli qişasının allergik mənşəli iltihabı bronxların hiperreaktivliyinin xəstəliyin inkişafında mühüm rol oynadığının elmi əsaslara sübuta yetirilməsindən sonra baş verib. Müasir baxışlara görə bronxial astma xəstəliyinin müalicəsi iki əsas komponentdən ibarətdir - bazis (planlı) iltihabəleyhi müalicə astmatik tutmalar zamanı təcili yardım. Buna görə istifadə olunan dərman preparatları da iki qrupa bölünür - tutmalar zamanı simptomları tez bir zamanda aradan qaldırmaq üçün isitfadə olunan preparatlar xəstəliyə nəzarət etmək üçün planlı bazis terapiya. Əksər dərman preparatları inhalyator şəklində istifadə edilir. Bu forma ən effektli təhlükəsizdir. Dərman preparatı bronxlara yerli olaraq birbaşa təsir edir. Dərmanın təsir effekti daha tez müşahidə olunur, tənəffüs yollarında maksimum konsentrasiya əldə edilir. Dərman yerli tətbiq olunduğuna görə digər orqan sistemlərə əlavə təsiri minimuma endirilir. Ən effektli preparatlar qısa müddətli təsirə malik bronxgenəldici beta adrenomimetiklər hesab edilir. Bu preparatlar tez bir zamanda daralmış bronx mənfəzini genişləndirə bilmək xüsusiyyətinə malikdir. Eyni zamanda göstərilən preparatların uznmüddətli müalicə zamanı istifadə edilməsi məsləhət görülmür. Onlar kifayət qədər qısamüddətli təsirə malikdirlər. Təcili yardım məqsədilə teofillin, eufillin istifadə olunur. Lakin inhalyasion preparatlarla müqayisədə onlar daha az effektlidirlər. Nəzərə almaq lazımdır ki, xəstəliyin müalicəsi zamanı iltihabəleyhi preparatlardan mütləq istifadə olunmalıdır".

Həkimin dediklərinə əsasən, bazis terapiyanın əsas preparatları inhaliyasion kortikosteroidlər hesab edilir. Onun sözlərinə görə, bronxial astmanın uzunmüddətli müalicəsi zamanı inhaliyasion kortikosteroidlər ən effektli dərman preparatları sayılır: "Bu preparatların uzun müddət istifadəsi tutmaların baş vermə tezliyini ağırlıq dərəcəsini getdikcə azaldır. Tərkibində kortikosteroid beta adrenomimetik olan kombinəedilmiş inhaliyasion preparatlar pasiyentlər üçün daha əlverişli hesab edilir. Sübut olunub ki, bu preparatların təsir gücü kortikosteroidlərin ikiqat təsirinə bərabərdir. İnhaliyasion kortikosteroidləri vaxtında təyin etmək lazımdır. Bunun üçün xəstənin vəziyyətinin ağırlaşmasını ya xəstəliyin proqressivləşməsini gözləmək düzgün deyil. Hormonal inhalyatorlar baş vermiş astmatik tutmanın qarşısını almaq məqsədilə istifadə edilmir. Onlar planlı təyin edilir təsiri müəyyən müddətdən sonra müşahidə olunur. Bu xəstəliyin müalicəsini özbaşına müalicə etmək qəti qadağandır. Əgər xəstə özünü yaxşı hiss edirsə, bu müalicəni dayandırmağa əsas vermir. Dərmanın dozasının ya miqdarının azaldılması yalnız həkim təyinatı ilə 3 ay xəstəliyin dinamik müşahidəsindən sonra pilləli şəkildə təyin edilə bilər. Bununla belə, xroniki xəstəliklərdə müalicə kursu deyilən bir anlayış mövcud deyil. Əgər heç bir problem müşahidə olunmazsa hər 3-6 aydan bir aparılan müalicənin həcminin azaldılmasından söhbət gedə bilər. Əgər pisləşmə olarsa, dərhal həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə heç bir xəstəlikdə özbaşına müalicə düzgün deyil. Çünki insanların özlərinə qarşı bu cür laqeyd yanaşmaları sonra onlara çox baha başa gələ bilər. Sonda əksər hallarda insanların bu laqeyidliyi ölümlə nəticələnir".   

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2010.- 22 aprel.- S.14.