Sönməyən
məşəl haqqında dastan...
"Ermənilər dəyiblər
bir-birlərinə, hər yerdə Mübarizi
axtarırlar..."
"Cəmi bir avtomat, iki daraq götürüb gedəndə.
Heç kəsə də bir söz deməyib. Keçib ermənilər
tərəfə, birinci məntəqədə dörd nəfər
keşik çəkirmiş, bir göz qırpımında
dördünü də gəbərdib. Sonra onların
silahını, qumbarasını götürüb, bir az da
içəri gedib.
Anar Yusifoğlu
Növbəti məntəqədə 8 ermənini cəhənnəmə
vasil eləyib. Belə-belə, 5 məntəqə keçib,
40-a yaxın erməni öldürüb. Axırda hərbi hissəyə
hücum çəkib. Ermənilər nə illah eləyiblər,
öhdəsindən gələ bilməyiblər. Çarəsiz
qalıb, hərbi təyyarələri göyə
qaldırıblar, tanklarla, toplarla bütün ordu Mübarizin
üstünə gəlib. Mübariz gecə səhərə
qədər ordunun qarşısını kəsib tək
canıyla, 80 erməni öldürüb. Axırda onun səngər
qurduğu ətrafı bütünlüklə
şumlayıblar.
Bilirsən Mübarizin meyitini niyə vermirlər? Çünki onun meyitini tapa bilmirlər. Mübarizin olduğu istiqamətdə hektarlarla ərazi
büsbütün şumlanıb, ordan meyit tapılar? Hələ
çox adam şübhələnir, deyirlər
ki, Mübariz ölməyib, Qarabağdan Ermənistan tərəfə
adlayıb. Ermənilər bu faktı gizlədirlər, ancaq dəyiblər
bir-birlərinə, hər yerdə Mübarizi
axtarırlar..."
Mübariz İbrahimov haqda ilk eşitdiyim rəvayət
bu oldu - Gəncədə danışırmışlar...
"Cəmi 6 ay idi yaxındakı hərbi
hissəyə dəyişmişdilər. Bircə dəfə
çıxmışdı Naftalana, əsgər
yoldaşlarıyla gəlmişdi. Ötəri
gördüm, yadımda qaldı: boy-buxun, əzələ... Dəmir kimi oğlan idi, onu yaddan çıxarmaq
olar? Elə uşaqlar adamın yaddaşına ilişib
qalır!
Ermənilər hər gecə "ratsiya"
əlaqəsinə girirlər bizimkilərlə. Müxtəlif səslər
çıxarırlar, sonra da deyirlər ki, sizin
ana-bacılarınız, Xocalıda əsir
aldıbımız qadınlardı, gətirmişik beş addımlıbınıza,
gözünüzün qababında zorlayırıq. Uşaqlar danışır ki, ermənilər hər
dəfə belə eləyəndə, Mübariz
özünü saxlaya bilmirmiş, kənara çəkilib əsəbdən
tir-tir titrəyirmiş, saatlarla özünə gələ
bilmirmiş.
Ermənilər növbəti dəfə
"ratsiya" ilə yenə qadın səsi
çıxaranda Mübariz avtomatını da
götürüb, heç kəsin xəbəri olmadan aradan
çıxıb. Bizim əsgərlər
atəş səsi, bir də "ratsiya"nın
o başında qadın səsi çıxaran erməninin
xırıltısını eşidiblər. Yalnız
onda baxıblar ki, Mübariz yoxdu. Hay-haray
düşüb, birdən "ratsiya"dan Mübarizin səsi
gəlib. Uşaqlara mövqedən bir
addım da kənara atmamağı əmr edib - Mübariz məntəqədə
növbə çəkənlərin komandiri olub. Uşaqlar deyir ki, bu əmr olmasaymış, digər
6 əsgər də qarşı tərəfə keçəcəkmiş.
Doğrudan elədi, mən o uşaqları yaxşı
tanıyıram - hamısı əjdahadı!..
Nə, Mübariz bu əmri verəndən
sonra deyib ki, mən getdim qisasımı almağa, sizsə
vaxtınızı gözləyin. Yarım saat keçməmiş erməni
tərəfdə dəhşətli atışmanın
getdiyinin şahidi olublar. Atışma səhərə
qədər davam eləyib. Deyirlər, səhər
açılandan sonra da ara-sıra atışma səsləri
gəlirmiş. Ona görə hamı elə
bilir ki, Mübarizi ələ keçirə bilməyiblər.
Bəlkə də elədi..."
Bunu Naftalanda, yaxınlıqdakı hərbi hissədə
ciddi əlaqəsi olduğundan hamının həqiqəti
bilmək üçün başına
yığışdığı keçmiş
döyüşçü danışırmış...
"Hər şey əsgərin
ölümündən başlayıb. Ermənilər yenə atəşkəsi
pozublar, snayperlə Mübarizin əsgər
yoldaşlarından birini vurublar. Əsgər lap
uşaqmış, 18 yaşında, Mübariz
də dözməyib. Götürüb, komandirə
bir məktub yollayıb. Yazıb ki, bilirəm,
mənə görə səni çox incidəcəklər,
mümkünsə, məni bağışla. Sonra ata-anasına, doğmalarına məktublar
göndərib. Yəni hər şeyi əvvəlcədən
planlaşdırıb, gecənin bir aləmi avtomatını
götürüb, adlayıb düşmən tərəfə
- əsgərinin qisasını almağa.
Döyüşçü yoldaşları deyir ki, əsgər
yoldaşının ölümündən sonra Mübariz
özünə yer tapmırdı, deyirdi, əsgər komandirə
amanatdı, bu müxənnətlər gözümüzün
qabağında uşağı öldürdülər; cəzasını
alacaqlar!
Təkbaşına bir neçə məntəqə
alıb, ermənilərdən xeyli adam
qırıb. And içibmiş ki, ölənədək
vuruşacaq. Vuruşub da! Güc-bəla ilə
Mübarizi zərərsizləşdirə biliblər.
Bilirsiz, Ağdərə əməliyyatında
mən də iştirak edirdim - Maşallah müəllimin dəstəsində. Dəstəmizdə bir
Çopur Akif vardı, yerlim idi. Döyüşün
qızğın vaxtında onu vurdular. Geri
çəkilmə əmri gələndə istədim
Çopurun meyitini götürüm, amma fikrimdən
daşındım. Dedim, onsuz da ölüb, ona görə
özümü güdaza verə bilmərəm ki!
Demə, biz döyüş meydanından
geri çəkilən kimi xüsusi təyinatlılar
hücuma keçibmiş. O vaxtlar eləydi - ən kritik məqamlarda xüsusi təyinatlılar
girirdi, 1-2 saata strateji yerləri götürüb təhvil
verirdi bizim batalyonlara, dərhal da çəkilirdi,
düşməni oturdandan sonra yaralıları, meyitləri də
çıxardılar. Bizim Çopuru da onlar
xilas etmişdi. Sən demə, ölməyibmiş,
yaralanıbmış.
18 il keçib bu hadisənin
üstündən, az qala hər gün Çopurla
rastlaşırıq küçədə; hər dəfə
də gülə-gülə söz atır ki, məni
düşmən əlində qoymuşdun ha!
Bu vaxta qədər bircə dəfə də
olsun bu hadisəyə görə narahat olmamışam. Daxilən, içimdə həmişə
özümü haqlı sayırdım. Ancaq
Mübarizin hərəkətindən sonra dərk elədim ki,
18 ildi özümü aldatmaqla məşğulammış,
öz canımın hayına qalıb dostumu, kəndçimi
düşmən əlində qoymuşammış. 18 il dildə çox görünür - əslində,
bir göz qırpımında keçib-gedib. Nə dəyişib
ki həyatda! Heç nə! Bir 18 il də
beləcə keçib gedəcək, mən də öləcəm.
Ancaq necə öləcəm? Xəstə, bəlkə də ümidsiz,
düşük vəziyyətdə. Hardasa bir adam da tapılacaq, deyəcək ki, əşşi,
gorbagor olsun Oqtayı - qorxaq, gərəksiz zavallının
biriydi, öz yaralı dostunu düşmən əlində
buraxıb tülkü kimi aradan çıxmışdı...
İndi qanıram ki, Allah mənə də
Mübariz kimi ölmək fürsəti vermişdi -
döyüşə-döyüşə, mərd-mərdanə.
Bu fürsəti dəyərləndirə bilmədim.
Mübarizdən sonra utanıram, Allah haqqı utanıram
- Çopurdan da, camaatımızdan da! Bircə təsəllim
var, bəlkə Allah Mübariz kimi ölmək
şansını mənə bir də qismət elədi..."
Bunu, yaşının çox olmasına rəğmən
fiziki imkanlar baxımından Mübariz İbrahimovdan heç
də zəif görünməyən, başı, boynu və
qol əzələsinin ölçüsü arasında fərq
olmayan, keçmiş döyüşçü
yoldaşlarının da qatıldığı Goranboydakı
məclisdə gözləri nəm çəkən Oqtay
danışırmış...
"Ermənilər bilirsiz Mübarizin
meyitini niyə vermirlər? Çünki dəhşətə gəliblər ki,
necə ola bilər, bir nəfər azərbaycanlı
girir ermənilərin içinə, minə qədər əsgər
qırır, erməniləri zəlil eləyir! Deyirlər ki, ermənilər xaricdən mütəxəssis
gətiriblər, Mübarizin meyitini tədqiq eləyirlər.
Bilmək istəyirlər ki, Mübariz nə qanı
daşıyıb, damarında axan nə olub, ürəyi necədir!
Yəni inana bilmirlər dünyada belə
adamın olmağına. Ona görə
meyiti vermək istəmirlər. Hələ deyirlər
ki, Mübarizin qanından dərman düzəldib öz əsgərlərinə
vurmaq istəyirlər, onlar da Mübariz kimi olsun deyə!
Daha fikirləşmirlər ki, çaqqala nə qədər
canavar qanı vurursan, vur, xeyri yoxdur, çaqqal elə
çaqqal olacaq! Canavar olmaq üçün
canavar doğulmaq lazımdı. Hələ
o çaqqallar bizim canavarlarımızdan birini gördülər.
İnşallah, qoy, döyüş başlasın, Mübarizləri
görüb dəli olacaqlar!.."
Bunu Yardımlıda mənə
danışırdılar...
İndi Şəkiyə gedirəm -
şübhə eləmirəm ki, orda da Mübariz haqda
qeyri-adi söhbətlərin şahidi olacağam.
Hələ 21-ci yüzildi!
Hələ Mübariz qəhrəmanlığından
bizi bir neçə həftə ayırır!
Hələ həqiqəti göstərən, yazan bu qədər
kütləvi informasiya vasitələri var!
Amma xalq yazılanlara inanmır -
düşməni duyuq salmayaq deyə, Mübarizin bir çox
qəhrəmanlıqlarının
yazılmadığını, deyilmədiyini, göstərilmədiyini
düşünür.
İyirmibirinci əsrdə,
gözümüzün qarşısında bir İGİD Əfsanələşir,
Mübariz Əfsanələri yaranır.
Bu, bir xalqın öz tarixinə, ənənəsinə,
təfəkkürünə uyğun yanaşmasıdır!
Bu, bir millətin az qala 100 ildi almaq
istədiyi ÖCün başlanğıc səsidir!
Bu, torpağı işğal altında olan bir xalqın
arzularına gedən yoldur; Xalq onu öz arzularına doğru
aparan hər bir İgidini yüz illərlə bax, beləcə
yaşadır, yaddaşına ömürlük həkk edir -
Babək kimi, Koroğlu kimi...
Ermənilər bir müddət "ratsiya" əlaqəsinə
girib qadın səsləri çıxarmaqla üzbəüz
mövqedəki Azərbaycan əsgərlərinin
heysiyyatıyla oynamayacaqlar; gənc, sütül, bığ
yeri yenicə tərləyən əsgərlərə snayperdən
atəş açmayacaqlar...
Bir müddət!
Bu "bir müddət"in ömrü növbəti
Mübariz İbrahimova qədərdir! Çünki Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimov hamının
qarmaqarışıq təsəvvür etdiyi Uğur zirvəsini
göstərdi, özünü əbədi məşələ
çevirib görə bilmədiyimiz qaranlıqları
işıqlatdı!
İndi, görürsünüzmü o
yanan məşəli?
Mübarizin işıqlandırdığı yolu necə?..
Haydı, İşığa Doğru!..
Anar Yusifoğlu
Xalq Cəbhəsi.-
2010.- 3 avqust.- S. 7.